image-qanunla-reklam
image-50d7b754-50a3-4b71-b27b-36487f7ef21e

Paytaxtın Xətai və Suraxanı rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

image-lady-day-az

“Qaz İxrac” İdarəsinə məxsus “Qum adası-Bayramzadə İEM” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar 02.08.2023-cü il tarixində saat 09:00-dan işlər başa çatanadək “Qum Məişət(Qİİ)”, “Alko”, “Naximov”, “Müşviq əhali”, “Mirzə Davud küçəsi”, “Gilan”, “Quru Yük Limanı”, “Dəniz donanması”, “F-centr”, “Azərsu Nəqliyyat” və “Zığ gəmi təmiri” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Qanunla.Az xəbər verir ki, təmir işləri aparılan müddətdə Xətai rayonu üzrə Müşviq, Qvardiya, Azadlıq, Oksigen, Pivə Zavod , Mirzə Davud küçələrinin, 8 Noyabr prospektinin bir hissəsinin və Suraxanı rayonu üzrə Qum adası yaşayış massivinin, həmçinin qeyd olunan ərazilər üzrə qeyri-yaşayış sahələrinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki