image-qanunla-reklam
image-peskovv-1

Paşinyan Moskvada “xeyli saziş” imzalayacaq – Peskov

image-lady-day-az

Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri zamanı əməkdaşlığa dair sənədlər paketinin imzalanması planlaşdırılır.

Qanunla.Az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O xatırladıb ki, Paşinyanın bu gün Rusiya lideri Vladimir Putinlə görüşü planlaşdırılıb:

“Sonra Paşinyan Rusiya hökuməti səviyyəsində çox intensiv təmaslar planlaşdırır. Orada bütün sənədlər paketi imzalanacaq”, – Peskov bildirib.

Qeyd edək ki, daha öncə Paşinyanın səfəri zamanı rusiyalı həmkarı Mixail Mişustin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də görüş keçirəcəyi bildirilmişdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki