image-qanunla-reklam
image-qenire-shehid-anasi

Paşayeva şəhid anası ilə görüşdü – Foto

image-lady-day-az

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi İlkin Ağakişiyevin anası Reyhanə Ağakişiyeva ilə görüşüb.

Qanunla.Az xəbər verir ki, Q.Paşayeva şəhid anasını dinləyib, qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb.

Şəhid anasını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edən millət vəkili onun oğlu ilə bağlı xatirələrini dinləyib.

Qeyd edilib ki, 1995-ci il təvəllüdlü, ali təhsilli İlkin 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə fədakarlıqla savaşıb. İlkin oktyabrın 8-də Ağdərə istiqamətindəki döyüşdə şəhid olub.

Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında izdihamla dəfn olunub.

Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, habelə 24.06.2021-ci il tarixli Prezident Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Görüşdə Nəfəs İB sədri Firəngiz Balakişiyeva iştirak edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki