image-qanunla-reklam
image-milli-meclis-yeni

Parlamentin əsas işi qanunvericilikdir

image-lady-day-az

Parlamentin əsas işi qanunvericilikdir.

Ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinə, xalqın suveren iradəsini ifadə edən, vətəndaşların rifahının yüksəldilməsinə xidmət edən qəraralara imza atan Azərbaycan Parlamenti fəaliyyətini uğurla davam etdirir. Dahi rəhbər, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan ölkəmizin parlamentarizm ənənələri bu gün Prezident cənab İlham Əliyevin proqram xarakterli tövsiyələri ilə zamanın tələbinə uyğun müstəqil Azərbaycanın tərəqqisinə, inkişafına xidmət edir. İlk gündən fəaliyyətini demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri üzərində quran Azərbaycan Parlamenti milli maraqların təminatında və təhlükəsizlik mühitinin təmin edilməsində qanunvericilik sahəsində lazımi addımlar atır. Prezidentimiz cənab İlham Əliyevin xeyir-duası ilə işinə başlayan VI çağırış Milli Məclis qanunun aliliyinin təminatı məqsədilə aparılan islahatların əsasında üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirir. Ölkə həyatının müxtəlif sahələrində ictimai münasibətləri tənzimləyən qanunlar, qərarlar qəbul edən Milli Məclis milli maraqları ilə bağlı məsələlərdə daim prinsipial, qətiyyətli mövqe göstərir. Ən əsası, zamanın tələbinə uyğun təkmilləşən qanunverici qurum dövlətimizin strateji xətti ilə bağlı bütün məsələlərdə insan amilinə söykənən dövlət siyasətini əsas götürür. “Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır”. Prezident cənab İlham Əliyevin 10 mart 2020-ci il altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında tarixi, proqram xarakterli çıxışında səsləndirdiyi bu fikirlər bu gün tam təsdiqini tapıb. Qanunvericilik bazasını yeniləyən, yeni çağırışlara uyğun təşəbbüslərlə çıxış edən Milli Məclis zəmanəsinin ən parlaq liderlərindən olan dövlət başçısı cənab İlham Əliyevin irəli sürdüyü siyasi iradə, başlatdığı inqilabi islahatlar kursunu uğurla həyata keçirir, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə töhfələrini verir. Ölkədə yeni islahatlar kursu, parlament üzvləri qarşısında qoyulan məsuliyyətli vəzifə layiqincə, uğurla həyata keçirilir. Şübhə yoxdur ki, inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsini, ümumbəşəri demokratik prinsiplərini, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələrini davam etdirən Azərbaycan Parlamenti qarşıdakı müddətdə də ölkənin hərtərəfli tərəqqi yolunda bütün səy və imkanlarını səfərbər edəcəkdir.

Ehtiram Osmanov   Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi

 

 

 Dünyəvilik prinsipi.

Dünya  tarixinin keçdiyi inkişaf mərhələlərinin ən böyük amili insan hüquqlarına hörmət amilidir. İnsan hüquqlarına hörmət anlayışının kəşfi bəşər sivilizasiyasının qazandığı nailiyyət və cəmiyyətin demokratikliyini təsdiq edən əsas atributlardan biri sayılır. Bu gün Azərbaycan insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunduğu, eyni zamanda, müdafiə edildiyi demokratik ölkələr sırasındadır. Ölkəmizdə insan və vətəndaş hüquqları  və azadlıqlarının müdafiəsi işində ümummilli lider Heydər Əliyevin 1998-ci il fevralın 22-də imzaladığı “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” mühüm  rol oynadı. Azərbaycanda  insan, vətəndaş hüquq və azadlıqlarının qorunması işi getdikcə daha da təkmilləşdirilir, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir. Ölkəmiz insan hüquqlarına hörmət edən, dünyəvi dövlət kimi tanınır. Dünyəvi dövlət — dinin dövlət idarəetməsindən uzaqlaşdırılması nəticəsində yaranmış dövlətdir. “Dünyəvilik” dini baxış və onun qanuniliyinə qarşı çıxmaqla yox, bunlardan azad olmaqla müəyyən edilir və seçilir. Məsələn, dünyəvi dövlətlərdə əhalinin dindar hissəsinin rahatlığına və ya ümumi say çoxluğuna görə dini bayram istirahət günü və ya dövlət bayramı elan edilə bilər. Hazırda Avropa ənənələrinə malik bütün ölkələr, Cənub-Şərqi Asiya və Afrikanın bir sıra ölkələri, həmçinin Şimali və Cənubi Amerikanın əksər dövlətləri dünyəvidir. Lakin bir çox müsəlman ölkələri tam dünyəvi deyil. Məsələn, İran və Səudiyyə Ərəbistanı rəsmən teokratik dövlətlərdir. Dünyanın və regionun mənzərəsi fonunda  Azərbaycanın bugünkü uğurları, mövqeyi, bütün sahələr üzrə təqdimatına geniş yol açan imkanları daha aydın görünür. Bu gün ölkəmiz demokratik təsisatlarla, beynəlxalq təşkilatlarla  əməkdaşlıq edir, dünya təcrübəsinə istinad edərək yeniliklərin ölkəmizdə tətbiqi üçün təcrübə mübadiləsi aparır. Azərbaycan bu gün beynəlxalq aləmdə sabitlik diyarı, sabitləşdirici faktor kimi tanınır.

Ehtiram Osmanov   Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki