image-qanunla-reklam
image-bayraq_meydani_120715

Pandemiya ilə mübarizə işi ölkəmizdə planlı şəkildə aparılır

image-lady-day-az

Pandemiya ilə mübarizə işi ölkəmizdə planlı şəkildə aparılır

Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir.Son illər ölkəmizdə səhiyyə infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb.Ölkəmizdə səhiyyənin səviyyəsinin yüksəlməsi son elmi texnoloji yeniliklərin tətbiqi sahəsində mümkün olub.Məhz pandemiya dövründə ölkə səhiyyəsinin bu duruma adekvat olması realliğı tam əks etdirir. Koronavirus pandemiyası dovründə yeni tibb müəssisələrinin açılması ölkə səhiyyəsi ilə bağlı mənzərənin açıq təzahürüdür. Koronavirus pandemiyasının ilk vaxtlarından vətəndaşların sağlamlığının qorunması məqsədi ilə Prezident İlham Əliyevin rəhbərliyi ilə virusun geniş yayılmasının qarşısının alınması üçün çevik və sistemli preventiv tedbirler həyata keçirilməyə başlamışdır.
Cənab Prezident çıxışlarında dəfələrlə vurğulayıb ki, dövlətimiz üçün ən vacib məsələ vətəndaşların sağlamlığıdır. Azərbaycan Prezidentinin bütün istiqamətlərdə həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Meriban xanım Əliyeva tərəfindən ölkəmizdə vətəndaşların rifahının daha da yaxşılaşdırılması sayəsində görülən işlər öz müsbət nəticəsini göstərib.
Azərbaycan elə ilk günlərdən virusun yayılmasının qarşısının alınması ilə bağlı çox effektiv tədbirlər həyata keçirdi.Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətə başlaması,Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması,karantin rejiminin tətbiqi məhs koronavirusla mübarizəyə effektiv xidmət edir. Ölkəmizdə Avropa istehsalı olan labarator testlər,tibb avadanlığı,qoruyucu vasitələr vaxtında gətirilərək tibb müəssisələrinətəhvil verildi.Yeni labaratoriyalar formalaşdırıldı. Qısa zamanda səhiyyə sisteminin effektiv fəaliyyətinin təmin edən addımlar atıldı,modul tipli xəstəxanalar quruldu. Bundan başqa ölkədə 46 xəstəxana kornavirus xəstələrinə xidmət göstərmək üçün ayrıldı. 575 çarpayılıq «Yeni Klinika» fəaliyyətə başladı,Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq xəstəxana istifadəyə verildi.Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan 820 yerlik modul tipli növbəti hospitalın açılışı oldu.Bu tədbirlər virusun böyük miqyasda qarşısını almağa,yoluxanların müalicəsi üçün imkanların genişləndirilməsinə şərait yaratdı.Nəticədə sağalanların sayı yoluxanların sayını üstələdi və biz müsbət dinamika əldə etdik.Azərbaycanda Covit-19 ilə mübarizədə əldə olunmuş nəaliyyətlər Ümumdünya Səhiyyə Təşkilatı yüksək qiymətləndirilmiş, ölkəmiz bu mübarizədə nümunəvi ölkələr siyahısına daxil edilmişdir.
Eyni zamanda dövlətin həkimlərə,səhiyyə işçilərinə xüsusi diqqətidə bu sahəyə marağı artırıb.Səhiyyə sistemində çalışan insanlar daim dövlətin qayğısı ilə əhatə olunub.Prezidentin Sərəncamı ilə tibb işçilərinin sosial müdafiəsi gücləndirilib,əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 miqdarında əlavələr edilib.Heyder Əliyev Fondu və Heydər Əliyev mərkəzinin dəstəyi ilə Yeni Çağrı Mərkəzi yaradılıb,koronaviruslu xəstələrin müalicəsinə cəlb olunmuş həkimlərə və tibb personalına pisxoloji dəstək gəstərilməsinə başlanılıb.
COVİD-19 pandemiyası ilə bağlı ölkədəki mövcud veziyyet daim Milli Məclisin Səhiyyə Komitəsinin diqqət mərkəzində olmuş Milli Məclis tərəfindən 10 qanun lahiyəsi qəbul edilmişdir.
Hazırda hər bir dövlət pandemiya ilə mübarizə aparır və öz vətəndaşlarını maksimum ağır vəziyyətdən minumum itkilərlə çıxarmağa çalışır.Yanvarın 18-dən etibarən ölkəmiz Cənubi Qafqazda ilk dəfə olaraq vaksinasiya işlərinə start verib.Ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumuşaldılmişdır. Cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampanıyası başlanıb və artıq 99,94 faizli “Sinovak”,qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilib. 18 yaşdan yuxarı bütün vənəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər.Peyvənd olunanlara COVİD-19 pasportları teqdim olunur.

Paşayeva Asiman
Saatlı rayon Bəylər kənd S.Ağamirzəyev adına Ümumi orta mektəbin biologiya müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki