image-qanunla-reklam
image-6blaaj7nodzrjygy3wd8hvfgihvmedz63n1tvrzk_1200

Pakistanlı general: “Kəşmirə hücum edən Hindistan ordusunun qərargahı və beş qırıcısı məhv edilib”

image-lady-day-az

Pakistanın silahlı qüvvələri Hindistan ordusunun piyada briqadasının batalyonunun qərargahına hücum edərək komanda məntəqəsini məhv edib.

Qanunla.Az “Dawn” qəzetinə istinadən xəbər verir ki, bu barədə İslamabadda keçirdiyi brifinqdə Pakistan Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru general Əhməd Çauxdri bildirib.

“Pakistan ordusu Hindistanın aqressiyasına tam cavab verib və Hindistan qoşunlarının Kəşmirdə Nəzarət Xəttində atəşkəs rejiminin pozulmasında iştirak edən Hindistan briqadasının batalyonunun qərargahını məhv edib”, – Çaudri qeyd edib.

Onun sözlərinə görə, Pakistan Kəşmirin Çhatri, Cura və Sarliya rayonlarında Hindistanın bir neçə hərbi postuna zərbələr endirib, həmçinin Pakistan ərazisində hava hücumlarında iştirak edən Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 5 döyüş təyyarəsini vurub.

“Biz heç bir Hindistan təyyarəsinin Pakistanın hava məkanını pozmasına imkan verməmişik, heç bir Pakistan təyyarəsi Hindistan sərhədini pozmayıb”, – general əlavə edib.

Xatırladaq ki, Hindistanın hava hücumları nəticəsində 26 pakistanlı ölüb, 46 nəfər yaralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki