Ölkənin konstitusiya quruluşunun tarixi
Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsrlər boyu formalaşaraq müasir dövrümüzə qədər gəlib çatmışdır. Bu tarixi prosesdə Azərbaycanda müxtəlif idarəetmə formaları olmuş, hər bir dövr dövlətçilik ənənələrinin formalaşması və konstitusiya quruluşunun inkişafına təsir göstərmişdir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanan ilk konstitusiya 1995-ci il 12 noyabr tarixində qüvvəyə minib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkənin tarixində dördüncü Konstitusiyadır.
Müstəqil Azərbaycan dövləti qurulduqdan sonra Heydər Əliyevin rəhbərliyi altında 1995-ci ildə Konstitusiya Komissiyası yaradıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı və referendumda seçicilərin 86 faizi iştirak etdi. Onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Beləliklə də, Azərbaycan Konstitusiyası noyabrın 27-də hüquqi qüvvəyə mindi. Azərbaycan Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir və burada insan hüquq və azadlıqlarına geniş şəkildə yer verilmişdir.Bu da ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Sonradan isə ilk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Zərdab rayonu Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev





















