image-qanunla-reklam
image-1683358771_4186_1623406766

Ölkəmizin enerji potensialını gücləndirəcək stansiya bu gün artıq fəaliyyətə başlayır

image-lady-day-az

Ölkəmizin enerji potensialını gücləndirəcək stansiya bu gün artıq fəaliyyətə başlayır.

Dünyanın siyasi səhnəsində cərəyan edən proseslər, açıq və gizli qarşıdurmalar artıq elə təhlükəli həddə çatıb ki, bəzən ən nüfuzlu beyin mərkəzləri belə, onları proqnozlaşdıra bilmir. Formalaşmaqda olan yeni dünya reallığı göstərir ki, təbii resurslara və nəqliyyat dəhlizlərinə nəzarət uğrunda rəqabət getdikcə daha da kəskinləşir, güc amili həlledici faktora çevrilir. Nə beynəlxalq hüquq yada düşür, nə də onu pozanlar məsuliyyətdən çəkinir. Əsas beynəlxalq təşkilatların qərarları isə ya gecikir, ya adekvat olmur, ya da kağız üzərində qalır.   Belə mürəkkəb vəziyyətdə yeni çağırışların önə çıxardığı önəmli  məsələlərdən biri də enerji təhlükəsizliyi ilə bağlıdır. Bu səbəbdən, hətta ən inkişaf etmiş ölkələr də oturuşmuş enerji təchizatını şaxələndirməyə,  bərpaolunan enerji sahələrinə böyük vəsait yatırmağa  məcbur olur. Geosiyasi və geoiqtisadi rəqabət artıq elə miqyas alıb ki, heç bir ölkə bu prosesdən kənarda qala bilmir və istər-istəməz seçim qarşısında qalır. Ona görə də enerji asılılığının şaxələndirilməsi və daha etibarlı tərəfdaşla əməkdaşlıq ön plana çıxır. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyətli rol oynadığı hər kəsdən çox avropalıların özlərinə məlumdur. Təsadüfi deyil ki, Avropanın nüfuzlu siyasətçiləri ölkəmizin etibarlı tərəfdaş olduğunu açıq şəkildə etiraf edir və əməkdaşlığın dərinləşməsinə maraq göstərirlər.

Hadisələrin inkişafı göstərir ki, enerji təhlükəsizliyinin qorunması hələ uzun illər əksər aktorlar üçün prioritet təşkil edəcək. Cənab Prezident həm də bu çağırışları nəzərə alaraq, ölkəmizin enerji potensialını bərpaolunan enerji mənbələri hesabına daha da gücləndirmək siyasətini yürüdür. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa olunmuş “Xızı-Abşeron” Külək Elektrik Stansiyası bu məqsədlə həyata keçirilən çoxsaylı layihələrdən biridir. Prezident cənab İlham Əliyev yanvarın 8-də “Gülüstan” sarayında keçirilən rəsmi açılış mərasimindəki çıxışında  layihənin əhəmiyyətini xüsusi qeyd etdi: “Ölkəmizin enerji potensialını gücləndirəcək stansiya bu gün artıq fəaliyyətə başlayır. Əminəm ki, 240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcəkdir”. Bu layihə ilə yanaşı, artıq həyata keçirilən və nəzərdə tutulan digər layihələrin diqqət çəkən tərəfi həm də ondadır ki, onların əksəriyyəti xarici sərmayələr hesabına ərsəyə gətirilir. Son 20 il ərzində generasiya gücü üç dəfə artırılaraq 10 min meqavata çatdırılan Azərbaycan üçün bu, o deməkdir ki, imkanlarımız bərpaolunan enerji mənbələri hesabına ilbəil artmaqda davam edəcək. Nəzərə alsaq ki, müasir dünya reallığında enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsi ilə birbaşa bağlıdır, bunun Azərbaycanın yaxın və uzaq gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu hətta mütəxəssis olmayanlar da indidən görə və dəyərləndirə bilər.

 

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki