Ölkəmizdə gözəl investisiya iqlimi vardır. Biz ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik
Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş stansiyasının investor tərəfdaşı bərpaolunan enerji sahəsində qlobal miqyasda tanınan Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətidir. Bu layihə şirkətin Azərbaycanda həyata keçirdiyi ilk təşəbbüsdür. Eyni zamanda, bu əməkdaşlıq uzunmüddətli yanaşmanın başlanğıcı hesab olunur. Dövlət başçısı vurğulayıb ki, şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir. Stansiyanın tikinti prosesində baş podratçı funksiyasını “Power China” şirkəti yerinə yetirib. Şirkət bu layihədə texniki tərəfdaş kimi çıxış edib. Gələcək mərhələlərdə “Power China”nın Azərbaycanda icra olunacaq digər enerji layihələrində, o cümlədən sərmayədar qismində iştirakı da nəzərdə tutulur. Bu əməkdaşlıq beynəlxalq enerji təcrübəsinin ölkəmizə gətirilməsinə imkan yaradır. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasından öncə, 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası istismara verilib. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda günəş enerjisi layihələri həyata keçirilir. Hazırda burada inşa edilən 3 Günəş Elektrik Stansiyasının ümumi gücü 340 meqavata bərabərdir.
Görülən işlər onu deməyə əsas verir ki, Azərbaycanda enerji sisteminin yenilənməsi və inkişafı əsas istiqamətlərdən biri kimi müəyyənləşib. Təxminən 20 il ərzində generasiya gücləri, iri yarımstansiyalar və elektrik ötürücü xətlər mərhələli şəkildə tamamilə müasir tələblərə uyğunlaşdırılıb. Bu dövrdə yaradılan generasiya imkanları əvvəlki mərhələlərlə müqayisədə təqribən 3 dəfə artıb. Hazırda ölkənin ümumi generasiya gücü 10 min meqavata bərabərdir və bu göstərici enerji sektorunun inkişaf tarixində ən yüksək nəticədir. Azərbaycan ənənəvi enerji resurslarını həm daxili tələbatın ödənilməsində, həm də ixrac imkanlarının genişləndirilməsində səmərəli şəkildə istifadə edir. Bu istiqamətdə atılan mühüm addımlardan biri 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi üzrə strateji tərəfdaşlıq sazişinin imzalanması olub. Sözügedən sənəd ölkəmizin bu sahədə mövcud potensialının həyata keçirilməsinə və beynəlxalq enerji bazarındakı mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradır.
Emin Qazıyev – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru
























