Ölkədə qazlaşma 96 faizə çatıbdır.
Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanması
müvafiq tələblərə cavab verməlidir. Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun, tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. Əgər həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal qaz təchizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə müvafiq icra hakimiyyəti orqanına və müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verməlidirlər. Qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər və podratçılar müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurumun qərarlarına əsaslanaraq təhlükələrin qarşısının alınması və aradan
qaldırılması üçün tələb olunan bütün tədbirləri görməlidirlər. İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən və sertifikat verildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə və sertifikatın verilməsinə
görə ödəniş tələb olunmur. Regionların inkişafında önəmli istiqamətlərdən biri də müasir infrastrukturun yaradılması ilə əhalinin sosial-məişət firavanlığının təmin edilməsidir. Məhz bu prinsipi sosial siyasətinin prioriteti hesab edən Prezident İlham Əliyevin imzaladığı bir çox Dövlət proqramları bilavasitə ölkənin qaz təsərrüfatının tamamilə yenidən qurularaq müasirləşməsi məsələsini önə çıxarıb. Xüsusən, regionların qaz təminatının yaxşılaşdırılması, “mavi yanacaq”la təmin olunmayan yaşayış məntəqələrinin qazlaşdırılması işi son bir neçə ildə daha böyük vüsət alıb. Ən başlıcası isə “Azəriqaz” İstehsalat Birliyi (İB) fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin kommunal xidmətlər haqqında çıxışlarını, tapşırıqlarını əsas meyar kimi qəbul edir. Bu isə abonent məmnunluğunun qazanılması, onların təhlükəsiz, fasiləsiz və texnoloji parametrlərə uyğun qazla təminatına hesablanıb. Bundan başqa, təmir-tikinti, payız-qış mövsümünə hazırlıq işlərini operativ yerinə yetirmək, vətəndaşı narahat edəcək məqamlar, qaz dayanmaları, qazın təzyiqi ilə bağlı problemləri operativ araşdırmaq və yerinə yetirmək də gündəlik iş rejiminin mahiyyətini təşkil edir. “Azəriqaz” İB-də qeyd olunan hədəflərdən ən vacibinə isə 2019-cu ilin sonunda nail olunub. Yəni ölkədə qazlaşma səviyyəsi 96 faizə çatdırılıb. 2019-cu ildə “Azəriqaz” İB-də əhali sektoru üzrə 100 mindən çox yeni abonent qeydiyyata alınmaqla artıq ümumi abonentlərin sayı 2 milyon 300 mini keçib. Digər mühüm məqam isə odur ki “Azəriqaz” İB müasir iş metodlarını və innovativ yenilikləri tətbiq etməklə idarəetməni daha təkmilləşdirir. Belə ki, ötən həftə İB-də həyata keçirilən struktur islahatları da məhz bu hədəflərə çatmağa hesablanıb.
Cəvahir Murtuzayeva – Zərdab Gənclər evinin psixoloqu





















