image-qanunla-reklam
image-media-ilham-eliyev-forum-uvt5o0jw1934px7a6i2z

Ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət və vətəndaş müraciətlərinə həssas münasibət dayanır

image-lady-day-az

Azərbaycan Respublikasında regional inkişaf, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin və ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas hədəflərindən birini təşkil edir. Regional inkişafın sürətləndirilməsi yalnız iqtisadi göstəricilərin artırılmasını deyil, həm də yerli idarəetmənin keyfiyyətinin köklü şəkildə yüksəldilməsini nəzərdə tutur. 12 noyabr 2025-ci il tarixində Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsinə və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçılara ünvanladığı tapşırıqlar, regional inkişafın sürətləndirilməsi və yerli idarəetmənin keyfiyyətinin yüksəldilməsi üzrə dövlət siyasətinin əsas prioritetlərini müəyyənləşdirir. Bu tapşırıqlar qətiyyətli tələblər şəklində irəli sürülür və ölkədə idarəetmə sisteminin daha səmərəli qurulmasına xidmət edir. Prezidentin çıxışının ana xəttini şəffaflığın artırılması, vətəndaş məmnuniyyətinin təminatı, yerli idarəetmədə korrupsiyaya qarşı amansız mübarizə və regional iqtisadi potensialın tam reallaşdırılması təşkil etmişdir.

Ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət və vətəndaş müraciətlərinə həssas münasibət dayanır. Hər bir dövlət qurumunun fəaliyyətinin aynası hesab olunan bu işin daha dərin fəlsəfəsi vətəndaş məmnuniyyəti və müvafiq sahədə həyata keçirilən dövlət siyasətinin verdiyi imkanlardan insanların bəhrələnməsinin təmin olunmasıdır. Dövlət başçısı vətəndaşlara və onların problemlərinə daim böyük qayğı və diqqətlə yanaşaraq çıxışlarında bu məsələləri ön plana çəkir, vətəndaşların qayğı və problemlərinə xüsusi diqqətlə yanaşmağı tələb edir, dövlət və vətəndaş arasında münasibətin və qarşılıqlı etimadın əyani vasitəsi olan vətəndaş müraciətlərinə baxılmasında şəffaflığın və nəzarətin gücləndirilməsinə xüsusi önəm verir. Məmur-vətəndaş münasibətlərinin şəffaflığı, məmurların öz fəaliyyətlərində vətəndaş məmnunluğunu əsas hədəf kimi müəyyənləşdirməsi həm respublikada ümumi  uğurun təminatıdır, həm də sabitliyin güclənməsinə xidmət edən vacib amillərdən biridir.

Azərbaycan Prezidenti məmur-vətəndaş münasibətlərində, xalqla ünsiyyətdə  öz şəxsi keyfiyyətləri  və nümunəvi davranışı ilə ən mükəmməl örnək olmaqla yanaşı, haqlı olaraq dövlət idarəçiliyindəki hər kəsdən də bunu  tələb edir.  Daim öz xalqının yanında olmaq, onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb onların operativ həlli istiqamətində əsas tədbirlər görmək Prezident İlham Əliyevin iş üslubuna çevrilib.

 

 

Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqüddə olan müəllim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki