Oğuzda ağır yol qəzası baş verib.
Hadisə bu gün Oğuz-Xaçmaz avtomobil yolunda qeydə alınıb.
Hərəkətdə olan VAZ-2199 markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.
Qəza zamanı sürücü hadisə yerində ölüb.
Avtomobildə olan sərnişin isə ağır xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.



















