image-qanunla-reklam
image-mehemmed-polis-ogru-ushaq

Oğurlanan 2 yaşlı körpə tapıldı: saxlanılanlar var – Foto

image-lady-day-az

Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməldaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.

Qanunla.Az xəbər verir ki, bu barədə Report-a DİN-in Mətbuat xidmətinin inspektoru polis mayoru Anar Qafarov məlumat verib.

Məlumata görə, körpəni oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar.

Araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki