image-qanunla-reklam
image-zelenski-yeni

O, məndən Buçanın qurama olmadığının sübutunu istədi

image-lady-day-az
Ukrayna Prezidenti Vladimir Zelenski avropalı liderlərdən birinin ondan Buça qətliamı ilə bağlı əlavə sübutlar istədiyini bildirib.

Qanunla.az xəbər verir ki, Zelenski bu barədə “Bild” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, AB-nin aparıcı siyasətçilərindən biri Ukraynadan Buça hərbi cinayətinin “qurulmuş tamaşa” olmadığını təsdiqləyən sübutlar xahiş edib.

Zelenski sözügedən AB ölkəsi liderinin adını açıqlamasa da, “Avropa həqiqətləri” onun Macarıstan Baş naziri Viktor Orban olduğunu yazıb.

“Maraqlıdır, Orban öz tələbini harda səsləndirib? Axı Buça faciəsindən sonra Budapeştin Ukrayna tərəfi ilə rəsmi əlaqəsi olmayıb”, – nəşr qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki