image-qanunla-reklam
image-336786032_1351727499034425_79491815887165087_n

Novruz sülhü və tolerantlığı tərənnüm edir

image-lady-day-az

Novruz sülhü və tolerantlığı tərənnüm edir.

Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını bütün zənginliyi ilə özündə ifadə edən Novruz bayramı Azərbaycanda hər il möhtəşəm şəkildə qeyd edilir. Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərliyinin hələ birinci dövründə milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmış, hətta keçmiş imperiyanın sərt rejimi dövründə belə Novruz bayramının yüksək səviyyədə keçirilməsinə nail olmuşdu. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da xalqımız Novruzu daha böyük təntənə ilə qeyd etməyə başlayıb. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu gün artıq Novruz bayramı sülhü və tolerantlığı tərənnüm edən dəyər kimi qəbul edilir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova

 

 

2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir.

Çox hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti xalqımızın rifahına, dövlətimizin inkişafına həsr olunmuş çoxşaxəli fəaliyyətdir. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Bütün bu qeyd edilən məsələlərə əsasən deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident cənab İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.

Mehriban xanım Əliyevanın  fəaliyyətində diqqət çəkən əsas istiqamətlərdən biri də ekoloji problemlərin həllinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsidir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə böyük ekoloji layihələr icra edilməkdədir. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

Azərbaycan xalqı ali hədəfinə çatmışdır.

Ulu Öndər Heydər Əliyev vaxtilə torpaqlarımız işğal altında olan zaman layiqli siyasi varisi İlham Əliyev və Müzəffər Ordumuzun gücünə, qüdrətinə inanaraq  bu möhtəşəm kəlamı demişdir: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”

Azərbaycan xalqı bu gün öz ali hədəfinə çatmışdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşandı, bayram tonqalları qalandı. 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfərlə müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırıb. Novruz bayramının düşmən tapdağından azad edilən torpaqlarda qeyd edilməsi müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günləri sırasına daxil olur.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

 

Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür.

 Novruz hələ qədim zamanlardan xalqımız tərəfindən yüksək səviyyədə qeyd olunmuş, təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərin, xoş arzuların yarandığı bayram, insanla təbiətin bütövləşməsi, harmoniyası sayılmışdır. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaratmışdır. Tarix boyu zəhmət və halallıqla yaşayan xalqımız Novruzun gəlişini ruzi-bərəkət qapısının açılması kimi intizarla gözləmiş, bütün cismi və ruhu ilə onun həsrətində olmuşdur.

Ümummilli Lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirmişdir: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”.

Tarix boyu heç bir qüvvə Novruz bayramını insanlarımızın qəlbindən çıxara bilməmişdir. Azərbaycan xalqı ötən əsrlərin bütün ağır sınaqları içində milli bayramlarını, o cümlədən Novruz adət və ənənələrini də qorumuş, onu əsrlərin sınağından keçirərək bu günümüzə qədər layiqincə yaşatmışdır.

Novruzun təntənəli milli bayram kimi qeyd edilməsi Azərbaycanın Dövlət Müstəqilliyinin xalqımıza verdiyi bəhrələrdən biridir. Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi sayəsində tarixi kökümüzə qayıdışın təzahürü, mədəniyyətimizin zəngin xəzinəsi olan Novruz bayramı son illər təqvimimizə Azərbaycan  Respublikasının rəsmi bayramlarından biri kimi həmişəlik düşmüşdür.

Böyük ruh yüksəkliyi ilə qarşıladığımız bu Bahar bayramı günlərində insanların fikri, əməli, istəyi təzələnir, könüllərdə saf duyğular oyanır. Novruz bayramı mənəvi gözəlliyi, mərhəməti və xeyirxahlığı təcəssüm etdirən el bayramıdır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

Ulu Öndər Heydər Əliyev: “Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik.”

Ulu Öndər Heydər Əliyev həmişə görüşlərində xalqımızı inandırırdı ki, gün gələcək, biz öz torpaqlarımıza qayıdacağıq. Ümummilli liderin bu inamı xalqımızda ümid işığını sönməyə qoymadı:

Xalqımızın tarixində, adət-ənənəsində Novruz bayramının özünəməxsus yeri və rolu vardır. Otuz ilə yaxın müddətdə hər Novruz bayramında Azərbaycan xalqının böyük arzusu, diləyi işğal altında olan torpaqlarımızın əsarətdən azad edilməsi idi. Şükürlər olsun ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalçılarından təmizlədi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.

Üçüncü ildir ki, Zəfərimizdən sonra Novruz bayramı ölkəmizdə xüsusi təntənə və böyük ruh yüksəkliyi qeyd olunur. İşğaldan azad edilmiş ərazilərimizdə bayram tonqalları yandırılır. Ulu Öndərin vəsiyyətini və Azərbaycan xalqının arzularını Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev reallaşdırdı. Tarixi ənənələrimizə uyğun olaraq Prezident İlham Əliyev özündə qarşılıqlı hörmət və etibarlı münasibətləri tərənnüm edən yeni siyasi mədəniyyət formalaşdırılmasına nail oldu.

Arzu edirəm ki, bu Novruz dövlətimizə və xalqımıza bolluq, bərəkət gətirsin. Azərbaycanımız daha da inkişaf edərək, qüdrətini artırsın!

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov

 

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

 Azərbaycan xalqı əsrlər boyu Novruz bayramını böyük təntənə, sevinclə qeyd edib. Novruz bayramı təbiətin oyanması və yeniləşməsinin rəmzidir. Azərbaycan xalqı Novruz bayramını dörd həftə əvvəldən, yəni hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi olmaqla qeyd edir.

Novruz bayramı qədim adət-ənənələrlə, oyunlarla zəngindir. ““Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.

Novruz bayramı eyni zamanda sülhü və tolerantlığı tərənnüm edir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar.

Çox  sevindirici haldır ki, Azərbaycan xalqı artıq 3-cü ildir ki, Novruz bayramını qalib xalq kimi keçirir və bu da xalqımızın sevincinə sevinc qatır.

30 il ərzində Azərbaycanın gözəl diyarları erməni işğalı altında olduğundan xalqımızın ürəyində bir nisgil var idi. Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz bu nisgilə son qoydu, torpaqlarımız erməni işğalından azad edildi. Ulu Öndər Heydər Əliyev hər zaman o ərazilərdə də Novruz bayramının keçiriləcəyini vurğulayırdı.

Ümummilli liderimiz “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm” deyə qeyd edirdi. Artıq bu fikirlər reallığa çevrilir, o gözəl torpaqlarda da Novruz bayramı təntənə ilə qeyd edilir”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Eyni zamanda 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Novruz siyasətdə bayramlaşma təcrübəsinə səbəb olmuşdur.

2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq Novruz bayramını həmin ərazilərdə qeyd edirik. Bununla da, cənab Prezidentimiz həm Ümummilli Liderin vəsiyyətini, həm də Azərbaycan xalqının arzularını reallaşdırdı.

Uzun illərdən bəri Novruz bayramı təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Yaranma tarixi İslamdan əvvələ təsadüf edən Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur. Təsadüfi deyil ki, 2009-cu ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 23 fevral 2010-cu ildə isə, BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Bu gün Azərbaycanın bu sahədəki beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayı artmaqda davam edir. Belə ki, 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında Azərbaycan, Türkiyə, İran, Hindistan, Qırğızıstan, Pakistan, Özbəkistanla yanaşı, İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşuldu. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdi: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”

Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağı əkib-becərməyə başlayır.

Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyanın rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkül tapmasının bariz nümunəsidir.

Zəngin tarixi və rəngarəng folkloru ehtiva edən Novruz bayramı “papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və başqa adətləri özündə birləşdirir. Novruz bayramının ən vacib elementi kimi, ortasında səməni olan xonçanın içərisindəki milli şirniyyatlar – paxlava – yer kürəsinin 4 istiqamətini, qoğal – günəşi, şəkərbura – ayı, rənglənmiş yumurta – həyatı simvolizə edir. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə insanlar arasında mehribanlıq yaradan qədim bayramımızdır. Bu qədim və əziz bayramımız haqqında xalqımızın sənətkarları tərəfindən bir çox mahnılar yazılmış, filmlər çəkilmişdir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

 

Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür.

Azərbaycan xalqı zəngin mədəni irsə malikdir. Xalqımızın qədim adət və ənənələrini özündə birləşdirən Novruz bayramı da məhz mədəni irsimizin zənginliyindən xəbər verir. Yazın ilk günü qeyd olunan Novruz bayramının fəlsəfəsi təbətin oyanmasını və həyatı özündə simvolizə edir.  Novruz adətlərinə nəzər yetirdikdə görmək olur ki, birlik, həmrəylik, sülh şəraitində yaşamaq xalqımızın öz adət-ənənələrində də öz təcəssümünü tapır. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. Novruza qədər 4 çərşənbə qeyd olunur ki, bu çərşənbələrdə də müxtəlif ayin və inanclar həyata keçirilir. Su, Od, Yel və Torpaq adlandırılan Novruz çərşənbələrinin fəlsəfəsi də həyat əlaməti olan 4 ünsürü özündə ehtiva edir.  Sonuncu Torpaq çərçənbəsi xalq arasında həmçinin İlaxır çərşənbə də adlandırılır ki, bu çərşənbə xalqımız tərəfindən daha böyük coşqu ilə qeyd edilir. Uşaqlar və gənclər tərəfindən böyük sevinc və maraqla qeyd edilən “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə təcəssüm etdirir.

Novruzda aşıqların, xanəndələrin, xalq müğənnilərin, kəndirbazlar, pəhləvanlar, folklor birliklərinin, həmçinin Novruz personajları olan Kosa, Keçəl və Bahar qızın iştirakı ilə  ölkəmizin hər bir bölgəsində keçirilən kütləvi bayram şənliklərinin mahiyyətində xalqın birlik və həmrəyliyi dayanır. Sovetlər dövründə rəsmi bayram kimi qeyd olunmasa da xalqımız öz qədim bayramı olan Novruzu və onun çoxsaylı adətlərini qoruyub saxlamağı və sonrakı nəsillərə ötürməyi bacarmışdır. Xalqımız müstəqillik əldə etdikdən və ən əsası da  Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Novruz bayramı dövlət səviyyəsində rəsmi bayram olaraq qeyd olunmağa başladı. Novruz bayramı münasibətilə xalqa təbriklərinin birində  Ümummilli Lider Heydər Əliyev Novruzu dostluq, həmrəylik, yüksək mənəviyyat bayramı adlandırmışdır.

Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu hər bir sahədə uğurla davam etdirən Prezident İlham Əliyevin  xalqımızın milli bayramı olan Novruza özünəməxsus münasibəti vardır. Cənab Prezidentin hər il xalqa bayram təbriki ünvanlaması, keçirilən bayram şənliklərində iştirak etməsi və 2007-ci ildən Novruzun 5 gün bayram olaraq qeyd olunması dövlətimizin Novruz bayramına olan özünəməxsus münasibətindən xəbər verir. Çox hörmətli Birinci vitse-preidentimiz, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Bundan əlavə, 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli  nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınmışdır. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Bütün bunlar Azərbaycan mədəni irsini dünyada təbliğ edən Mehriban xanım Əliyevanın həyata keçirdiyi misilsiz işlərin bariz nəticəsidir. Həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayı daim artır. Belə ki, 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulmuşdur.

Hər zaman Azərbaycanı çiçəklənən, güclü, xalqımzı isə firavan görmək istəyən və ömrünü bu müqəddəs missiyaya həsr edən Ulu Öndər Heydər Əliyev 20 mart 1998-ci ildə Mərdəkandakı “Abşeron” sanatoriyasında Novruz bayramı münasibətilə qaçqınlar və məcburi köçkünlər üçün keçirilən bayram şənliyində çıxışı zamanı qeyd etmişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”

Artıq xalqımız həmin günləri yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və Novruz bayramı artıq həmin ərazilərdə qeyd edilir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Bayram şənlikləri.

Novruz Azərbaycan xalqının həyatında və mədəniyyətində mühüm yer tutur. Zəngin tarixə, adət-ənənələrə malik olan Azərbaycan xalqı daim öz tarixi kökləri, millli-mənəvi dəyərləri ilə fəxr etmişdir. Qədim tarixə malik olan Novruz bayramı xalqımız tərəfindən hər il dövlət səviyyəsində ümumxalq bayramı kimi böyük təntənə ilə qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Novruz Bayramı münasibətilə Azərbaycan xalqına təbrikində daim bu məqam qeyd edilir ki, milli varlıq və mənəviyyat xəzinəsi olan Novruz bayramı müdrik əcdadlarımızın bugünkü nəsillərə misilsiz yadigarıdır. 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız Novruza həsrət qalmışdı.

Torpaqlarımızın işğaldan azad olunacağına tam əmin olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hələ 1998-ci ildə çıxışlarının birində qeyd etmişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Fizulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, qəhrəmanlığı, xalqımızın birliyi, həmrəyliyi sayəsində Ümummilli Liderin vəsiyyəti və Azərbaycan xalqının arzuları reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində tarixi Zəfər qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün nəhəng qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır.

Novruz bayramının ölkəmizdə bu gün də yüksək səviyyədə qeyd olunması Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı –Alagöz Namazova

 

 

Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir.

Qafqazda, Mərkəzi Asiyada və Uzaq Şərqdə yaşayan bir çox xalqlar tarixən müəyyən ortaq bayramları qeyd etmişlər. Novruz bu bayramlar arasında həm əhatəliliyinə, həm də özünəməxsus mərasimlərinə görə digərlərindən fərqlənir.

Müasir dövrdə Novruz təkcə yazın, baharın gəlişinin bayram edilməsi deyil, eyni zamanda, yeni təqvim ilinin – yeni günün başlanğıcı hesab olunur.
Təbiətin canlanmasının, birlik və bərabərliyin simvolu olan Novruz Qafqazda, Mərkəzi Asiyanın türk respublikalarında XX əsrin əvvəllərindən başlayaraq 1960-cı illərə qədər bəzi siyasi səbəblərə görə qadağan edilmiş, onun unutdurulmasına çalışılmışdır. Lakin ötən əsrin 90-cı illərindən etibarən öz müstəqilliklərini elan edən postsovet məkanına daxil olan türk respublikaları keçmişlərinə, adət-ənənələrinə, milli-mənəvi dəyərlərə diqqəti artırmış və Novruz bayramı da dövlət səviyyəsində rəsmi bayram kimi qeyd olunmağa başlamışdır.
Beləliklə, uzun illər təqiblərə məruz qalmasına, hətta keçirilməsi belə qadağan olunmasına baxmayaraq, türk xalqları Novruz bayramına sahib çıxmış və onu bu gün də yaşatmaqda davam edirlər. Azərbaycanın elə bir regionu yoxdur ki, orada Novruz bayramı təntənə ilə qarşılanmasın. Martın 20-dən 21-nə keçən gecə gündüz ilə gecə bərabərləşir. İnsanlar böyük təntənə ilə Novruzu qarşılayırlar. Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur. İnkarolunmaz faktdır ki, Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi, payı vardır. Sovet hakimiyyəti illərində Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız bu əziz bayramı həmişə qeyd etməyə can atmışdır. Azərbaycana rəhbərliyinin birinci dövründə Ulu Öndər Heydər Əliyev də sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmışdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider həyata keçirdiyi dövlət quruculuğu prosesi ilə paralel surətdə mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərinə də başlamışdır. Vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarılmışdır. Ulu Öndər hər il qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxar, azad və müstəqil xalqımızın Novruz sevinclərindən zövq alardı. Hazırda bu ənənələr Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran dövlətimizin başçısının hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, – deyən Prezident cənab İlham Əliyev Novruzun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu qeyd etmişdir.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki