Denis Şmıqalın (Ukraynanın hazırkı baş naziri – red.) böyük təcrübəsi ona müdafiə naziri postunda mütləq faydalı olacaq.
Musavat.com Unian-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski axşam videomüraciətində deyib.
Prezident vurğulayıb ki, hazırda ölkənin maksimum resursları, maksimum tapşırıqları və böyük məsuliyyəti məhz bu sahədə cəmləşib: “Biz mütləq öz silah istehsalımızı artırmağa və bütün müdafiə layihələrimizi – özümüzə məxsus, Ukrayna və tərəfdaşlarımızla birgə inkişaf etdirməyə davam edəcəyik. Bu, yenilənmiş hökumət üçün prioritet vəzifələrdən biridir. Biz öz silah istehsalımızın payını artırmalıyıq. Bu, çox aydın məqsəddir. Biz öz inkişaflarımız sayəsində qlobal texnoloji rəqabətdə iştirak etməliyik”.