image-qanunla-reklam
image-qazax-kendleri

Nikol belə deyir: Heç bir kənd vermirəm, 4 kənd isə bizim deyil

image-lady-day-az

Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat konfransında Azərbaycanın işğal altında saxlanılan 8 kəndindən anklav olmayan 4 kəndi tələb etməsi istiqamətində suala verdiyi təzadlı cavab üzərində erməni ekspertlər də müzakirə aparır.

Qanunla.Az xəbər verir ki, erməni mediası da təsdiqləyib ki, Nikol Paşinyanın “Ermənistanın heç bir kəndinin verilməsindən söhbət gedə bilməz” sözləri bu ölkənin 29,743 kv.km ərazisinə aiddir.

Başqa sözlə, Nikol Paşinyan “Ermənistanda heç vaxt belə adda kəndlər olmayıb” deməklə, Azərbaycanın tələb etdiyi anklav olmayan 4 kəndin – Bağanis Ayrum, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının Almatı Bəyannaməsinə əsasən de-yure Ermənistan ərazisində olmadığını açıqlayıb.

Müxalif “Hayastan” fraksiyasının üzvü Qarnik Danielyan da erməni mediasına açıqlamasında bildirib ki, Paşinyanın sözlərindən çıxan nəticə budur: həmin 4 yaşayış məntəqəsinin Azərbaycana verilməsini sərhədlərin demarkasiyası işlərinin başlanğıcı hesab edə bilərik:

“Paşinyan “biz Tavuş əyalətindən Azərbaycana heç bir kəndi vermirik” deyəndə o 4 kəndi Tavuş əyalətinin bir hissəsi hesab etmədiyini bildirdi. Deyir ki, bunlar Ermənistanın deyil, Azərbaycanındır və sərhədin demarkasiyası zamanı onları geri verməli olacağıq”.

Qeyd edilib ki, əslində həmin 4 kənd 90-cı illərdən erməni tərəfinin nəzarətindədir. Gürcüstana gedən dövlətlərarası yol, qaz xətti onların yanından keçir. Paşinyan deyib: “Əgər Ermənistan kommunikasiyaları əldə edilmiş razılaşmalara əsaslanan hüdudları aşarsa, o zaman onlar Ermənistanın de-yure ərazisindən keçməsi üçün yenidən qurulmalıdır. Hələlik heç bir qərarımız yoxdur, amma bütün bu prosesi yuxarıda qeyd etdiyim məntiqlə idarə etməliyik. Mütəxəssislərimizin rəylərindən sonra əmin oldum ki, çaşqınlıq, düşüncə və perspektiv problemi var…”

Bu kontekstdə Paşinyan qeyd edib ki, Əskiparanın hissəsi problemlidir. O, xəritədə izah etdi ki, həmin yolun bir hissəsi Azərbaycandır və əslində ondan yan keçmək üçün yeni yollar çəkilməlidir:

“Biz nəyisə kəsmirik, amma dəqiq görürük ki, yolun bir hissəsi Əskipara kəndi hissəsində de-yure sərhəd xəttini keçir, sonra yenidən Ermənistan Respublikasının ərazisinə daxil olur. Əvvəllər müzakirələrdə elə bir fon var idi ki, harda yol varsa, məsələni belə həll etməliyik: yolun o hissəsini saxlayıb, başqa yerdən ona bərabər olan hissəni verməliyik. Sonra belə qənaətə gəldik ki, bunu etmək lazım deyil, çünki bu, əlavə qeyri-müəyyənliklər yaradır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki