image-qanunla-reklam
image-1681455779_3582609_810x458

Netanyahu oğluna sosial medianı qadağan etdi

image-lady-day-az

İsrailin baş naziri Benyamin Netanyahunun internetdə ekstremist və qalmaqallı paylaşımları ilə gündəmə gələn oğlu Yair Netanyahuya “sosial media məhdudiyyəti” qoyduğu bildirilib.

“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu və həyat yoldaşı Sara, hökumətin mübahisəli məhkəmə nizamnaməsinə qarşı ümummilli kütləvi etirazların arxasında ABŞ-ın olduğunu iddia edən oğulları Yairə sosial mediadan istifadəni məhdudlaşdırıb.

Bildirilib ki, Yair çox diqqət və qəzəb çəkməməsi üçün tvit yazmağı dayandırmasını və “sakitləşməsini” tələb edən valideynlərinin istəyini qəbul edib və  sosial mediadan istifadə etməməyə başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki