image-qanunla-reklam
image-img_7628

Neftçala şəhər 1 saylı tam orta məktəbində Zəfər günü qeyd olunub-FOTO

image-lady-day-az

Neftçalada Milli Qəhraman Samid İmanov adına Neftçala şəhər 1 saylı tam orta məktəbində Zəfər günü qeyd olunub.Tədbirdə Milli Qəhrəman Samid İmanovun atası Gülağa İmanov, baş leytenat şəhid Əsəd Əsədovun qardaşı Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş şəhid baş gizir Camal İsmayılovun bacısı iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı şəhid olan Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad olunub.Tədbirdə çıxış edənlər, tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən bəhs ediblər.

Qeyd edək ki,vətən müharibəsində Neftçala şəhər 1 saylı tam orta məktəbinin 4 məzunu baş gizir Camal İsmayılov,baş laytenat Əsəd Əsədov,leytenat Ayaz İmanzadə və əsgər Əmrah Bayramov şəhidlik zirvəsinə ucalıb. Milli Qəhrəman Samid İmanov da bu məktəbin məzunu olub. Sinif otaqlarına şəhidlərin adı verilib.Daha sonra şagirdlər şəhidlərin xatirəsinə həsr olunmuş ağac əkmə aksiyasında da iştirak ediblər.

image-img_7636

image-img_7643 image-img_7628image-img_7617 image-img_7610 image-img_7605 image-img_7604 image-img_7594 image-img_7589 image-img_7586 image-img_7576 image-img_7572 image-img_7567 image-img_7555 image-img_7598 image-img_7597 image-img_7596

Səmil Şahlaroğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki