Mərkəzi Nəbatat Bağının binası qəzalı vəziyyətə düşüb.
Qanunla.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağı məlumat yayıb.
Bildirilib ki, Mərkəzi Nəbatat Bağının alimlərinin və əməkdaşlarının təhlükəsizliyi məqsədilə onlar 28 marta qədər ödənişli məzuniyyətə buraxılıblar.



















