image-qanunla-reklam
image-ekologiya

Nazirlik şikayəti araşdırdı, sənədləri polisə göndərdi

image-lady-day-az

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Xırdalan şəhəri, 27-ci məhəllə, bina 2 B ünvanında ağacların kəsilməsil ilə bağlı daxil olan məlumat şikayətçinin iştirakı ilə yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Nazirlikdən Qanunla.Az-a verilən məlumata görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının əraziyə keçirdiyi baxış zamanı 5 meyvə ağacının kökündən çıxarılaraq məhv edildiyi müəyyən olunub.

Faktla bağlı akt tərtib edilib. Təqsirkarların müəyyən olunması üçün toplanmış sənədlər Abşeron rayon Polis İdarəsinə göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki