image-qanunla-reklam
image-59f94d316eb8dc705fe3cff214f0f061

Nazirin ittiham etdiyi taksi sürücüsü bəraət qazandı

image-lady-day-az

Fransada Böyük Britaniyanın naziri Deyvid Lemmin “təhdid və oğurluqda” ittiham etdiyi taksi sürücüsü məhkəmə tərəfindən bəraət alıb.

Qanunla.az xəbər verir ki, hadisə Bonnevill şəhərində baş verib. Nazir iddia edib ki, sürücü Nassim Mumin səfər zamanı ondan əlavə pul tələb edib və bıçaqla hədələyib.

Lakin taksi sürücüsü bu iddiaları qəti şəkildə rədd edərək, nazirin “yalan danışdığını” bildirib. Onun sözlərinə görə, Lemmin sadəcə 1550 avro dəyərində olan uzaq məsafəli səfərin pulunu ödəmək istəməyib.

Bonnevill şəhərinin prokuroru Boris Dyufon açıqlamasında deyib ki, istintaq zamanı ittihamları sübut edən heç bir dəlil tapılmayıb. Bu səbəbdən Nassim Mumin tam bəraət qazanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki