image-qanunla-reklam
image-513552d0-2fe9-4a00-a3b8-ea8c518ac5d1

Nazir Vilayət Eyvazov Quba rayonunda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi

image-lady-day-az

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvarın 5-də və 6-da Quba Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

“Qanunla.az” xəbər verir ki, nazir əvvəlcə Quba rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.

Sonra Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlardan, eləcə də digər bölgələrdən qəbula gələn 276 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Nazir qəbula gələnlərin müraciətlərinin həlli istiqamətində zəruri addımların atılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin mütləq əksəriyyəti yerindəcə öz həllini tapıb, digərləri nəzarətə götürülüb.

General-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Vətən müharibəsinin 19 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 223 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Orxan Rasifoğlu

image-9ab0951f-4b45-4730-8310-c406b6f07aa3 image-b86e4953-682a-4e89-bc43-c7f168bb4331 image-513552d0-2fe9-4a00-a3b8-ea8c518ac5d1 image-d907330c-b2dd-4022-9030-273712c88b79 image-582c7a0f-7e68-443a-934d-1c3420989a3a image-7ae7a95e-d204-45d8-8bce-d92b7dd500fe image-0f35cd57-9864-4dae-9965-f68db1b3af9c image-2e553ec7-4eed-4ac3-8dcf-50617c9d2718


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki