image-qanunla-reklam
image-img_3277

Naxçıvanda işə düzəltmək adı ilə dələduzluq edən şəxs saxlanıldı

image-lady-day-az

Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları vətəndaşları işə düzəltmək adı altında aldadan 38 yaşlı Elvin İsmayılovu saxlayıblar.

“Qanunla.az”a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, o, ayrı-ayrı vaxtlarda 5 vətəndaşın etibarından sui-istifadə edərək ümumilikdə 50 min manat məbləğində pul vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam edir.

E.İsmayılovun analoji əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, polisə müraciət edə bilərlər.

Orxan Rasifoğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki