image-qanunla-reklam
image-11effd76-4d2c-4105-8a1e-387d2e533ca3

Naxçıvan Ağır Cinayətlər Məhkəməsindən ədalətli qərar: “Vəsatət təmin edilsin”

image-lady-day-az

Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmədə təqsirləndirilən Cəmşid Baxşıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qanunla.az”ın əldə etdiyi məlumata görə, Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə şahid (mütəxəssis) Yaşar Quliyev ifadə verib. O, bildirib ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri vəzifəsində çalışır:

“2025-ci il mayın 31-də polis əməkdaşları ilə birgə Cəmşid Baxşıyevin evinə baxış keçirdik. Onun yaşadığı evdə və ya həyatyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər aşkarladıq. Baxış zamanı 16 ədəd dibçəkdə 32 çətənə kolunun olduğunu gördük. Onların hər birinə aqrotexniki qaydada qulluq edilmişdi. Biz bunları evin zirzəmi hissəsində aşkarladıq. Proses gedəndə təqsirləndirilən şəxsin özü də orda iştirak edirdi. Bəzi kolların hündürlüyü 30 sm idi. Onlara 20-30 gün qulluq edilməlidi ki, o həddə çatsın. Orada layt işıqlar quraşdırılmışdı ki, o bitkilər inkişaf etsin”.

Hakim Hüseyn Məmmədov şahidə belə sual verib: “Həmin bitkilərin hər hansı bir hissəsindən qırmanın şahidi oldunuzmu?”

Şahid: “32 toxumdan yaranan çətənə bitkisi var idi”.

Daha sonra əməliyyat çəkilişinə baxış keçirildi.

Təqsirləndirilən şəxs isə ifadə verərək bildirib ki, o bitkilərin marixuana tərkibli olduğunu bilməyib: “O bitkilərin necə əkilib becərilməsi qaydalarını YouTube-dan öyrənmişəm”.

Məhkəmə ekspertiza rəylərini elan edib. Rəydə qeyd olunub ki, həmin bitkilərdə THC+ narkotik vasitə sayılan maddə aşkar olunub.

Təqsirləndirilən şəxs bildirib ki, sonuncu dəfə tutulmamışdan 6 ay öncə Braziliyada olan zaman həmin bitkidən hazırlanan vasitəni çəkib.

Təqsirləndirilən şəxsin vəkili Yusif Seyfəlov məhkəməyə vəsatət təqdim edərək təkrar ekspertizanın keçirilməsini istəyib. Vəkil bunu həmin çətənə bitkilərin tibbi xarakterli olması əlaqələndirib.

Dövlət ittihamçısı İbrahim Hüseynov isə vəsatətə etiraz edib.

Məhkəmə vəsatətin müzakirə etmək üçün müşavirə otağına gedib.

Müşavirədən qayıdan məhkəmə vəsatəti təmin edib.

Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin edilib.

Qeyd edək ki, Cəmşid Baxşıyev bu ilin mayında Naxçıvan M.R Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılıb.

Onun evinə baxış zamanı hər birinə aqrotexniki qaydada qulluq göstərilmiş 16 ədəd dibçəkdə yaş vəziyyətdə ümumi təmiz çəkisi 198,217 qram olan 32 ədəd külli miqdarda narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 237.2.3-cü (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu, Naxçıvan


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki