NATO-nun qapıları açıqdır. Ukrayna hara getmək istədiyinə özü qərar verəcək.
Qanunla.Az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
O, hər bir xalqın öz yolunu seçməkdə azad olduğunu vurğulayaraq, bunun NATO-nun təsis müqaviləsində, eləcə də Helsinki Yekun Aktında və bir çox digər beynəlxalq müqavilələrdə qeyd edildiyinə diqqət çəkib.


























