image-qanunla-reklam
image-7dcb72eb-1a6d-393e-93b6-07ee4a07f535_850

NATO-Gürcüstan təlimi keçiriləcək

image-lady-day-az

Bu ilin martında “NATO-Gürcüstan-2022” birgə təlimi keçiriləcək.

Qanunla.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi bildirib.

Gürcüstan tərəfinin rəhbərlik edəcəyi təlimlərdə NATO-ya üzv və tərəfdaş 20-dən çox ölkə iştirak edəcək.

NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (JTEC) təşkil olunacq sayca üçüncü təlimlər zamanı iştirakçılar kompüter simulyasiyaları vasitəsilə NATO əməliyyatlarının planlaşdırılması üçün lazım olan bacarıqlarını inkişaf etdirəcəklər.

Qeyd edək ki, birinci “NATO-Gürcüstan” təlimi 2016-cı ildə keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki