NATO Rumıniya, Bolqarıstan və Slovakiyaya əlavə hərbi qüvvə yerləşdirir.
Qanunla.Az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
“Bu həftə 30 üzv ölkə hərbçilərin sözügedən təklifini qəbul edib”, – agentlik bildirib.
Məlumata görə, NATO-ya üzv ölkələrin müdafiə nazirləri gələn həftə görüşüb bununla bağlı qərar qəbul edəcəklər. Yazda isə hərbi qüvvələrin sözügedən ölkələrə yerləşdirilməsinə başlanılacaq.


























