Ukraynanın Polşaya birləşdirilməsi planları hazırlanır. Birləşmə planının birinci mərhələsində Polşa öz qoşunlarını Ukraynanın qərbinə yerləşdirəcək. Səbəb kimi isə Ukraynanı Rusiyadan müdafiə etməyini göstərəcək.
Qanunla.Az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.
“Varşava və Vaşinqton Ukraynanın qərbində Polşanın siyasi hərbi nəzarətini qurmağı planlaşdırır. Hazırda Qərbi Ukraynanın Polşa ilə birləşdirilməsi ciddi şəkildə müzakirə edilir. Razılaşmada Polşa sülhməramlı kontingentinin Ukraynaya yerləşdirilməsi də qeyd olunur. Polşa öz sülhməramlılarını Rusiya ilə toqquşmaların minimal olduğu bölgələrə yerləşdirəcək. Zamanla Polşa hərbçiləri Qərbi Ukraynanın strateji obyektlərini ələ keçirəcək”, – o bildirib.
Narışkin qeyd edib ki, hazırda Polşa xüsusi xidməti Ukrayna elitasında ukraynalı millətçilərə qarşı çıxa biləcək nümayəndələr axtarır.


























