image-qanunla-reklam
image-1628584622_mali_16_9_1628538659-880x495

Naməlum şəxslər kəndlərə hücum etdi: 51 ÖLÜ

image-lady-day-az

Malinin Nigeriya  sərhədində yerləşən Ouatagouna, Karou və Deouteguef kəndlərinə  naməlum şəxslər hücum edib.  

Qanunla.Az xəbər  verir ki, hücum nəticəsində  51 nəfər öldürülüb.  Basqın edilən kəndlərdə evlərin yandırıldığı və heyvanların oğurlandığı bildirilib.

Hadisə ilə bağlı Mali ordusunun sözçüsü polkovnik Souleymane Dembele, hücumları təsdiqləyib,  lakin əlavə məlumat verməyib.

Hücumun məsuliyyətini hələ heç kim üzərinə götürməsə də, bölgədə DAESH və Əl-Qaidə terror təşkilatı ilə əlaqəli yaraqlıların olduğu bilinir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki