image-qanunla-reklam
image-media-241994_7hgg709yen-uaehl3k71o5mb2v6zrw8

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində “Üç nöqtə” əməliyyatı xüsusilə bölmələrimizin uğuru ilə nəticələnib

image-lady-day-az

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində “Üç nöqtə” əməliyyatı xüsusilə bölmələrimizin uğuru ilə nəticələnib

Ordumuzun arsenalında müasir silahlar, avadanlıqlar, uçuş aparatları mövcuddur. Aydın məsələdir ki, bunun qarşısında düşmən tab gətirə bilməzdi. Bunun nəticəsi olaraq, əvvəlcə 2016-cı il Aprel hadisələrındə zərbəendirici pilotsuz uçuş aparatları heyətinin yüksək peşəkarlığı nəticəsində düşmənə dəqiq və sarsıdıcı zərbələr endirildi. Vətən müharibəsində əldə olunan nailiyyətlər məhz ilk dəfə 2016-cı ildə müasir uçuş vasitələrinin tətbiqi ilə qazanılan uğurların davamı idi. Zəngilan rayonunda Bartaz yüksəkliyinin düşməndən azad edilməsi zamanı havada və döyüş meydanında üstünlüyü tam ələ alan pilotsuz uçuş aparatları sayəsində onun illər boyu güvəndiyi hərbi güc dəmir tullantısına çevrilib. Bu döyüş əməliyyatları zamanı “Harop” və “Bayraktar-TB2” PUA-larının birgə döyüş tətbiqi üzrə unikal hərbi təcrübə formalaşdırılıb.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində “Üç nöqtə” əməliyyatı xüsusilə bölmələrimizin uğuru ilə nəticələnib. Bir gün əvvəl ərazinin havadan kəşfiyyatı aparılıb, düşmən haqqında məlumat, onun yerləşmə yeri, canlı qüvvəsi, texnikası, atəş mövqeləri dəqiqləşdirilərək müvafiq qərarların qəbul olunması üçün komanda məntəqəsində təhlil olunub. Növbəti gün gecə saatlarında kiçik çevik qruplar tərəfindən sızma əməliyyatı icra olunaraq düşmənə sarsıdıcı zərbələr endirilib və onlar geri qaçmağa məcbur olublar. Zərbəendirici pilotsuz uçuş aparatları vasitəsilə düşmən dərinliklərindəki artilleriya qurğuları, yaxınlaşmaqda olan texnika məhv edilib. İkinci Qarabağ müharibəsində bölmələrimiz tərəfindən Ağbənd qəsəbəsinin işğaldan azad olunması və dövlət bayrağımızın əraziyə sancılması hər birimiz üçün qürurvericidir. O zaman Arazboyu ərazilərdə yaşayan soydaşlarımız hərəkətlərimizi kənardan müşahidə edərək bunu alqışlarla qarşılayır, şüarlar səsləndiriblər. Onlar bu ərazilərin əsl sahiblərini gördükləri üçün çox seviniblər.

Ümumiyyətlə, “Üç nöqtə” əməliyyatının aparıldığı ərazi strateji baxımdan çox əhəmiyyətlidir. Belə ki, düşmən geri çəkilərək həmin ərazilərdə mövqelənib, Ordumuzun bölmələrinə müqavimət göstərməyə hazır idi. Həmin uğurlu əməliyyat nəticəsində Ağbənd qəsəbəsindən Vejnəli, Bartaz istiqamətinə şəxsi heyətin hərəkəti təmin olunub. Hazırda bu ərazi sərhədçilərimiz tərəfindən mətinliklə qorunur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu istənilən tapşırığı Azərbaycan sərhədçisi hər zaman icra etməyə hazır və qadirdir.

Bölmələrimizin döyüş əməliyyatları Zəngilanın Ağalı kəndindən başlayıb. Həmin döyüşlər zamanı Azərbaycan Ordusunda vətənpərvərlik ruhu çox yüksək səviyyədə idi. Zəngilan rayonunun nəzarətimizə keçməsindən sonra bir çox yaşayış məntəqələrinin azad olunması üçün əlverişli şərait yaranıb.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki