Ukraynadakı müharibənin dönüş nöqtəsi may ayında Qərb silahlarının son çatdırılması, o cümlədən Amerika haubitsaları, Almaniya və Britaniya zenit silahları ölkəyə gəldikdən sonra olacaq. İndi Ukrayna ordusu əks-hücuma və işğal olunmuş ərazilərini geri qaytarmağa demək olar ki, qadir deyil.
Qanunla.Az xəbər verir ki, bu barədə “Qardian” nəşri məlumat yayıb.
“Rusiyanın Donbasdakı hücumu tam uğurlu deyil. Rusiya qoşunlarının şərqdəki uğursuzluqları regiondakı əlverişsiz hava şəraiti, krayna ordusunun güclü müqaviməti, eləcə də Rusiyanın komandanlıq və idarəetmə problemləri ilə əlaqəlidir. Ukrayna qüvvələri isə hələ ki, genişmiqyaslı əks-hücum əməliyyatına başlaya bilmir və Qərbdən silah gözləyir. Bundan başqa, əgər hərbi yardım hərbi balansı dəyişmək üçün kifayət etməsə, ABŞ, Böyük Britaniya və digər NATO üzvlərinin üzərinə daha hansı öhdəlikləri götürməyə hazır olduğu sualı yaranacaq”, – məlumatda deyilir.
Nəşr bildirir ki, Putinin nüvə təhdidləri qorxutmaq məqsədi daşıyır:
“Lakin Rusiya prezidenti özünü təhlükədə hiss edəcəyi təqdirdə vəziyyət daha da gərginləşəcək”.


























