Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskaya həyat yoldaşı ilə müharibə başlayandan iki ay yarım müddətində görüşmədiklərini bildirib.
“Qanunla.az” xəbər verir ki, Yelena Zelenskaya bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin andiçməsinin 3-cü illiyi ilə bağlı verdiyi müsahibəsində deyib.
“Rusiyanın irimiqyaslı hərbi əməliyyatı başlayandan sonra biz bir neçə ay yalnız telefonla əlaqə saxlamışıq”, – deyə o bildirib.


























