image-qanunla-reklam
image-copy_711d1f5d-7cb1-430c-8349-196534786171

Müğənni Dəniz Əsədova yenidən bəraət aldı

image-lady-day-az

Barəsində 3 vəkil tərəfindən şikayət edilmiş məşhur müğənni Dəniz Əsədova Apellyasiya məhkəməsində bəraət aldı.

Bu barədə “Qanunla.az”a müğənninin müdafiəçisi, 28 saylı Vəkil bürosunun vəkili Kəmalə Tağıyeva məlumat verib.

Xatırladaq ki, bir neçə gün əvvəl Binəqədi rayon Məhkəməsində vəkillik fəaliyyətinə xitam verilmiş Cavidan Osmanlının müğənni Dəniz Əsədova barəsində xüsusi ittiham qaydasındakı şikayətinə baxılmış lakin bu ittihamın əsassız olduğu bildirilərək sənətçiyə bəraət verilib. Ona görə də, 5 saylı vəkil bürosunun keçmiş vəkili məhkəmənin hökmündən apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə vəkil Kəmalə Tağıyeva bunları deyib: “Peşəkar hüquqi fəaliyyətin əsas məqsədi qanunun aliliyinin təmin olunmasıdır. Müdafiə etdiyim şəxsin işi üzrə bəraət hökmünün qüvvədə saxlanılması bu prinsipin real nəticəsidir.”

Qısa müşavirədən sonra qərar elan edilib.

Qərara əsasən, keçmiş vəkilin apellyasiyaya şikayəti təmin edilməyərək Dəniz Əsədova barəsində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qərar qüvvədə saxlanılıb.

Keçmiş vəkil müğənninin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinməsini tələb edib. 

Daha əvvəl vəkil Asim Abbasov da eyni məzmunlu ittihamla çıxış etmiş və həmin vaxt D.Əsədova 7 aylıq həbs edilmiş, daha sonra digər vəkil Ceyhun Yusifovun şikayəti əsasında da müğənninin cəzası əlavə 1 ay artırılmışdı. Lakin bir neçə gün əvvəl ölkə başçısının imzaladığı Amnistiya aktı ilə 22 gün cəzası qalmış müğənni azadlığa buraxılıb.

Onu da vurğulayaq ki, Cavidan Osmanlı barəsində bir müddət bundan əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə onun üzvlükdən xaric edilməsi haqqında qərar qəbul edilib.

Orxan Rasifoğlu

image-55edddbd-2f8b-4c43-9ad9-e59baf820a41 image-3c10f293-d796-49d3-b693-0228acd0f492

image-screenshot
Screenshot

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki