image-qanunla-reklam
image-11_edit_132852831366715

Müğənni Dəniz Əsədova azadlıqda – Fotolar

image-lady-day-az

Amnistiya aktı müğənni Dəniz Əsədovaya da şamil edilib.

“Qanunla.az” xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə həbs edilmiş müğənni bu gün cəza çəkdiyi 4 saylı müəssisədən sərbəst buraxılıb.

Onun 22 gün həbs müddəti qalıbmış.

Müğənni jurnalistlərə açıqlamasında dövlət başçısına təşəkkür edib: “Cənab Prezidentimizə dərin təşəkkürümü bildirirəm ki, bu humanist addımı atıb bizi ailəmizə qovuşdurdu. Prezident cəzamın çəkilməmiş hissəsini – 22 günü bağışladı, övladlarıma qovuşdum”.

Qeyd edək ki, Dəniz Əsədova vəkil Asim Abbasovun xüsusi ittiham qaydasında şikayəti əsasında bu ilin mayında 7 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Avqust ayında isə onun cəza müddəti daha 1 ay artırılaraq əvvəlki cəza ilə birləşdirilməklə ümumilikdə 8 ay həbs təyin edilmişdi.

Xatırladaq ki, D. Əsədova bundan əvvəl də eyni ittihamla müxtəlif şəxslər – müğənni Cabbar Musayev və digərləri tərəfindən məhkəməyə verilmişdi. Bundan başqa, müğənninin şikayəti əsasında 2023-cü ildə Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov həbs edilib. Həkim ifaçıya qarşı 627 min manatlıq dələduzluqda ittiham olunub, daha sonra ev dustaqlığına buraxılıb.

Orxan Rasifoğlu

image-d6e397f1-feff-452e-b726-ab8612871a52_edit_133122631717081 image-fd9e8c58-4492-4d20-99a1-0d235441a245_edit_132875195724831 image-rw1xnkfkxzmtehqckapw8ilor9p5bhmcaykrklvl_1200_edit_133045023665808 image-11_edit_132852831366715 image-img_20251222_154422_268_edit_129015922408595 image-img_20251222_154541_422_edit_129202036220764


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki