image-qanunla-reklam
image-img_2784

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşına cinayət işi açılaraq axtarışa verildi

image-lady-day-az

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov barəsində Nəsimi Rayon Polis İdarəsində cinayət işi açılaraq onun barəsində axtarış elan edilib.

“Qanunla.az”ın əldə etdiyi məlumata görə, o, bir neçə vətəndaşın etibarından sui-istifadə edərək onlara xaricdən avtomobil gətirəcəyi vədini verdiyi, lakin həmin vədlərə əməl etməməkdə ittiham olunur.

Eşqin Cəlilova qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda ölkədə olmadığı üçün onun barəsində rəsmi axtarış elan edildiyi bildirilir.

Orxan Rasifoğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki