image-qanunla-reklam
image-272454855_675498326936576_7228060938061822686_n

Müasir gəncliyin innovativ potensialından hər tərəfli istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə şərait yaradılır

image-lady-day-az

Bu günləri bizə fəxrlə yaşadan, gənc yaşlarında ömrünü vətənin bütövlüyünə fəda edən şəhidimin ruhu qarşısında sayğı ilə baş əyərək, qazilərimiz başda olmaqla Azərbaycan gəncliyi
Günün Mübarək olsun!

Özünü gənc hiss edən ürəyinin saflıgı,
dürüstlüyə önəm verən,gözlərinin hər kəsi yaxşı görməsi ilə niyyətləri təmiz olub dəyər verməyi bacaran tutduğu mövqedən aslı olmayaraq dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət edən yaşından aslı olmayan hər kəsi təbrik edirəm!

2 Fevral tarixi Azərbaycanda #GənclərGünü kimi qeyd olunur.1996-cı il fevralın 2-də gənclərin 1-ci forumu keçirildi.
1997-ildən isə prezidentin sərəncamı ilə
2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı.

Bu da dövlətimizin gənclərinə göstərdiyi diqqət və qayğısını təsdiq edən faktlardan biridir.Azərbaycanda həyata keçirilən gənclər siyasəti çox uğurlu modeldir.Cənab İlham Əliyev və Vitse Prezident Mehriban xanım Əliyeva çalışır ki, heç bir gənc bu diqqətdən və qayğıdan kənarda qalmasın ,yaradılmış geniş imkanlardan ,şəraitdən maksimum
faydalansın.Müasir gəncliyin innovativ potensialından hər tərəfli istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə şərait yaradılır. Bu zamanın gəncləri Gənclər Gününü həyatlarını yeniliklərlə, nailiyyətlərlə dolu və ən  başlıcası  fəxrlə, qürurla zəfərli illər olaraq ən yaddaqalan məqamları
xatırlayacaqlar.Bizim gənclik azad düşünür,
demokratik cəmiyyətdə yaşayır, məhdudiyyətsiz olaraq fəaliyyət göstərir.

Bütövlükdə ,ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər bu gün mədəniyyət,incəsənət, elm və idman sahəsində inamla irəliləyirlər,zəngin mədəni irsimizin qorunub saxlanılması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar.
Prezident İlham Əliyev və Vitse Prezident Mehriban Əliyeva qloballaşma əsrində dünya elminə ,təhsilinə inteqrasiyanı vacib sayaraq azərbaycanlı gənclərin xaricdə təhsil almasına ciddi əhəmiyyət verirlər.Bunda məqsəd şübhəsiz yeni düşüncəli ,kreativ ruhlu gənclik yetişdirmək, dövlət idarəçiliyini yüksək ixtisaslı kadrlarla təmin etməkdir.

Mehriban xanım Əliyevanın ,YUNESKO xətti,#HeydərƏliyevFondu  ilə reallaşdırdığı tədbirlərdə gənclərimizin mənəvi-estetik tərbiyəsinin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Yəni bu faktlar hər bir gəncin dünənimizlə, keçmişimizlə fəxr etməsinə və sabaha ümidlə baxmasına zəmin yaradır. Bu işdə dövlətin həyata keçirdiyi tədbirlərin hər bir siyasətçi tərəfindən davam etdirilməsi üçün çox dəyərli və misilsiz bir nümunə vardır:
“Mehriban Əliyeva nümunəsi”!

 

Gülnar Rəhimqızı:  Azəriqaz qadın və inkişaf şurasının sədri.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki