Müasir dövrün bütün tələb və çağırışlarına cavab verən partiyanın yeni Nizamnaməsi.
Ümumxalq etimadın ünvanına çevrilən Yeni Azərbaycan Partiyası hər zaman öz fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə, dahi şəxsiyyət Heydər Əliyev ideallarına sədaqətini, Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf kursunu əzmlə həyata keçirən Prezident cənab İlham Əliyevin apardığı islahatlara töhfələr verib.
Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. Partiyanın yaradıcısı dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim partiya statusunu alan YAP daim siyasi proseslərin önündə olub, ona göstərilən etimadın öhdəsindən layiqincə gəlib.
Dünənin, bu günün və gələcəyin partiyasının VII qurultayı siyasi təşklatın tarixində növbəti dönüş nöqtəsi, yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Yeni Azərbaycan Partiyasının son qurultayında, əvvəlki quriltaylarında qəbul edilən tarixi qərarlar ölkəmızın ictimai – siyasi həyatına hər zaman yeniliklər gətirib, ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb.
Ölkə Prezidenti cənab İlham Əliyevin qurultayda proqram xarakterli çıxışı, vacib qərarların qəbul edilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması, təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinə deyil, bütövlükdə Azərbaycan cəmiyyətinə verilən, xalqımızın yüksək mənəvi dəyərlərindən, dünyagörüşündən qaynaqlanan, ölkəmizin siyasi münasibətlər sisteminin gələcəyinə yönəlmiş mesaj oldu.
Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar, yeni Nizamnamə müasir dövrün bütün tələb və çağırışlarına cavab verdi, partiyanın fəaliyyətində keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Daha təkmil idarəetmə formasının müəyyən olunması, yeni Proqramın demokratik dəyərlərə və milli maraqlara əsaslanan, habelə müasir yanaşma və metodları özündə ehtiva etməsi hakim partiyanın ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsinə, yeni yol xəritəsinin müxtəlif istiqamətlərinin müəyyənləşdirilməsinə öz müsbət təsirini göstərdi.
Xüsusi ilə qeyd etmək lazımdır ki, hakim partiya 44 günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirdi, Azərbaycanın siyasi həyatında yeni bir strategiyanın – siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoydu. 6 siyasi partiyanın YAP-a qoşulması isə partiyanın cəmiyyətə milli həmrəylik mesajları verdiyini, qapılarının konstruktiv qüvvələrə açıq olduğunu nümayişi, eyni zamanda ölkəmizin siyasi mühitində siyasi dialoq mühitinin dərinləşməsində, demokratik ənənələrin şaxələnməsində yenilik oldu.
Qürurverici haldır ki, hər zaman siyasi proseslərin önündə olan hakim partiya 30 illik yubileyinə daha fəal və mətin addımlarla qədəm qoyur. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası bundan sonra da qarşısında dayanan vəzifələrin öhdəsindən layiqincə gələcək, Azərbaycanın bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlarının sürətli və hərtərəfli inkişafına davamlı töhfələr verəcək.
Əliyeva Afət Rəfi qızı
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı



















