Ukrayna Donbas və Krıma hər hansı hücum planlaşdırmır.
Qanunla.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.
“Mən Moskvada olan hər kəsi əmin etmək istəyirəm. Bu gün kimsə kimsəni “fəth etməyi” planlaşdırmır, çünki bu, insanların, ilk növbədə ukraynalıların həyatıdır”, – Reznikov bildirib.


























