image-qanunla-reklam
image-meclis

MM-in növbəti plenar iclasının gündəliyi açıqlandı

image-lady-day-az

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.

Qanunla.az xəbər verir ki, parlamentin növbəti toplantısı aprelin 12-də keçiriləcək.

İclasın gündəliyinə 4 məsələnin müzakirəsi daxil edilib:

– “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi.

– “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (ikinci oxunuş).

– Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

– Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki