image-qanunla-reklam
image-1690178137-president_mirziyoyev

Mirziyoyev Azərbaycanla birgə fondun yaradılması haqqında sazişi təsdiqlədi

image-lady-day-az

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycanla kapitalı 500 milyon dollar olan birgə investisiya fondunun yaradılması haqqında hökumətlərarası sazişi təsdiqləyib.

“Qanunla.az” xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.

Saziş 2023-cü il fevralın 24-də Daşkənddə iki ölkənin regionlararası forumu çərçivəsində imzalanıb.

Qeyd edək ki, sözügedən sazişi Azərbaycan prezidenti İlham Əliyev may ayında təsdiqləyib.

Fondun kapitalında Azərbaycanın payı 75%, Özbəkistanın payı 25% təşkil edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki