image-qanunla-reklam
image-1692862843-1603901635_prezident-3

Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi

image-lady-day-az

Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi

Fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı Prezident cənab İlham Əliyev Azərbaycan həqiqətlərinə və ölkəmizin ikili standartlarla üzləşməsinə diqqət çəkdi. Cənab Prezident bildirdi ki, ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi. Azərbaycan torpaqları işğaldan azad olunmadı və məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. ATƏT-in Minsk qrupu tərəfindən Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı. Təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirmişdi. Minsk qrupu yarandığı vaxtdan indiyədək qəbul etdiyi sənədlərdə bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətindən nəinki danışılmır, əksinə, müxtəlif vaxtlarda digər beynəlxalq təşkilatların da işğal faktının əks olunduğu sənədlərin qəbuluna etiraz edərək məsələnin yalnız qurum çərçivəsində həll edilməsinə üstünlük vermişdi.

1992-ci il martın 24-də ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupun 1997-ci ildən həmsədrləri -ABŞ, Fransa və Rusiya münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıb. Qrupun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilirdi. Lakin tərəfsiz vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti göstərirdi ki, münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyiş olmayacaq. ATƏT-in Minsk qrupu təcavüzkarı öz adı ilə çağırmalı, onu sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını birmənalı şəkildə tələb etməli idi. Ötən müddət ərzində Ermənistan danışıqlar adı altında imitasiya ilə məşğul idi. Təbii ki, buna rəvac verən ATƏT-in Minsk qrupunun mücərrəd və ənənəvi bəyanatları da elə status-kvonu qoruyub saxlamağa çalışan Ermənistanı hər dəfə bir az da şirnikləndirirdi. Vətən müharibəsinə kimi beynəlxalq ictimaiyyət Ermənistanın Qarabağ danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə, status-kvonun qorunub saxlanması cəhdlərinə, danışıqların pozulmasına yönəlik addımlarına kəskin iradını bildirmirdi. Ermənistan hətta münaqişənin həlli üçün mandat verilmiş ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatlarında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinməsi və problemin sülh yolu ilə həlli təkliflərini də hesaba almırdı. Beləliklə, Minsk qrupunun həll etməli olduğu problemi 2020-ci ilin Vətən müharibəsində Azərbaycan 44 günə hərbi yolla həll etdi. Vətən müharibəsindən sonra 2020-ci ilin dekabrında Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edən Prezident cənab İlham Əliyev Minsk qrupunun 28 il ərzində problemin həllində heç bir rol oynamadığını birbaşa onların özlərinin diqqətinə çatdırmışdı.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

 

2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib

Fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı Prezident cənab İlham Əliyev diqqətə çatdırdı ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.

Azərbaycanın sülh müqaviləsi üzrə təkliflər paketinə Ermənistan XİN-in cavabının gecikdirilməsi, Ermənistanın sülh danışıqlarının Avropadakı platformalarda üçüncü ölkələrin iştirakı ilə aparılması istəkləri prosesdə ləngimə effekti yaratdı. Buna paralel olaraq Ermənistan hakimiyyəti sülhə sadiqliyindən danışarkən silahlanmaya, orduda islahatlar aparmağa da davam etdi. 2023-cü il boyu Hindistan və Fransadan silah alınmasına dair bir sıra müqavilələr imzalandı.  Bununla yanaşı, Ermənistan Fransadan 3 ədəd GM 200 radar sistemi, 50 ədəd “Bastion” tipli 24 zirehli texnika satın alıb və “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcəkdə alınmasına dair müqavilə imzalayıb. Göründüyü kimi, sülh və regional sabitlikdən danışan Ermənistan sülh müqaviləsinin imzalanmasını süni şəkildə ləngidir və sürətlə hərbləşməyə gedir. Beləliklə, xarici himayədarlarının təsiri altında revanşizmə meyllənən Ermənistan sülh gündəliyinə süni maneələr yaratmağa və danışıqları faktiki olaraq sabotaj etməyə çalışır. Ermənistan hakimiyyətinin bu siyasətini davam etdirməsi nəinki Ermənistanı əbədi dalanda saxlayacaq, həm də ona artıq təsirindən çıxmağa başladığı dəmir yumruğun gücünü yenidən görməsinə səbəb ola bilər.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Rəsmi Paris regionda vəziyyətin gərginləşməsinin səbəbkarıdır

Fransa Avropa İttifaqının “mülki missiyası” üzərindən yeni həmlələr, manevrlər etməyə çalışır. Fransa Milli Jandarma İdarəsinin briqada generalı Uilyam De Meyerin şərti sərhədə gələrək missiyaya baş çəkməsi də by niyyətə xidmət edir. Bu, Fransanın militarizasiya siyasətinin tərkib hissəsidir. Hər cəhdlə sülh müqaviləsi istiqamətində prosesi pozan, beynəlxalq səviyyədə Azərbaycana qarşı siyasət yerdiən rəsmi Paris Ermənistana silah satmaqla geosiyasi intriqaları qızışdırır. Prezident cənab İlham Əliyev bu günlərdə Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı da bəyan etdi ki, Emənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür.

Azərbaycan heç vaxt Fransanın Ermənistanın himayədarı qismində regiona girmək cəhdlərinə imkan verməyib və bundan sonra da buna imkan verməyəcək. Ötən ilin əvvəllərində Azərbaycanı Ermənistanla sərhədə qoşun yeritməklə hədələyən Fransa bir neçə hərbi avtomobil göndərməklə, sərhəddə “selfi” etməklə heç nəyə nail olmayacaq. Bu  gün rəsmi Paris regionda vəziyyətin gərginləşməsinin əsas səbəbkarıdır. Fransa regionda dağıdıcı siyasət həyata keçirərək yekun sülhün imzalanmasına mane olmağa çalışır. Yelisey sarayında zənn edirlər ki, sülhü pozmaqla, Errmənistandan alət kimi istifadə etməklə, Azərbaycanı beynəlxalq platformalarda sıxışdırmaqla Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olacaq, nüfuzunu gücləndirəcək. Amma təcrübə və son 3 ilin mənzərəsi onu deməyə əsas verir ki, Fransanın cəhdlərinin heç biri baş tutmayacaq.

Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur

Fevralayının 1-də Prezident cənab İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev görüş zamanı çıxış edərkən bir daha 30 illik işğal dövrünün reallıqları fonunda hazırkı mərhələnin çağırışlarını diqqətə çatdırib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Lakin buna baxmayaraq Ermənistan tərəfi buna adekvat reaksiya verməyib. Prezident İlham Əliyev sözügedən qəbulda diqqəti bu məsələyə də yönəldib ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər.

Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı olsa da siyasətində müstəqil olmaması, hər zaman havadarlarının göstərişləri əsasında hərəkət etməsi yenə də konkret addım atmasına mane olur. Sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda və tərkiblərdə keçirilən görüşlərdə Ermənistan baş nazirinin Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən təklifini dəstəkləyib görüşdən sonra tamamilə başqa fikirlər səsləndirməsi də bunun təsdiqidir. Hər iki tərəf biri-birinin ərazi bütövlüyünü dəstəkləyir. Reallıq budur ki, Fransa kimi ədaləti və beynəlxalq hüququ maraqlarına qurban verən dövlətlər, AŞPA kimi Fransanın və Almaniyanın əlində oyuncağa çevrilən təşkilatlar sülh müqaviləsinin imzalanmasında maraqlı olmadıqlarını açıq-aşkar nümayiş etdirirlər. Dövlət başçısı İlham Əliyev sözügedən qəbulda bir daha bu reallığı diqqətə çatdırdı ki, rəsmi Paris regionda vəziyyətin gərginləşməsinin səbəbkarıdır. Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürüdür. Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

 

Antiterror tədbirləri qaçılmaz idi

Azərbaycanın Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.
Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalamaqla təslim olduğunu rəsmən təsdiqlədi. Lakin ermənilər onlara himayədarlıq edənlərin fitvası ilə yenidən Azərbaycanın ərazisində təxribatlar törətdi, minalar basdırdı və dinc əhalinin, o cümlədən hərbçilərimizin qətlinə bais oldular. Bu ədalətsizlik və beynəlxalq hüququn normalarına hörmətsizlik Ermənistanı getdikcə quduzlaşdırır, polis əməkdaşlarının və mülki əhalinin ölümünə səbəb olan növbəti mina terrorları həyata keçirilirdi. Erməni hakimiyyətinin Qarabağda “separatizim”ə dəstək verməsi Azərbaycanın səbir kasasını daşdırdı və Qarabağda lokal xarakterli antiterror tədbirlərinin vaxtı çatdığına işarə oldu.

Antiterror tədbirləri zamanı 90-dan artıq döyüş mövqeyi və bir sıra strateji əhəmiyyətli obyektlər Ordumuzun nəzarətinə keçdi. Azərbaycan Ordusu qarşısında cəmi bir sutka davam gətirə bilən silahlı qanunsuz erməni birləşmələri yenə də yalvarmağa başladılar və bu dəfə də “zavallı” maskasında peyda olmağa çalışdılar. Erməni qanunsuz silahlıları 3 il əvvəlki məğlubiyyətdən sonra dərk etməli idilər ki, onlar Azərbaycan Ordusundan qat-qat zəifdirlər. Üzərilərinə götürdükləri öhdəliklərə əməl etməli idilər. Antiterror tədbirlərinin nəticəsi də təsdiqlədi ki, Qarabağ bölgəsində yaşayan erməni əhalisi hərbçilərimizin hədəfi deyildi. Qarabağda antiterror tədbirlərinin keçirilməsi bizim haqqımız idi. Antiterror tədbiri zamanı separatçı rejim rəhbərliyi, onların hərbi qanadı da təslim olduqlarını elan etdikdən sonra dayandırıldı.  Separatçı rejim Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qaldı.  Dünya birliyi gördü ki, Azərbaycan yalnız haqq-ədalət tələb edir. Düşmən torpaqlarımızdan qeyd şərtsiz çıxmalıdır. Azərbaycan ərazi bütövlüyünü təkbaşına, öz daxili potensialı, liderinin qətiyyəti, ordusunun şücaəti ilə həll etdi. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Prezident cənab İlham Əliyevin siyasətinin şah əsəridir, zirvəsidir. Şanlı Zəfər müstəqillik tariximizin ən parlaq səhifəsidir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki