Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Salahov Sabir Hikmət oğlunun və Quliyev Kamran Dadaş
oğlunun şəhadətlərinin ildönümü ilə əlaqədar il mərasimi keçirilmişdir. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı
Sevindik Hətəmov, Milli Məclisinin sədr müavini Adil Əliyev, Milli Məclisin deputatı Jalə Əhmədova, hüquq-mühafizə
orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Mərasim iştirakçıları əvvəlcə Ümummilli Lider
Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Mərsimdə vətənimizin ərazi bütövlüyü
uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla anılmış, məzarları ziyarət olunmuş, önünə gül
dəstələri düzmüş, ruhlarına dualar oxunmuş və yas mərasimlərində iştirak etmişlər. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Sərəncamları ilə şəhid Sabir Salahov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad
olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, Quliyev Kamran “Vətən uğrunda” və “Füzulinin azad
olunmasına görə” medalları ilə təltif edilmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!






2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan hərbi qulluqçularının ildönümündə iştirakı ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Milli Məclisinin Sədr müavini Adil Əliyevin Neftçala rayonunda səfərdə olub.
İlk öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli və Şəhidlər Xiyabanı Milli Məclisinin Sədr müavini Adil Əliyev, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq- mühafizə orqanlarının rəhbərləri, digər məsul şəxslər tərəfindən ziyarət olunub, tər gül dəstələri düzülüb və onların əziz ruhları ehtiramla yad edilib.
























