image-qanunla-reklam
image-fotojet-31

Milli Məclisdə dərman qıtlığı və qiymətinin baha olması məsələsi QALDIRILDI

image-lady-day-az

 

“Bu gün dərman bazarında və apteklərdə satılan dərmanların keyfiyyəti narahatlıq doğurur”.

bunu Milli Məclisin komitələrinin birgə iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov 2022-ci il büdcə layihəsinin müzakirələri zamanı deyib.

O bildirib ki, Azərbaycanda dərmanların qiyməti bir sıra ölkələrlə müqayisədə çox bahadır.

Deputat Azərbaycanda onkoloji xəstələrin müalicəsi üçün lazım olan dərmanların olmamasını da vurğulayıb:

“Onkoloji xəstəliklərin müalicəsi üçün ən müasir aparatlar gətirilib. Ancaq, dərmanlarla bağlı problemlər var. Bu dərman preparatları olmadan onkoloji xəstələri müalicə etmək çətindir. Ola bilər ki, kimlərsə o dərmanları gətirir, amma bunu görmürük”, – deyə Ə.Əmiraslanov əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki