Milli Məclis və DƏLƏDUZLUQ!
Feysbukda 42 min ailəni təmsil edən “Özəlləşdirmə Çekləri” qrupu ağsaqqalları adından mətbuata və Jurnalistlərə Müraciət edilərək Milli Məclisin Sədri Sahibə Xanıma və bütün Deputatlara ünvanladıqları Şikayətin çatdırılması Xahiş olunur.
Hörmətli Sahibə Xanım və Deputatlar!
Uzun illərdir Ulu Öndər Heydər Əliyevin Qanunla Dövlət öhdəliyi olaraq – Dövlətin Tarixi -Sosial -İqtisadi – ƏDALƏT Siyasəti olaraq Kapitalizmə dinc-ədalətli keçid üçün Miras Əmlak Payları kimi – mülkiyyət hüququ verən Özəlləşdirmə Paylarını (çeklərini) – satmayıb, haqlarının bərpa olunmasını ümidlə gözləyən 100 minlərlə ailələr adından Sizdən və Qanunverici orqan olan Milli Məclisin bütün Deputatlarından Xahiş edirik – bu hüquqi problem və hüquqi faktlar barədə Milli Məclisdə bütün Deputatların iştirakı ilə TƏCİLİ müzakirələr aparılsın.
Dövlət cinayətinə, Xalqa və cənab Prezidentə qarşı düşmənçiliyə, Korrupsiyaya SON QOYULMALIDIR!
Hörmətli Sahibə Xanım və hörmətli Deputatlar
Sizdən Xahiş edirik DİQQƏTLƏ OXUYUN!
Bildiyiniz kimi Qanunlara əsasən – Qiymətli kağız kimi mülkiyyət hüququndan istifadəni və mülkiyyət hüququnu Fərmanla məhdudlaşdırmaq və ləğv etmək – Korrupsiya Cinayətidir.
İqtisadiyyat Nazirliyi və əlaqəli hakimiyyət orqanları manipuliyasiya edərək Qiymətli Kağız olan Özəlləşdirmə Çeklərinin bəzi mətbuat orqanları vasitəsi ilə heç bir hüquq verməyən adi kağız parçası olduğunu yazmaqla – Dələduzluq yolu ilə Psixoloji təsir edililir. Qanunlara, Dövlətçiliyimizə ümidsizlik yaradılaraq – Oliqarx məmurların nəzarətində olan “Qara Bazara” satmağa məcbur edilir.
Xahiş edirik kömək edin – məmurların DƏLƏDUZLUĞUNA SON QOYULSUN!
Bu Şikayətdə olan məlumatları Milli Məclisdə TƏCİLİ müzakirə edərək Özəlləşdirmə Çekləri barədə olan həqiqətlərin və hüquqi faktların Xalqa – Dövlət Televiziyası olan AzTv və Dövlət mətbuat orqanları vasitəsi ilə düzgün İNFORMASİYA çatdırılsın.
Dələduzluğa son qoyulsun və insanlar aldanıb öz Miras Əmlak Paylarını təsdiqləyən qiymətli kağızları – adi kağız – antikvar suvenir –kimi Qara Bazara SATMASINLAR!
Hüquqşünas Alimlər hesab edirlər ki, bu Qiymətli Kağızların istifadəsi ya səhvən dayandırılıb, ya da bizim bilmədiyimiz hansısa xüsusi səbəblərdən dayandırılıb. Ancaq Xalqı dəstəkləyən bəzi Deputatların da dediyi kimi – Dövlətin verdiyi bu Qiymətli Kağızlar heç bir halda adi kağız parçasına çevrilə bilməz!
Özəlləşdirmə Payı və Çeklər kapitalizmə dinc keçid üçün dövlətin Tarixi Sosial Ədalət siyasətinin əsas prinsipinə əsaslanaraq Ulu Öndər Heydər Əliyev tərəfindən xalqa FƏRMANLA YOX – Qanunla verilib. Özəlləşdirmə başlayan andan Ulu Öndərimiz Heydər Əliyev müddətə tabe olmadan, yəni 10-15-20 il keçməsindən aslı olmayaraq, bütün ölkə vətəndaşlarının ata-babalarının qanı-canı bahasına qurulmuş dövlət əmlakına sahib çıxmalarının, öz MİRAS əmlak paylarını mütləq şəkildə almalarını, pul və ya qiymətli kağız formasında verilməsindən aslı olmayaraq ondan istədikləri kimi istifadə etmələrinin vacibliyini bəyan edib. 7 mart 1995-ci ildə Prezident Sarayında Respublikada özəlləşdirmənin həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı zamanı (https://lib.aliyevheritage.org/az/4962292.html) bunun təmin olunmasının bir dövlət öhdəliyi olduğunu dəfələrlə yüksək tribunalardan səsləndirib.
Bizim özəlləşdirmə paylarımız – yəni Miras Əmlak Paylarımız – qanunla təsbit olunmuş hüququmuzdur və haqqımızdır. 15 ildir Xalqın Miras Əmlak Payları qanunsuz olaraq sahibkarlara satılır. Ancaq yaddan çıxarmayın ki, Sahibkar elə Kapitalist deməkdir. Hər gün Milli Məclisdə sahibkarlara dəstək üçün çoxsaylı çıxışlar edirsiniz. Xahiş edirik bizi – sadə XALQI YADDAN ÇIXARMAYIN. Hər şey vətəndaşın yaxşı yaşaması üçündürsə – onda 100 il müddətində yığılmış onlara məxsus halal miras əmlak paylarını özlərinə verin – sahibkarlara SATMAYIN!
Bəzi Deputatların ixtisasca hüquqşünas olmaması, bir çox hallarda bu hüquqi problem barədə araşdırma aparmaq üçün vaxtının olmaması – bu hüquqi problem və ədalətsizlik barədə danışmaq, aydın fikir söyləmək üçün cçətinliklər yaradır.
Məsələn, Deputat Aydın Hüseynov Özəlləşdirmə Çeklərinin Qanunla verildiyini bilmir və hətta AzTv-də bu qiymətli kağızların qanunu və hüquqi baxımdan aktiv olmadığını söyləyərək, hüquq və qanun pozuntularının aradan qaldırılmasının vacibliyini söyləmək əvəzinə – gələcəkdə yeni hüquqi bazanın yaradılmasının vacibliyini bildirir.
Hörmətli Deputatlar! Maarriflənmək heç vaxt gec deyil. Artıq Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və AR Ali Atestasiya Komissiyasının EKSPERTLƏRİ olan 10-dan cox hüquqşünas Alimin iştirakı ilə 2022-2023 –cü illərdə Qanun Jurnalında – Dövriyyə və dövriyyədə qiymətli kağızların Tədavül və Ödəmə-Tədiyyə vasitəsi kimi istifadə olunması qaydaları və bu hüquqi terminlərin mülkiyyət hüququndan Qanunla tam fərqlı istifadə qaydasını tənzimlədiyi barədə, Özəlləşdirmə Çeklərinin Qanunla mülkiyyət hüququnu təsdiq edən qiymətli kağız kimi bu gündə dövriyyədə Ödəmə-Tədiyyə vasitəsi olduğunu, hər çekin dəyərinin Qanunla əmlaka – maddi ekvivalentə bağlandığını və bütün özəlləşdirmə dövründə infiyasiyadan qorunduğunu təsdiqləyən yazılardan – hüquqi faktlarla öz təsdiqini tapan 4 məqalədən sonra hüquqşünas olmayan Deputatların və İqtisadçıların da bilməsi mütləq şəkildə vacibdir.
Xahiş edirik diqqət edin – Dövriyyəyə buraxılma hər hansı mülkiyyət hüququ verən daşınar və ya daşınmaz əşyanın cümlədən Qiymətli Kağızların istehsal olunaraq əvəzli və ya əvəzsiz olaraq verilməsidir. Məsələn, Pullar Dövriyyədə Tədiyyə-ödəmə vasitəsidir. İstiqrazlar isə Dövriyyədə Tədavül vasitəsidir. Yəni satıla və Banka girov qoyula bilər.
Özəlləşdirmə Paylarının – çeklərin başqa Qiymətli Kağızlardan üstün cəhətlərindən biri də odur ki, onlar birincili olaraq yerləşdirildiyi an qüvvədə olan Qanunlarla Dövriyyədə BÜTÜN özəlləşdirmə DÖVRÜ üçün – Dövlət İnvestisiya Fondları yaradılana qədər Ödəmə-Tədiyyə vasitəsi olması birbaşa tənzimlənib.
Diqqət edin
Özəlləşdirmə Payları — Çekləri Qanunla Dövriyyədə 3 illk Tədavül vasitəsi idi. Yəni bu 3 ildə çeklər satıla və Bankda girov qoyula bilərdi. Bu, ən çox İnvestorlar və çeklərini satmaq istəyənlər üçün maraqlı idi. Bildiyiniz kimi Çeklərin Qanunla 3 illik Tədavül müddəti başa çatandan sonra 4 dəfə Fərmanlarla uzadıldı – bu özəlləşdirmə çeklərini satmaq istəyənlər və İnvestorlar ücün nəzərdə tutulmuşdur. Çünki Dövlət investorlara Özəlləşdirmə Çeklərini İnvestisiya Qiymətli Kağızı kimi təqdim etmişdir. Yəni Tədavül müddətinin Fərmanla uzadılmasında və ya dayandırılmasında heç bir hüquq pozuntusu yoxdur. ÇÜNKİ özəlləşdirmə zamanı ƏSAS MƏQSƏD onları kimlərəsə satmaq və ya Banka kirov qoymaq – yəni Tədavül vasitəsi kimi istifadə etmək YOX – Çeklərdən Qiymətli Kağız kimi dövriyyədə Ödəmə – Tədavül vasitəsi kimi istifadə olunmasıdır. Hətta Ulu Öndər Heydər Əliyev o zaman Vətəndaşlara müraciət edərək öz çeklərini TƏDAVÜL vasitəsi kimi satmamağı – Dövlət əmlaklarının özəlləşdirilməsi zamanı onlardan bir-bir Ödəmə-Tədiyyə vasitəsi kimi istifadə edərək özəlləşdirmədə iştirak etməyi, ayrı-ayrı müəssisələrə qoymağı məsləhət görürdü və deyirdi ki, əgər bir müəssisə yaxşı divident verməsə – başqası yaxşı olar və beləliklə tarazlıq yarada bilərsiniz.
ALLAH RƏHMƏT EYLƏSİN!
Yəni Qanunla Özəlləşdirmə çeklərini satmayan vətəndaşlar və investorlar üçün – özəlləşdiriləcək orta və iri müəsisələrin 65%-nin dəyərinin ödənilməsi zamanı Qanunla çeklər bütün özəlləşdirmə dövründə müddətsiz olaraq Ödəmə — Tədiyyə vasitəsi olmalıdır.
Ulu Öndər Heydər Əliyevin imzaladığı – BU GÜN də qüvvədə olan Özəlləşdirmə Qanunun 10-cu Maddəsi və Özəlləşdirmə qanunlarının icrası üçün 1996-ci ildə 450 nömrəli Fərmanla imzalanmış Özəlləşdirmə Payları-Çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə ödəmə vasitəsi kimi çeklərin qəbulundan imtina etmək qəti qadağan olunub. Bu hüquqi faktı Qanun qüvvəsində olan və hər özəlləşdirmə çekinin üzərindəki *BU ÖZƏLLƏŞDİRMƏ ÇEKİ AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜLKİYYƏTİ İLƏ TƏMİN EDİLİR* yazısı da təsdiq edir. Və bu çeklərin üzərinə vaxt məhdudiyyəti qoyulmayıb. Yəni, çeklərin Dövriyyədə Tədavül vasitəsi kimi istifadəsi Qanunla dayandırıla bilər. Ancaq bu halda Qanun Özəlləşdirmə Paylarının yenə də Dövriyyədə qalmasını – yəni ödəmə-tədavül vasitəsi kimi bütün özəlləşdirmə dövrü üçün istifadəsini birbaşa tənzimləyib. Həm də Özəlləşdirmə Payları verilən zaman qüvvədə olan 1993-cü il 445 nömrəli Qanunun 19-cu Maddəsində İMPERATİV qayda olaraq özəlləşdirmə zamanı istifadə olunmayan özəlləşdirmə payları – pul və ya qiymətli kağız formasında verilməsindən asılı olmayaraq, Qanunla ancaq və ancaq Dövlət tərəfindən yaradılacaq İnvestisya Fondlarına qoyularaq dövriyyədən çıxarıla bilər.
Mülki Məcəllədə Maddə 155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında QANUNDA nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər.
Dövlət tərəfindən Qanunla əsas və yeganə Dövlət Qiymətli Kağız kimi bütün özəlləşdirmə dövründə istifadə olunması ücün buraxılmış Özəlləşdirmə Çeklərinin Mülki Məcəllədə mülkiyət hüququ olduğu təsdiq edilir. Maddə 1078-4.1. Özəlləşdirmə qiymətli kağızları dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət əmlakının müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsi məqsədi ilə buraxılan qiymətli kağızlardır.
Konstitusiyanın 94-cü maddəsinin 13-cü bəndi ilə Mülkiyyət hüququ – yəni əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları yalnız Qanunverici orqan olan Milli Məclis tərəfindən – ancaq Qanunla tənzimlənə bilər.
Mülki Məcəllənin 153.3-cü maddəsinə görə, Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.
Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunun 64-cü maddəsinin 12-ci bəndinə əsasən – hətta Qanunun olmadığı halda digər normativ hüquqi aktla qanunun predmetini təşkil edən məsələlərin hüquqi tənzimlənməsinə və hamı üçün məcburi olan davranış qaydalarının müəyyənləşdirilməsinə yol verilmir.
Hörmətli Deputatlar!
Diqqət edin: 2004-cü ilə qədər Özəlləşdirmə Pay(çek)larının Ödəmə -Tədiyyə vasitəsi kimi özəlləşdirmədə istifadəsi – yəni mülkiyyət hüququndan istifadə qaydası – bu gün də qüvvədə olan 878 nömrəli “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsi ilə tənzimlənirdi. Ulu Öndər xalqın hüququnu və özəlləşdirmə əmlak payını qorumaq üçün çox dəqiq hüquqi mexanizm qoymuşdu.
Maddə 10. Dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi
Dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi – manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur.
Bu gün də qüvvədə olan bu Qanunun 1.0.1. Maddəsi ilə – dövlət əmlakının özəlləşdirilməsi – dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir;
Və bu Qanun 14-cü Maddəsi ilə Özəlləşdirmə prosesinə dövlət nəzarəti Dövlət əmlakının özəlləşdirilməsi prosesinə dövlət nəzarətini həyata keçirmək məqsədilə Dövlət Komissiyası yaradılır.
DİQQƏT EDİN
Qanun tam pozulub: bu günə qədər Komissiyanın fəaliyyəti, onun hüquq və vəzifələri tənzimləyən HEÇ BİR normativ hüquqi akt, heç ƏSASNAMƏ də yoxdur. Bu səbəbdən Özəlləşdirmə prosesinə dövlət nəzarəti YOXDUR və nədənsə, hansısa səbəbdən bütün DEPUTATLAR bu barədə SUSUBLAR və SUSMAQDA davam edirlər.
Hörmətli Deputatlar – Qanunvericilik nədir?
Qanunvericilik – Obyektiv hüququn əks etdirilməsinin zahiri forması olub, İctimai, iqtisadi, mülki münasibətləri tənzimləyən ölkədə fəaliyyət göstərən qanunların məcmusudur və dövlət qanunlarının işlənməsi, hazırlanması və qəbulu Qanunverici orqan olan Milli Məclisə aiddir.
Ulu Öndər Heydər Əliyev vəfat edəndən 6 ay sonra Prezident İlham Əliyevin etibarından sui-istifadə edən – həmin dövrdə Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev və onun ətrafında toplanan bəzi məmurlar Ulu Öndər Heydər Əliyevin imzaladığı hüquqi sənədləri səhv şərh edərək və ya məqsədli şəkildə 2004-cü ildə mülkiyyət hüququndan istifadə qaydasını – Konstitusiyaya zidd olaraq Qanun qüvvəsində olmayan Fərmanın 1.1 bəndi ilə guya dövlət özəlləşdirmə çeklərindən ödəmə – Tədiyyə vasitəsi kimi istifadə müddətini artırmaq adı ilə müddət qoydular və 2011-ci ildə isə Qanunla tənzimlənən mülkiyyət hüququndan istifadə qaydası Fərmanala ləğv olundu.
Bildiyiniz kimi, Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndi ilə “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Ancaq Konstitusiya və Qanunun Fərmanla pozulması – 15 ildir DEPUTATLARIN Qanunla 65%-i Xalqa məxsus olan halal Miras əmlak paylarının TALAN olunmasına qarşı biganəliyi cinayətkar oliqarx məmurlara XİDMƏT EDİR.
Hörmətli Deputatlar – Cənab Prezident hüquqşünas deyil.
Sizin bəziləriniz hüquqşünas olmasaz da, uzun illərdir QANUNVERİCİ orqanda işləyirsiniz. Sizə yazdığımız hüquqi FAKTLAR əsasında mülkiyyət hüququnun pozulması ilə bağlı bu hüquqi problem və hüquqşünas Alimlərin üzə çıxardığı hüquqi səhvlərlə bağlı həqiqətləri, eyni zamanda cənab Prezident İlham Əliyevin etibarından sui-istifadə edən – həmin dövrdə Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev və onun ətrafında toplanan bəzi məmurların hazırladığı və 2004-cü ildə xayincəsinə imzalatdırdığı 75 nömrəli Fərmanının Konstitusiyaya, Qanunlara və Beynəlxalq İnsan Hüquqlarına zidd olduğunu gözəl bilirsiniz.
Sizdən çox Xahiş edirik.
Bu səbəbdən Dövlətimizin və Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin imzaladığı Konstitusiyanın, Qanunların, Xalqa Vədinin və Tarixi Sosial-İqtisadi Ədalət Siyasətinin pozulmasının, Ramiz Mehdiyev və onunla əlaqəli oliqarx məmurlar tərəfindən – cənab Prezidentin etibarından sui-istifadəsi nəticəsində yaranmış hüquqi PROBLEMLƏR TEZ BİR ZAMANDA aradan qaldırılmalıdır!
Qanunsuz özəlləşdirmə təcili dayandırılmalıdır!
Xahiş edirik Milli Məclisdə müzakirələr başladılsın – fikirlərinizi ictimaiyyətlə bölüşün və Cənab Prezidentə düzgün məlumat verilməsinə yardım edin.
Hörmətli Deputatlar!
Vətəndaşın Dövlətə 10 manat borcu olanda işiğını, suyunu, qazını DƏRHAL kəsirlər. Övladları təhsil haqqını ödəyə bilməyəndə Ali məktəblərdən və bağçalardan qovulurlar. Dərman və müalicə almaq almaq üçün 300 manat pensiya alan insanlar Banklara olan borcunu verə bilməyəndə evini əlindən alırlar. BU KAPİTALİZMİN REALLIĞIDIR!
Statistikaya görə, özəlləşdirmə payları qalan – yaşlı nəsildən olan vətəndaşlardan hər il 1,5%-i dünyasını dəyişir. Özəlləşdirmə Paylarını satmayan 1 milyon vətəndaşdan ildə 15 000 insan – yəni HƏR GÜN 41 insan öz haqqına çatmadan dünyasını dəyişir. Sizcə, bu gün Milli Məclisdə müzakirəsi üçün bundan vacib NƏ İŞ OLA BİLƏR??? Sizin seçiciləriniz olaraq Sizə olan müraciətimizi Milli Məclisdə müzakirə etmənizi XAHİŞ EDİRİK!
Hörmətli Deputatlar!
Ermənilər bizim ata-baba torpaqlarımızı zəbt edən zaman belələrinin faşist və Azərbaycan Xalqının düşməni olduğunu uşaqdan böyüyə qədər hamımız dərk ediriksə, deməli ki, bizm ata-babalarımızın canı – qanı bahasına, Xalqın zəhməti hesabına qurulmuş dövlətın özəlləşdiriləcək əmlaklarından Qanunla Xalqa düşən hissəsini (65%-ni ) min bir yolla (Molla Nəsrəddin – Mollaların Yetimin Malını Yemək üçün kitabdan-kitaba yazmaq məsələsi) ƏLƏ KEÇİRƏN məmurlara və sahibkarlara «sabah» XALQ DÜŞMƏNİ deyəcəklər. Ulu Öndər Heydər Əliyevin qoyduğu TARİXİ SOSİAL ƏDALƏT SİYASƏTİNİ, Xalqa Vədini, imzaladığı Konstitusiya və Qanunları bəyənməyən və pozan oliqarx məmurlar Xalq düşmənidir!
Müqəddəs “Quran” ayələrində başqasına məxsus olan əmlak payını və yetimin malını yeyənlər barədə cəhənnəm hökmünün olduğu, onların öz ailə və övladlarına haram yedirdikləri, ziyan vurduqları barədə, HƏTTA başqasının malının talan edildiyini görüb susanlar barədə aydın yazılıb.
Hörmətli hörmətli Deputatlar!
Bu sadə Konstitusiya və Qanunların pozulması deyil – KORRUPSİYA və Dövlət CİNAYƏTİDİR! Xalqa və PREZİDENTƏ qarşı DÜŞMƏNÇİLİKDİR! Mülki Məcəllə, maddə 17.1. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Qanunla öz vətəndaşlıq borcunu yerinə yetirməyənlər – öz şərəf və ləyaqətlərinə hörmət etməyən vətəndaşlardır.
Hörmətli Deputatlar!
Konstitusiya və qanunlara əsasən, mülkiyyət hüququna, cənab Prezidentin də öz fərmanında yazdığı kimi, qanunvericiliklə qoyulmuş qaydalar – yəni ancaq Qanunda göstərilən qaydalar əsasında xitam vermək olar. Lakin oliqarx məmurlar 01.01.2011-ci ildən sonra cənab Prezidentin Fərmanını – Konstitusiya və qanunların qoyduğu qaydada İCRA ETMƏDİLƏR. Cənab Prezident hüquqşünas deyil.
“Cənab Prezidentin özəlləşdirmə çeklərini fərmanla dövriyyədən çıxardığını” qəbul edən, bu yalan məlumata Konstitusiya və qanunlara zidd olaraq hüquqi qüvvə vermək istəyənlər və Cənab Prezidentin fərmanını öz istədikləri kimi yozan məmurlar – CİNAYƏT EDƏRƏK qəbuledilməz hüquq pozuntusu törədirlər. Hesab edirik ki, bu durum onların cənab Prezidentə, Xalqa və dövlətə olan riyakar münasibətlərindən xəbər verir. Bu gün qüvvədə olan Qanunla 65%-i özəlləşdirmə çekləri ilə Xalqa məxsus əmlakların 15 ildir ancaq pulla özəlləşdirilməsi Xalqa qarşı cinayət və düşmənçilikdir.
Məlum olduğu kimi, mülkiyyət hüququna qanundan aşağı qanunvericilik aktı ilə xitam verilməsi və mülkiyyət hüququndan istifadənin məhdudlaşdırılması qəbuledilməzdir. Bu hal qanunvericiliklə korrupsiya cinayəti hesab olunur.
Hörmətli Deputatlarımız bilməlidirlər ki, Konstitusiya və Qanunlara əsasən mülkiyyət hüququna Fərmanla nə xitam verilə bilər, nə də istifadəsini məhdudlaşdırıla bilər! Konstitusiyanın qoyduğu bu qaydanı Mülki Məcəllə də təsdiq edir. Məhz Mülki Məcəllənin 153.3-cü maddəsinə görə, Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.
Hörmətli Deputatlar!
Qanunverici Orqanda işlədiyiniz üçün Sizdə gözəl bilməlisiniz ki, 2004-cü ildə 75 nömrəli Fərmanla Özəlləşdirmə Çeklərinin Dövriyyədə Ödəmə-Tədiyyə vasitəsi kimi istifadəsini məhdudlaşdırılması və ləğv edilməsi Normativ Hüquqi Aktlar haqqında Konstitusiya Qanununun 64-cü maddəsinin 12-ci bəndinin, o cümlədən Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndinin tələblərinə, bu gün qüvvədə olan Özəlləşdirmə Qanununun 10-cü Maddəsinin tələblərinə, Mülki Məcəllənin 153.3 Maddəsinin tələblərinə tam ziddir. Bu hal qanunvericiliklə korrupsiya cinayəti hesab olunur.
Hörmətli Deputatlar!
Qeyd edək ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-4-cü maddəsində Dövlət Özəlləşdirmə Paylarının (çeklərinin) qiymətli kağız və mülkiyyət hüququ olduğu öz təsdiqini tapır. Qanunla özəlləşdirmə qiymətli kağızı olan Dövlət Özəlləşdirmə Payları (çekləri) Mülki Məcəllədə göstərilən qaydalar əsasında dövriyyədən çıxarılır. Hətta Mülki Məcəllədə qiymətli kağızların dövriyyədən çıxarılmasını nəzərdə tutan 1078-27.1.5-ci maddəsində “qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda” yazılmasına baxmayaraq, AR Ədiyyə Nazirliyinin verdiyi rəsmi məlumatda bildirilir ki, Dövriyyədə Ödəmə-Tədiyyə vasitəsi kimi istifadəsini başa catmış özəlləşdirmə çeklərinin Dövriyyədən cıxarılması haqqında Mülki Məcəllədə olan qaydadan başqa bu günə qədər HEÇ BİR BAŞQA QANUNVERİCİLİK QAYDASI mövcud deyil. Rəsmi məlumat:
Xahiş edirik diqqət edin:
Cənab Prezident öz Fərmanında “2011-ci ilin 1 yanvarınadək istifadə olunmayan çeklər dövriyyədən çıxarılır” yazmayıb. Çünki dövriyyədən çıxarılma mülkiyyət hüququna xitam verməkdir və bu, ancaq Qanunla mümkündür. Əks halda bu, qanunvericiliklə korrupsiya cinayəti sayılır.
Diqqət edin!
Cənab Prezidentin fərmanında açıq-aydın göstərilib ki, özəlləşdirmə çekləri qanunvericiliklə nəzərdə tutulmuş qaydalara uyğun olaraq dövriyyədən çıxarılmalıdır. Cənab Prezidentin özünün imzaladığı Qanunvericilik Aktlarına görə, Azərbaycan Respublikası adından qiymətli kağızların dövriyyədən çıxarılması qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına nəzarət etmək səlahiyyətləri əvvəllər Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə, sonra Maliyyə Bazarlarına Nəzarət Palatasına aid idi. İndi isə bu səlahiyyət Mərkəzi Banka aiddir.
BİRİNCİSİ RƏSMİ FAKT – 2011-2016-ci illərdə Qanunvericiliklə Dövlət Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılması qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına nəzarətə cavabdeh olan Qiymətli Kağızlar Komitəsi öz rəsmi saytında bu barədə açıq-aydın yazıb ki, 2011-2016-ci illərdə Özəlləşdirmə Çekləri dövriyyədən çıxarılmayıb. Qiymətli Kağızlar Komitəsinin rəsmi saytının arxivindəki Sual-Cavab bölməsində “Hazırda Azərbaycanda hansı növ qiymətli kağızlar dövriyyədədir” sualına cavab olaraq “özəlləşdirmə çekləri kimi qiymətli kağızlar dövriyyədədir” yazılıb. Bu məlumat 2011-2016-cı illər ərzində Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılmadığını təsdiq edir.
Hətta, “Facebook”da 42 min ailəni özündə birləşdirən “Özəlləşdirmə Çekləri” qrupunda təmsil olunan ziyalılar 2011-2012-ci illərdə dəfələrlə Qiymətli Kağızlar Komitəsinə müraciət ediblər. Onlara cavab olaraq Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılmadığını söyləyiblər. Deyiblər ki, “əziyyət çəkib gəlməyin, çünki ən əvvəl Əmlak Komitəsi tərəfindən dövriyyədə qalan, ödəmə-tədiyyə vasitəsi kimi istifadə olunmayan – dövriyyədən çıxarılacaq çeklərin ümumi sayı və hər özəlləşdirmə çekinin inflyasiyadan qorunan maddi ekvivalent dəyərinin qiyməti – nominal qiyməti manatla müəyyən edildikdən sonra Əmlak Komitəsi – bizə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə rəsmi müraciət etməlidir”. Və deyilib ki, bu kompensasiya məbləği bir neçə milyard manat olduğu üçün əvvəl dövlət büdcəsində təsdiq olunmalı və pul ayrılmalıdır. Ancaq bundan sonra çeklərin dövriyyədən çıxarılması qaydası Qiymətli Kağızlar Komitəsi tərəfindən hazırlanacaq və sonra çeklərin dövriyyədən çıxarılacağı barədə mətbuatda elan veriləcək.
İKİNCİSİ RƏSMİ FAKT – 2017-ci ildə vətəndaşların müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Özəlləşdirmə Çeklərinin Qanunla dövriyyədən çıxarılmasına cavabdeh olan AR Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərdiyi məktuba verilən 2 rəsmi cavab məktubunda Maliyyə Bazarlarına Nəzarət Palatası yazıb ki, “Dövlət Özəlləşdirmə Paylarının (çeklərinin) tədiyyə vasitəsi kimi istifadəsinin 2011-ci ilin yanvarında başa çatmasına baxmayaraq, Dövlət Özəlləşdirmə Paylarının (çeklərinin) dövriyyədən çıxarılması prosedurlarını əks etdirən qaydalar hələlik müəyyən edilməyıb və bu səbəbdən də 2011-ci ilin yanvar ayının 1-nə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə (ödəniş) vasitəsi kimi istifadə edilməyən dövlət özəlləşdirmə paylarının gələcəkdə dövriyyədən çıxarılması nəzərdə tutulmuşdur.
Hörmətli Deputatlar!
Siz də bilirsiniz ki, Qanunvericiliyə əsasən Dövlət Qiymətli Kağızı olan çeklərin dövriyyədə tədiyyə və ödəmə-tədavül vasitəsi kimi istifadəsi başa çatandan sonra, qanunvericiliyə uyğun olaraq dövriyyədən çıxarılması üçün Qiymətli Kağızların Dövlət Reyistirində müvafiq qeydlər edilməlidir. Və Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılması barədə məlumat – hər özəlləşdirmə payına görə vətəndaşlara çatacaq kompensasiyanın miqdarı və hansı bankdan ala biləcəkləri barədə mətbuatda elan verilməlidir.
Siz də bilirsiniz ki, bunların heç biri olmayıb!
Dövlət qiymətli kağızları haqqında bütün məlumatlar dövlət əhəmiyyəti daşıyır, qanunla qorunur və Dövlət tərəfindən buna səlahiyyətli olan Dövlət orqanının arxivlərdə saxlanılır.
Mülki Məcəllənin 1078-27.3-cü maddəsinə əsasən, qiymətli kağızların dövriyyədən çıxarılması haqqında məlumat (ödəniş nəticəsində tədavüldən çıxarılması istisna olmaqla) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edildiyi gündən yeddi iş günü müddətində rəsmi mediada dərc olunmalıdır. Maddə 1078-27.5. Qiymətli kağızların dövriyyədən çıxarılması bu barədə müvafiq məlumat dərc edildikdən sonra həyata keçirilir.
Maddə 1078-27.6. Qiymətli kağızların dövriyyədən çıxarılması qaydaları Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
Hörmətli Deputatlar!
Deputatlar özləri dəfələrlə Milli Məclisdə səsləndirir ki, Deputatlar ayrı-ayrılıqda müraciət edən zaman məmurlar onlara qarşı saymamazlıq edirlər. Bu səbəbdən Xalqa qarşı CİNAYƏTƏ, Korrupsiyaya son qoymaq üçün Sizlərdən çox Xahiş edirik ki, qanunvericiliklə Qiymətli Kağızların dövriyyədən çıxarılmasına cavabdeh olan bu iki Ali Dövlət orqanlarının RƏSMİ dövlət sənədlərinə əsaslanaraq – bizim 2 il ərzində dəfələrlə müraciətlərimizə baxmayaraq cavab ala bilmədiyimiz bu sualın cavabını MİLLİ MƏCLİS adından Mərkəzi Bankdan TƏLƏB EDƏSİNİZ.
Sual – Özəlləşdirmə Çekləri Dövriyyədən nə vaxt çıxarılacaq?
Hörmətli Deputatlar!
Ramiz Mehdiyevin, onun komandasının və oliqarx məmurların cənab Prezidentin etibarından sui-istifadə edərək törətdikləri növbəti cinayət 22 iyun 2010-cu il tarixli 283 nömrəli Fərmanla olmuşdur. Belə ki, 2000-ci ildə Fərmanla qəbul olunmuş Dövlət Özəlləşdirmə Proqramının ilk redaksiyasının 7.2 və 7.4 bəndində deyilirdi ki, “DÖÇ-ləri dövriyyədən çxarıldıqdan sonra əmlaklar pul hərracında satılacaq”. Göründüyü kimi, burada “Tədavüldən” deyil, “Dövriyyədən cıxarıldıqdan sonra” deyilir. Çünki DÖÇ-ləri Dövriyyədə qaldığı müddət ərzində Qanunla bütün özəlləşdirmə dövrü üçün orta və iri müəssisələrin özəlləşdirilməsi zamanı 65% əmlak dəyəri həcmində ödəmə vasitəsidir. 22 iyun 2010-cu il tarixli 283 nömrəli Fərmanla bu bəndləri dəyişdirib, Əvəzində DÖÇ-ləri Dövriyyədən deyil Tədavüldən çıxarıldığı halda yazıldı. Bu isə Konstitusiya və Qanunlara zidd olaraq hüquqi terminlərlə manipulyasiya etməklə Korrupsiya üçün imkan yaratmışdır. Qiymətli Kağızlar dövriyyədən çıxarılmadan – Konstitusiyaya zidd olaraq ƏVƏZİ ƏVVƏLCƏDƏN ödənilmədən 65%-i özəlləşdirmə çekləri ilə Qanunla Xalqa məxsus Miras Əmlak Paylarının SAHİBKARLARA satılmsı Korrupsiya cinayətidir.
Hörmətli Deputatlar!
Mətbuatda və Yootube kanallarında deyildiyi kimi – “Özəlləşdirmə Çekləri” qrupunun nümayəndələri Mərkəzi Bankın şöbə müdirləri, ixtisasca hüquqşünas olan Murad Məmmədovun və Yusif Məmmədovun qəbulunda olanda onlar Dövlət Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılmadığını və bu günə qədər mətbuatda özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılacağı barədə heç bir rəsmi elanın olmadığını söyləyiblər. Hətta, hər ikisi də öz ailələrində Özəlləşdirmə Çeklərinin qaldığını söyləyiblər. Bildiriblər ki, “əgər çeklər cənab Prezidentin yazdığı kimi qanunvericiliklə dövriyyədən çıxarılmış olsaydı, birinci biz bilərdik və birinci biz kompensasiya alardıq”. Bu hüquqşünasların hər ikisi əvvəllər qanunvericiliklə çeklərin dövriyyədən çıxarılması qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına cavabdeh olan Qiymətli Kağızlar Komitəsində və Maliyyə Bazarlarına Nəzarət Palatasında şöbə müdirləri olub. Eyni zamanda “Özəlləşdirmə Çekləri” qrupunun nümayəndələri PA-ında cənab Prezidentin köməkcçisi Kərəm Həsənovun qəbulunda olan zaman Kərəm müəllim söyləyib ki, əgər özəlləşdirmə çekləri qiymətli kağız kimi qanunla dövriyyədən çıxarılmış olsa idi – 10 minlərlə vətəndaşın evində qalmazdı.
HÜQUQİ YENİ FAKT – Özəlləşdirmə çekləri dövriyyədən çıxarılmadığı üçün – yenidən səmərəli istifadə olunması üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən 14 may 1997-ci il 579 nömrəli Fərmanla təsdiqlənmiş “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında” Əsasnamədə sonradan 22 dekabr 2014-cü il tarixli 426 nömrəli Fərmanla dəyişikliklər edilib – ( https://e-qanun.az/framework/28949 ) . Ən əsası əgər özəlləşdirmə çekləri dövriyyədən çıxarılmış olsaydı, yəni mülkiyyət hüququna fərmanla xitam verilmiş olsaydı, Cənab Prezident 28 dekabr 2022-ci il tarixli 1933 nömrəli Fərman ilə 10 avqust 2000-ci il “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə 383 nömrəli Fərmanında dəyişiklik edərdimi? Həmin dəyişiklikdə deyilir: “4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi: dövlət özəlləşdirmə paylarının (çeklərinin) və dövlət özəlləşdirmə opsionlarının istifadəsi üçün qanunvericilik çərçivəsində lazımi şərait yaratsın”. Bu Fərman bir daha təsdiq edir ki, Özəlləşdirmə Payları (çekləri) başqa bir Qanunvericilik Aktı ilə yenidən istifadə oluna bilər – yəni Özəlləşdirmə Çekləri Qanunla dövriyyədən çıxarılmayıb.
BİZ ÜMİD EDİRİK VƏ İNANIRIQ Kİ, hörmətli deputatlarımız Milli Məclisdə müzakirələrə başlayan kimi tez bir zamanda – ya Özəlləşdirmə Çeklərinin inflyasiyadan qorunan maddi ekvivalent dəyərinin Nominal qiyməti qoyulacaq və Özəlləşdirmə Qanununun 10-cu Maddəsi işləməyə başlayacaq, ya da cənab Prezidentin sərəncamı ilə Yeni Özəlləşdirmə Qanunu tez bir zamanda Milli Məclisin müzakirəsinə veriləcək.
Artıq 16 ildir Özəlləşdirmə prosesi Konstitusiya və Qanunlara ZİDD olaraq aparılır. Qanunla orta və iri müəssisələrin 65%-i Özəlləşdirmə Payı(çek) kimi ölkə vətəndaşlarına verilməlidir. Hüquqşünas Alimlərin də yazdığı kimi – əgər özəlləşdirmə çekləri dövriyyədən qanunla çıxarılmış olsaydı, 2011 – 2022-ci illərdə Dövlət özəlləşdirmə payları (çekləri) ilə bağlı normativ hüquqi aktlar barədə Özəlləşdirmə Dövlət Nəzarəti Komissiyasının Sədiri olan Baş Nazir Nazirlər Kabineti adından 10-dan çox Qərarlar qəbul etməzdi.
Hörmətli Deputatlar.
Xüsusi bir qeyd edək ki, Belarusiyada özəlləşdirmə bizdən əvvəl başlayıb və özəlləşdirmə çekləri bu gündə Ödəmə-Tədiyyə vasitəsi kimi istifadə olunur. Hər il bu çeklərin inflyasiyadan qorunan nominal qiymətləri yenilənir. Vətəndaşların haqqına və hüquqlarına təcavüz olunmur. Göründüyü kimi, Belarusiyada Dövlət və məmurlar ƏDALƏT prinsipini əsas tuturlar.
Azərbaycanda da Qanunla qoyulmuş qaydaya əsasən Özəlləşdirmə Çeklərindən Tədavül vasitəsi kimi istifadə müddəti 2000-ci ildə başa çatdıqdan sonra bu gün qüvvədə olan ÖZƏLLƏŞDİRMƏ Qanununun 10-cu Maddəsi ilə – yəni mülkiyyət hüququndan istifadə Qanunla qoyulmuş qaydaya əsasən və Özəlləşdirmə qanunlarının icrası üçün 1996-ci ildə 450 nömrəli Fərmanla imzalanmış Özəlləşdirmə Payları-Çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə Belorusda olduğu kimi Çeklər Ödəmə-Tədiyyə vasitəsi kimi dövriyyədən çıxarılana qədər – yəni Dövlət tərəfindən İnvestisiya Fondları yaradılana qədər bütün özəlləşdirmə dövründə QANUNLA istifadə olunmalıdır.
Vətəndaşların Sizə və cənab Prezidentə ümidi və etibarı böyükdür. Məmurların dövlət başçısının etimadından sui-istifadə etməsi haqda Prezidentimiz özü dönə-dönə danışıb. Bu barədə ölkə mətbuatı, o cümlədən Haqqın.az saytı dəfələrlə yazıb.
Oxuyun: Кто и как лишил граждан Азербайджана прав на приватизацию?
Hörmətli hörmətli Deputatlar!
Cənab Prezident hüquqşünas deyil.
Cənab Prezidentə və Xalqa qarşı cinayətin, vətəndaşların mülkiyyət hüquqlarının kütləvi pozulmasının və hüquqi səhvlərin aradan qaldırılması Cənab Prezidenti sevən bütün qeyrətli vətəndaşların və DEPUTATLARIN borcudur. Cənab Prezidentə və Xalqa qarşı düşmənçiliyə son qoyulmalıdır. Cənab Prezident Özəlləşdirmə Çeklərini dövriyyədən çıxarmayıb. Çünki bu səlahiyyəti Cənab Prezident özünün imzaladığı qanunvericiliklə başqa Ali Dövlət Orqanlarına verib. 15 ildir oliqarx məmurlar Deputatların hüquqi savadsızlığından istifadə edərək Qanunla Miras Əmlak Payı kimi Xalqa məxsus, Ulu Öndər Heydər Əliyev tərəfindən Xalqa VƏDD edilmiş orta və iri müəsisələrin 65% -lik Əmlak payını – səhmlərinisataraq BÜDCƏ DOLDURMAQ istəyirlər!!! Büdcə kəsirini Xalqın cibindən çıxarırlar. Necə oldu ki, 2-3 Bankirin Beynəlxalq Bankdan oğurladıqları 10 milyard Dolları Deputatlar və Məmurlar TEZ BİR ZAMANDA “ YAMAMAQ” üçün vəsait tapa bilir??? Cənab Prezident hüquqşünas deyil.
Bu hüquq pozuntusunu cənab Prezident heç vaxt bilə-bilə etməzdi.
Cənab Prezident heç vaxt Atası Ulu Öndər Heydər Əliyevin Tarixi – Sosial – İqtisadı – Ədalət Siyasətini, Xalqa vədini pozan və korrupsiya cinayəti yaradan belə bir Fərmana bilə-bilə qol çəkməzdi. Bu Dövlət cinayətinin müəllifi olan Ramiz Mehdiyevin cənab Prezidentin etibarından sui-istifadə edərək törətdiyi ən ağır dövlət cinayətidir – Xalqa qarşı düşmənçilikdir. Yəni bu gün Qanunun Fərmanla dayandırılması nəticəsində Özəlləşdirmə Çekləri olmadan Dövlət Əmlakarının pulla satılması Korrupsiya Cinayətidir!
Hörmətli Deputatlar!
Sizcə cənab Prezident öz Atasının imzaladığı Konstitusiyanı, Qanunları və Fərmanları bilə-bilə pozardımı?
Sizcə cənab Prezident Korrupsiya halı yaradan, Atasının Xalqa vədini pozan hər hansı bir sənədə bilə-bilə qol çəkərdimi?
Biz inanırıq ki, cənab Prezidentə düzgün və tam məlumat çatan kimi haqq-ədalət çox tez bir zamanda öz yerini tapacaq.
İqtisadiyyat Naziri Mikayıl Cabbarov ixtisasca hüquqşünasdır və gözəl bilməlidir ki, Konstitusiya və Qanunun qoyduğu qaydaları heç bir Fərman poza bilməz. Mülkiyyət hüququnun bu cür pozulması KORRUPSİYA cinayətidir. 15 ildir Fərmana əsaslanaraq Özəlləşdirmə Pay(çek)ları istifadə olmadan – 65%-i Qanunla Xalqa məxsus əmlakların pulla satılması Xalqa qarşı düşmənçilikdir.
Hörmətli Deputatlar!
Diqqət edin: HÜQUQŞÜNAS və İQTİSADÇI Alimlərin yazılarından nələr məlum olur?
Qanunla hər özəlləşdirmə payları –çekləri verildiyi andan eyni dəyərdə idi və inflyasiyadan qorunan əmlak ekvivalentə bağlı idi. Biz mətbuatdan bəzi Deputatların ( Zahid Oruc, Anar İsgəndərov, Aydın Mizəzadə, Məlahət İbrahimqızı, Fəzail Ağamalı, Razi Nurullayev, Fazil Mustafa və s.) Milli Məclisdə bu problemin müzakirəsi üçün verdiyi təkliflərinin kimlərinsə maraqlarına toxunduğu ücün dayandırıldığını bilirik. Bu gün Millət Vəkili olan Vüqar Bayramovun hələ (https://525.az/?name=xeber&news_id=101098#gsc.tab=0) 09.06. 2018-ci il tarixində mətbuata dediyi – “mövcud qanunlara görə bütün özəlləşdiriləcək dövlət əmlakının 65 faiz özəlləşdirmə payı vətəndaşlara məxsusdur” ifadəsindən də xəbərimiz var.
Qərar qəbul edən orqanlar Ulu Öndər Heydər Əliyevin Dövlətin ən kasıb vaxtında Xalqa Miras Əmlak Payı kimi VƏDİNİN – Tarixi Sosial İqtisadi Ədalət Siyasətınin prinsiplərini unutmamalıdır. Ulu Öndər başqa ölkələrdə özəlləşdirmə zamanı baş verən neqativ halları nəzərə alaraq özəlləşdirmə Paylarının – çeklərinin qiymətini maddı ekvivalent dəyərinə bağladı və Qanunla bu Çeklərin inflyasiyanın təsirindən qorunan maddi ekvivalent dəyəri olduğu qəbul olundu.
Çeklərin nominal qiyməti qoyulmalıdır ki, əvvəllər Əmlak Komitəsi tərəfindən vətəndaşlara qarşı edilən cinayətlərə son qoyulsun. Bir vətəndaşın payına 65 000 – başqasına 50 dollarlıq əmlak verilməsinə son qoyulmalıdır. Hər bir vətəndaşın Pay çekləri eyni Nominal qiymətdə olmalıdır və inflyasiyadan qorunmalıdır.
Əmlak Komtəsi ancaq satacağı əmlaka bazar qiyməti qoya bilər. Vətəndaşların Özəlləşdirmə Çeklərinə *qara bazar qiyməti* qoyaraq əmlak özəlləşdirmə bilməz! Qiymətlər və alqı-satqı ancaq Qanunla tənzimlənməlidir.
ALİMLƏRİN də yazdıqları kimi – 30 ildə olan inflyasiyanı nəzərə alaraq hər Özəlləşdirmə Paylarına – Çeklərinə düşən əmlak payının maddi ekvivalent dəyərinin – qiymətinin müəyyənləşdirilməsi üçün Dövlət tərəfindən xüsusi komissiyanın yardılması vacibdir.
BİRİNCİSİ, Qanunvericiliyə baxanda görünür ki, 1997-ci il Əmlak Komitəsinin Dövlət özəlləşdirmə opsionunun qiymətinin müəyyən edilməsi haqqında 222 nömrəli Əmrinin (https://e-qanun.az/framework/10373 ) 2-ci bəndi ilə – Dövlət özəlləşdirmə opsionunun qiyməti dövlət özəlləşdirmə çeklərinin (paylarının) çek auksionlarında təşəkkül tapmış orta satış qiymətinin 0,1 faiz miqdarında, lakin iki min manatdan az olmamaq şərti ilə müəyyən edilir. Buradan müəyyən olunur ki, bir çekin maddi ekvivalent dəyəri ən azı 2 000 000 manat, bir Özəlləşdirmə Payı(4 Çek) isə ən azı 8 000 000 manat dəyərində qiymətləndirilib. Həmin dövrdə bu məbləğ 2100 ABŞ dolları təşkil edirdi.
Nəzərə almaq lazımdır ki, Özəlləşdirmə Paylarının – çeklərinin hər birinin dəyəri Qanunla maddi ekvivalentə bağlı idi və Qanunla bu maddi ekvivalent inflyasiyadan qorunurdu.
Diqqət edin: 30 il müddətinə əmlakların dəyəri ən azı 10 dəfə inflyasiya olub. 1997-ci ildə Bakıda dəyəri 2100 dollar olan 1 otaqlı mənzilin bu gün dəyəri ən azı 40-50 000 manata qalxıb. Yəni, Qanunla Özəlləşdirmə dövrü üçün inflyasiyadan qorunan manat deyil – hər paya(çekə) düşən əmlakın dəyəridir.
İKİNCİSİ, Mülkiyyət bölgüsü ancaq Qanunla tənzimlənməlidir və Özəlləşdirmə Payları verilən zaman Dövlətin vətəndaşlar qarşısında götürdüyü öhdəliyə əsasən Qanunla özəlləşdiriləcək bütün orta və iri Dövlət əmlaklarının ən azı 65%-i Özəlləşdirmə çekləri ilə əvəzlənməli idi. Baxmayaraq ki, son 15 ildir Xalqa məxsus milyadlarla manat dəyəri olan əmlaklar özəlləşdirilib. Ancaq bu gün gələcəkdə özəlləşdiriləcək İnvestisiya Fondlarında olan 10-larla orta və iri müəssisələr, Neft və Mədən sənayesindəki – icarəyə və ya idarəçiliyə verilməsindən aslı olmayaraq- inflyasiyanı nəzərə alaraq müəssisələrin maddi dəyərinin ekvivalent qiyməti yenidən hesablanarsa, bu halda bir Özəlləşdirmə Payının maddı ekvivalent dəyəri bəlkə də 200 000 manat olar.
Bu isə o deməkdir ki, Ölkəmizdə özəlləşdirmə zamanı başqa ölkələrdə olan neqativ halların aradan qaldırılması üçün Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi nəticəsində Qanunvericilik Aktlarına əsasən bu gün üçün Qanunla inflyasiyadan qorunan hər Özəlləşdirmə Pay(4çek) əmlak ekvivalenti qəyəri ən azı 40 000 manat hesablana bilər.
Hörmətli Deputatlar!
Əlbəttə, son zamanlar Deputatlarımız tərəfindən Ulu Öndər Heydər Əliyevin Xalqa vədinə, Dövlətçiliyimizə və Qanunvericiliyimizə inanaraq öz miras əmlak payları olan Özəlləşdirmə Paylarını – Çeklərini satmayıb öz mülkiyyət hüququndan Ailəsinin istifadə etməsi üçün saxlayan 10 minlərlə vətəndaşın hüquqlarının bərpası ücün Milli Məclisdə və mətbuatda səsləndirilən fikirlər, Dövlət televiziyasında bu problemin gündəmə gətirilməsi, Azərbaycan Televiziyasından insanların mülkiyyət hüquqlarının bərpasının vacibliyi barədə Azərbaycan qanunvericilk orqanının üzvü kimi Deputatlarımızın bu hüquqların aktivləşməsi üçün hakimiyyət orqanlarına etdiyi müraciətlər və çağırışlar – Dövlətimizin hüquqi və demokratik bir dövlət olduğunu bir daha təsdiq edir.
Hörmətli Deputatlar!
Sizdən tezliklə Milli Məclisdə bu hüquqi problem barədə müzakirələrin başlanmasını və bu zaman qrup nümayəndələrimizin, vəkilimizin də dəvət edilməsini XAHİŞ EDİRİK.
PS. Özəllşdirmə Çekəri olan Ailələrin hamısının Deputatlara Şikayət yazması vacibdir. Bunun üçün “WhatsApp” vasitəsi ilə 070 304 05 21 nömrəsinə (zəngə cavab verilmir) Ad və Soyadını yazıb göndərən vətəndaşlara hazır Şikayət forması göndəriləcək.


























