image-qanunla-reklam
image-354527-1

Milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının mütləq prioritetidir

image-lady-day-az

Milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının mütləq prioritetidir.

Heç kimə sirr deyil ki, Ulu Öndər Heydər Əliyev ətrafında yaradılmış Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir. Məhz, bu prinsip Ulu Öndər Heydər Əliyevin siyasi irsinin inkişafının təməlində duran əsas ideoloji amildir. Heydər Əliyevin ətrafında yaradılmış partiya qısa müddət ərzində ümumxalq partiyasına çevrilmişdir. Ulu Öndərin öz xalqına olan sadiqliyi və ölkənin gələcəyi ilə bağlı olan mütərəqqi baxışları xalqı onun ətrafında birləşdirdi. Ulu Öndər Heydər Əliyevin yorulmaz siyasi fəaliyyəti ona xalqın sevgi və ehtiramını qazandırmışdır
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə daha da artmaqdadır. Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Möhtərəm Prezident Cənab İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib. Bu gün YAP xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində, Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib. Bu gün müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər keçirilir.
Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixində keçirilmiş VII qurultayda YAP-ın Sədri, Prezidentimiz cənab İlham Əliyev çıxış edərək aşağıdakı əsas məsələlərə toxunmuşdur. Ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd  etmiş və Partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır. Bu mənada YAP-ın VII qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilməlidir. Aparılan uğurlu siyasət sayəsində Azərbaycanın “regionun lider ölkəsi” statusu təsdiqləndi. İqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Azərbaycan hökuməti tərəfindən aparılan effektiv enerji və nəqliyyat siyasəti, habelə humanitar layihələr regionun inkişafına xidmət edir və tərəfdaş ölkələrin sayını durmadan artırır
Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Prezidentimiz cənab İlham Əliyevin islahatlar siyasətinin davamıdır. VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının mütləq prioritetidir.
Yeni Azərbaycan Partiyasının VII Qurultayı həm ölkəmiz, həm də partiyamız üçün əlamətdar və mühüm ictimai-siyasi hadisədir. Çünki YAP cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirən ümumxalq partiyasıdır və ölkə daxilində ictimai-siyasi münasibətlərin inkişafında, həmçinin Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvədir. Partiyanın 2018-ci ildə keçirilmiş VI Qurultayından bu günə qədər bir çox dəyişikliklər baş verib, yeni reallıqlar yaranıb, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən sistemli, genişmiqyaslı və kompleks islahatlar reallaşdırılıb. Eyni zamanda Azərbaycanın gələcək inkişafı üçün yeni hədəflər və strateji prioritetlər müəyyənləşdirilib, bu istiqamətdə addımlar atılıb, ciddi nailiyyətlər əldə olunub. Ən əsası, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazanıb. Nəticədə, Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olunub. Yəni Azərbaycan artıq yeni reallıqlar yaradıb. Bu baxımdan Yeni Azərbaycan Partiyası da öz fəaliyyətini zamanın tələblərinə və çağırışlarına uyğun formalaşdırmalı idi. Bu həm də Yeni Azərbaycan Partiyasının növbəti qurultayını zəruri edən amillərdən oldu. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarların qəbul edilməsi, partiyanın yeni Nizamnaməsinin təsdiqi, İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının seçilməsi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxılması dediklərimizə əyani sübutdur. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva partiya Sədrinin birinci müavini təyin olundu. Mehriban Əliyevanın partiya Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

Vəfa Xəlilli – Gəncliyə Dəstək İctimai Birliyinin sədri

 

YAP- ın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi ölkənin xarici siyasətinin davamıdır

Yeni Azərbaycan Partiyasının yaradılması xalqımızın və dövlətimizin həyatında tarixi bir hadisədir. 1992-ci il noyabrın 21- də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə yaradılan Yeni Azərbayca Partiyası bu gün milyonların partiyasına çevrilərək, 760 minə yaxın üzvü sıralarında birləşdirərək ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsində yaxından iştirak edir. YAP bu gün lkəmizin inkişafına, beynəlxalq nüfuzunun artmasına, ciddi və məqsədyönlü islahatların həyata keçirilməsinə öz töhfələrini vermişdir.
Partiyanın fəaliyyəti təkcə ölkə sərhədləri ilə məhdudlaşmır. Beynəlxalq müstəvidə əlaqələrin genişləndirilməsi Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsas istiqamətlərindən biridir. Özünün xarici əlaqələrini genişləndirməklə əməkdaşlıq imkanlarından maksimum faydalanır və həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq istiqamətində geniş fəaliyyət göstərir.
Bütün bunlar deməyə əsas verir ki, yarandığı gündən bu günədək fəaliyyət göstərdiyi müddətdə Yeni Azərbaycan Partiyası həm də ölkəmizin beynəlxalq imicinin möhkəmləndirilməsində mühüm rol oynamışdır.

Xanım İmanova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi

 

Ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən Yeni Azərbaycan Partiyasının əsas hədəfləri

Ümumilli lider Heydər Əliyevin ideya və əməllərini onun yaratdığı partiyanın ondan sonrakı lideri Prezidentimiz cənab İlham Əliyev dönmədən və uğurla həyata keçirir. Məhz bu alternativi olmayan düzgün, tarazlı siyasətin nəticəsidir ki, müstəqilliyin ilk illərində çoxsaylı ağrılı problemlərin məngənəsində sıxılan Azərbaycan artıq neçə illərdir ki, Cənubi Qafqazın ən güclü, əsas söz sahibi olan lider ölkəsidir. Regionda heç bir layihəni  Azərbaycanın razılığı və iştirakı olmadan təsəvvür etmək mümkün deyil.Müstəqillik illərində Yeni Azərbaycan Partiyasının öncüllüyü ilə Azərbaycanın qazandığı bir sıra önəmli sosial-iqtisadi uğurlar, gerçəkləşdirdiyi regional və qlobal miqyaslı layihələr ölkəmizin nüfuzunu beynəlxalq səviyyədə qalxmasına xidmət etməklə yanaşı, ümumdünya problemlərinin həllinə qoşulmaqda onun siyasi statusunu da yüksəldib.Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev beynəlxalq aləmin, eləcə də regionun taleyüklü məsələlərinin həllində də təşəbbüskar və nüfuzlu lider kimi tanınır və onun bu fəaliyyəti dünya miqyasında daim yüksək dəyərləndir.
Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi də öz növbəsində Prezident cənab İlham Əliyevin islahatlar siyasətinin davamı idi. Xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmşdır. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir. Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixində küçirilmiş VII qurultayında qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət etmişdir.Partiyanın VII  qurultayında qəbul olunmuş qərarlar partiyanın fəaliyyətində yeni inkişaf mərhələsinin başlandığını göstərir və keyfiyyətcə əhəmiyyətli dəyişikliklərə səbəb oldu. VII qurultayda YAP-ın  yeni , masir dövrün tələblərinə və çağrışlarına cavab verən  Nizamnaməsi təsdiq olunmuşdur. Yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edilmişdir. Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilmiş, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının,Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilmişdir.
Yeni idarəetmə modelini özündə ehtiva edən YAP VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi.Milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının mütləq prioritetidir. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra olundu. Prezident seçkilərindən sonra ölkə başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir. Verdiyi vədlərə sadiq qalmış Azərbaycan iqtidarı bütün islahatları ardıclıqla icra edir. Ölkənin vətənpərvər, intellektual ehtiyatı olan yeni gənc nəsil nümayəndələrini özündə birləşdirən siyasi partiya. Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib. Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 2003-cü ildə uşaq və yeniyetmə olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

Ölkənin vətənpərvər, intellektual ehtiyatı olan yeni gənc nəsil nümayəndələrini özündə birləşdirən siyasi partiya

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Yeni Azərbaycan Partiyasının fəaliyyəti yarandığı gündən ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir. Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsi Prezidentimiz cənab İlham Əliyevin islahatlar siyasətinin davamıdır.  2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmşdır. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir.
Tam əminliklə demək olar ki, YAP  ölkənin vətənpərvər, intellektual ehtiyatı olan yeni gənc nəsil nümayəndələrini özündə birləşdirən siyasi partiyadır. Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi.Yeni Azərbaycan Partiyası ölkənin vətənpərvər, intellektüal ehtiyatı olan yeni gənc nəsil nümayəndələrini özündə birləşdirən siyasi partiyadır. Torpaqlarımızın azad edilməsində təkcə gənc nəsil yox, bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib. Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti cənab İlham Əliyevin ilk dəfə prezident seçildiyi 2003-cü ildə uşaq və yeniyetmə olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhramanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.
Ölkənin inkişafına xidmət edən Yeni Azərbaycan Partiyasının əsas hədəflərində yeniliklərə, təkmilləşməyə meyillilik özünün aydın ifadəsini tapıb. Belə ki, Heydər Əliyev irsinin təbliği və təşviqindən sonra güclü iqtisadiyyatın qurulması və davamlı inkişafın təmin edilməsi, inklüziv cəmiyyətin, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, milli maraqların qorunması və xarici siyasətin, ordu quruculuğunun, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın reallaşdırılması kimi məsələlərin hər biri müasir dövrün yeniliklərinin tətbiqini bir tələb kimi qarşıya qoyur. Bu gün biz informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi və tətbiq olunduğu dövrdə yaşayırıq. Yeni texnologiyaların sürətlə inkişaf etdiyi, müasir düşüncəli, yenilikçi gəncliyə böyük ehtiyac duyulduğu indiki mərhələdə partiyanın 800 minə yaxın üzvünün təxminən 40 faizinin gənclər olması, şübhəsiz, böyük uğurdur. YAP ölkənin vətənpərvər, intellektual ehtiyatı olan yeni gənc nəsil nümayəndələrini özündə birləşdirən siyasi partiyadır. Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Onlar yetişdilər, vətənpərvərlik və fədakarlıq nümunəsi göstərərək canlarından keçdilər, şəhidlik zirvəsinə ucaldılar və özlərindən sonrakı gəncliyin bəhrələnməsi üçün vətənpərvərlik məktəbini yaratdılar.
Bütün bunlar aparılan uğurlu siyasətin sayəsində baş verdi. Həm də Azərbaycanın “regionun lider ölkəsi” statusu təsdiqləndi. İqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Azərbaycan höküməti tərəfindən aparılan effektik enerji və nəqliyyat siyasəti, habelə humanitar layihələr regionun inkişafına xidmət edir, tərəfdaş ölkələrin sayını durmadan artırır.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Yeni Azərbaycan Partiyasının VII Qurultayı Partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır

Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Çünki müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü – qüdrətli dövlətə çevrilməsi Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır. Ulu Öndərin siyasi mirası olan Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçmiş, siyasi ləyaqət etalonu yaratmışdır. Öz sıralarında Azərbaycan cəmiyyətinin demək olar ki, bütün təbəqələrindən olan, sağlam düşüncəli və möhkəm əqidəli insanları birləşdirən Yeni Azərbaycan Partiyasının fəaliyyətinin səmərəliliyini təmin edən mühüm strateji amillərdən biri partiyanın mütəmadi olaraq struktur və təşkilati nöqteyi nəzərdən yenilənməsi, islahatlar çərçivəsində təkmilləşməsidir. Bu nöqteyi nəzərdən Partiyanın Qurultaylarının əhəmiyyəti çox böyükdür. 05 mart 2021-ci il tarixdə keçirilmiş Partiyanın VII Qurultayında Partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarların qəbul edilməsi, yeni Nizamnamənin təsdiq olunması Partiyanın həyatında yeni mərhələnin başlanmasını, ölkənin prespektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirir. Həyata keçirilən tədbirlər sırasında Partiyanın rayon təşkilatlarına yeni sədrlərin təyin olunması, xüsusi ilə yeni təyinatlar sırasında gənclərə üstünlük verilməsi, Partiyamızın sədri, Prezident cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Qurultaydan ötən dövr ərzində həyata keçirilmiş tədbirlər, Partiyanın fəaliyyətinin təkmilləşdirilməsi baxımından görülmüş işlər, Partiyanın gələcək inkişafına təkan verməklə, daha böyük uğurlara imza atılacağından xəbər verir.

Ələkbər Kərimov-Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı

 

Heydər Əliyev və Yeni Azərbaycan Partiyası

Azərbaycan dövlətçiliyinin qurulması, möhkəmləndirilməsi və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz müdrik dövlət xadimi ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini permanent xaos və böhran məngənəsindən çıxarıb, ümummilli fəlakətin – vətəndaş müharibəsinin qarşısını alıb, döyüş cəbhəsində məğlubiyyətlər seriyasına son qoyub və atəşkəs rejiminin tətbiqinə nail olub, bir sözlə, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib. O, Azərbaycanda siyasi plüralizm, siyasi mədəniyyət və siyasi sistemin yaranmasının əsasını qoyan nadir şəxsiyyətdir. 1992-ci il noyabrın 21-də bir müxalifət partiyası olaraq yaratdığı Yeni Azərbaycan Partiyası (YAP) hakimiyyətə sivil yolla gəlməyin əsl “yol xəritəsi”ni ortaya qoydu. Bununla da bir siyasi mədəniyyət və siyasi əxlaq nümunəsi yaratdı. Bu nümunə, əslində, siyasi xəttindən və davranışından asılı olmayaraq bütün siyasi qüvvələr üçün örnək olmalıdır. Bu nümunə özündə sağlam, obyektiv, şəffaf və demokratik mübarizə mədəniyyətini ehtiva edir və qələbə təminatına görə unikaldır. YAP Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu partiya ümumxalq partiyasıdır. Bu partiyada cəmiyyətin bütün təbəqələri iştirak edir. Həmçinin partiya hər zaman islahatlara açıqdır.
Ulu öndər Heydər Əliyevin yaratdığı partiya onun öz sözlərində dediyi kimi, “Dünənin, bu günün və gələcəyin partiyasıdır”. YAP-ın yaradılması ulu öndər Heydər Əliyevə Azərbaycan cəmiyyətinin sifarişi idi, çünki bu partiya yaradılmadan Azərbaycanın gələcəyi və Azərbaycanın çox ciddi siyasi-iqtisadi kataklizmlərdən çıxış yolu yox idi. Məşhur “91-lər”in müraciəti əsasında zəmanəmizin dühası ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına, ona rəhbərlik etməyə razılıq verdi. Nəticədə ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycanın siyasi sisteminin əsasını təşkil edən Yeni Azərbaycan Partiyası yaradıldı. Naxçıvandan başlayaraq bütün Azərbaycanın nicatına gedən yolun əsası qoyuldu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi tarixi zərurətə çevrildi. 1993-cü il iyunun 15-də Azərbaycanın qurtuluş tarixi başlandı. Ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikası real müstəqilliyinə qovuşdu. Xalq artıq sahibsiz deyildi. Ona dünya səviyyəli Lider Heydər Əliyev rəhbərlik edirdi. Qarşıda isə dövlətçiliyimizin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən siyasi hadisə – yeni prezident seçkilərinin keçirilməsi məsələsi dayanırdı.
Azərbaycan Respublikasının prezidentliyinə namizəd ulu öndər Heydər Əliyev 1993-cü il sentyabrın 10-da yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirdi. Sentyabrın 20-də Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, sentyabrın 21-də AMEA-da ziyalılar qarşısında, sentyabrın 22-də Ali Sovetdə Azərbaycan gənclərinin nümayəndələri, sentyabrın 28-də Bakı Məişət Kondisionerləri zavodunda əmək kollektivlərinin təmsilçiləri qarşısında çıxışlar etdi. Bu çıxışlarda ulu öndər Heydər Əliyev prezident seçiləcəyi təqdirdə xalqı narahat edən mürəkkəb problemlərin köklü həllinə nail olmağı hədəf seçdiyini bəyan etdi. Bu, ilk növbədə, polisin ictimai asayişin qorunması ilə bağlı birbaşa vəzifəsini icra etməsi, müxtəlif rayonlarda kök salmış və dinc sakinləri qorxu altında saxlayan çoxsaylı gizli silahlı qrupların və bandaların üzə çıxarılması, onların ifşa və tərksilah edilməsi ilə bağlı idi.

Rasim Hüseynov – Rayon Ağsaqqallar Şurasının sədri

 

Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi bütün mərhələlərində tarixi missiya daşıyıb

Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi həyatının bütün mərhələlərində tarixi missiya daşıyıb. 30 il öncə Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmışdır. Müxalifət partiyası kimi o zaman da partiyanın Azərbaycanın xilas olması ilə bağlı cəsarətli təşəbbüslərlə çıxış etməsi və dövlətçilik ideyalarını rəhbər tutması tarixi bir zərurət idi. Ona görə də, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış bir partiyadır. Partiyanın yaranması, inkişafı və güclənməsi Ulu Öndər Heydər Əliyevin ideyaları, Onun nüfuzu, uzaqgörənliyi və dövlətçiliklə bağlı zəngin təcrübəsi və məsləhətləri əsasında baş vermişdir. Ötən dövr ərzində Yeni Azərbaycan Partiyası müxalifət partiyasından iqtidar partiyasına və eyni zamanda Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilmişdir.
Azərbaycanın bütövlükdə inkişafı, əldə etdiyimiz uğurlar Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti, Onun cəsarəti və eyni zamanda uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Azərbaycan keçən dövr ərzində kifayət qədər tarixi uğurlar əldə etmişdir. Bu uğurlar həm iqtisadiyyat, həm sosial sahədə, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artması sayəsində əldə edilmişdir. Eyni zamanda bu uğurlar içərisində ölkədə əldə edilmiş milli birlik və bu birliyin nəticəsində uzun illər ərzində işğal altında olan torpaqlarımızın azad olunmasını xüsusilə vurğulamaq lazımdır.
Umumiyyətlə, Yeni Azərbaycan Partiyasının rəhbəri kimi cənab İlham Əliyevin fəaliyyəti zamanı, yəni son 17 ildə Azərbaycanda 4 mühüm nəticəyə nail olunmuşdur. Bunlardan birincisi ondan ibarətdir ki, Azərbaycanda dayanıqlı əsaslara söykənən bir birlik yaranmışdır. Bu birlik həm xalq-iqtidar birliyidir, bu birlik eyni zamanda müxtəlif millətlərin və dinlərin birliyidir. Yəni, Azərbaycanda bu gün hər bir xalqın nümayəndəsi kifayət qədər rahat yaşayır, öz dilində danışa bilir, öz dininə sitayiş edir və yaxud hər hansı bir siyasi partiyanın nümayəndəsi öz fikirlərini azad şəkildə ifadə edə bilir. Azərbaycanda belə bir birliyin əldə olunması çox ciddi bir uğurdur.
Ölkəmiz müstəqillik əldə etdiyi illərdə hər birimizin arzusu Azərbaycanın daha çox tanınması, xarici ölkələrdə Azərbaycanın milli, mənəvi dəyərlərinin bilinməsi, məşhur şeirdə deyildiyi kimi “İmzalarımızın imzalar arasında olması” idi. Hər zaman Azərbaycan deyəndə onun tanınması, adət ənənələrimizin bilinməsini biz çox arzulayırdıq. Biz artıq bu arzulara çatmışıq. Bu gün dünyada Azərbaycan deyəndə kifayət qədər nüfuzlu, öz milli dəyərləri olan, qurub – yaradan, güclü və müstəqil bir ölkə kimi qəbul olunur.
Azərbaycan bu gün Qoşulmama Hərəkatının sədridir. Azərbaycan BMT Təhlükəsizlik Şurasına rəhbərlik edən ölkələrdən biri olub, bütövlükdə bu gün Avropa Şurasında, ATƏT-də, Avropa İttifaqında müstəqil və yaradıcı mövqeyi olan çox az saylı ölkələrdən biridir.
Azərbaycan xalqının vahid bir amalı uğrunda apardığımız Vətən müharibəsindən tam qalib çixmağımızdır. İşğal olunmuş torpaqlarımızın Müzzəfər Ali Baş Komandanım İlham Əliyevin rəhbərliyi ilə erməni faşizminin tapdağından olunması, milli qürurumuzun dirçəlməsi, xalqın başının ucaldılması ilə nəticələndi.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Yeni Azərbaycan Partiyasının VII qurultayı partiyamızın inkişafında yeni mərhələnin başlanğıcı idi

Yeni Azərbaycan Partiyasının VII qurultayı həm ölkəmiz, həm də partiyamız üçün əlamətdar və mühüm ictimai-siyasi hadisə idi. Çünki YAP cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirən ümumxalq partiyasıdır və ölkə daxilində ictimai-siyasi münasibətlərin inkişafında, həmçinin Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvədir.
Təbii ki, Yeni Azərbaycan Partiyası da öz fəaliyyətini zamanın tələblərinə və çağırışlarına uyğun formalaşdıran xalq partiyasıdır. Ona görə də bütün bu və digər amillər yeni mərhələnin əsasını qoyduğu üçün Yeni Azərbayca Partiyasının da növbəti qurultayını zəruri edən faktorlar olub. YAP yeni dönəmdə də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək ölkəmizin dinamik inkişafına öz müstəsna töhfəsini verəcək.
Bəli, Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edilmişdir. Partiyanın yeni Nizamnaməsi təsdiq edilmiş, YAP-ın İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxılmışdır. Yeri gəlmişkən, dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə bizə göstərilən etimada görə dərin təşəkkümüzü bildirir və qeyd etmək istəyirəm ki, bu etimadı layiqincə doğrultmağa çalışacağıq.
Partiyanın Nizamnaməsinin qəbul olunmasından xeyli müddət keçmişdi. Həmin dövr ərzində Yeni Azərbaycan Partiyası çox mühüm nailiyyətlərə və irəliləyişlərə imza atıb. Eyni zamanda, yeni islahatlar və dəyişikliklər çərçivəsində  partiyanın idarə olunmasında, partiya fəaliyyətinin tənzimlənməsində müvafiq addımların atılması zərurəti yaranmışdı. Bütün bu məsələlər YAP-ın VII qurultayında təsdiq edilən yeni nizamnamədə öz əksini tapıb. Bütövlükdə, sözügedən addımlar partiya həyatında daha çevik və effektiv idarəetmə mexanizminin formalaşdırılması baxımından böyük əhəmiyyətə malikdir.

Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Yeni Azərbaycan Partiyasında gənclər də fəal şəkildə təmsil olunur

Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevin qurultayda  çıxışı zamanı toxunduğu məqamlardan biri də ölkəmizdə həyata keçirilən gənclər siyasəti, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi, Vətən müharibəsi zamanı Azərbaycan gənclərinin şücaəti, milli-mədəni köklərə bağlı gəncliyin formalaşmasının ölkəmiz üçün əhəmiyyətinin vacibliyi oldu. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi Ulu Öndər Heydər Əliyevin də daim diqqət göstərdiyi məqamlardan biri idi. Prezident İlham Əliyev də Azərbaycanda hər zaman gənclər siyasətinə xüsusi diqqət göstərib, nəticədə uğurlu bir gənclər siyasəti modeli yaranıb. Bu gün ölkəmizdə gənclər siyasəti sahəsində fəaliyyət göstərən bir sıra dövlət müəssisələri mövcuddur. Gənclər üçün kifayət qədər geniş imkanlar yaradılıb. Prezident İlham Əliyevin başlatdığı yeni islahatlar dalğasında da gənclər prosesin mərkəzindədirlər.
Bu gün gənclər kifayət qədər yüksək postlarda təmsil olunurlar. Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, YAP-ın yeni formalaşan İdarə Heyətində də kifayət qədər gənc təmsil olunub. Vətən müharibəsi zamanı Azərbaycan gənclərinin xüsusi şücaətinə toxunan dövlətimizin başçısı bundan sonrakı dövrdə də vətənimizin daha da inkişafı üçün gənclərimizin üzərinə böyük yük düşdüyünü qeyd edib. Vətən müharibəsi zamanı şücaət göstərən gənclər məhz Prezident İlham Əliyevin hakimiyyəti illərində yetişən gənclik olub. Burada Ulu Öndər Heydər Əliyevin “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” kəlamı yada düşür. Azərbaycan gəncliyi Prezident İlham Əliyevin hakimiyyəti dövründə dövlətimizin başçısının fəaliyyətinin bütün istiqamətlərində ən önə çıxan anlayışın Vətən sevgisini olduğunu gördü, belə yetişdi.
Prezident İlham Əliyev həmçinin Qarabağın bərpasında, Böyük Qayıdışın icrası zamanı partiyanın gənclərinin də fəal şəkildə iştirak etməli olduğunu xüsusilə vurğuladı. Düşünürəm ki, ətrafında kifayət qədər böyük gənclər ordusu toplayan Yeni Azərbaycan Partiyası bütün bu proseslərdə yaxından iştirak edəcək və üzərinə düşən missiyanı layiqincə yerinə yetirəcək. Bütövlükdə, hesab edirəm ki, bundan sonrakı dövrdə də partiya fəaliyyətini müasir dövrün tələblərinə uyğun quracaq, daha böyük uğurlar qazanacaq.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

YAP-ın VII qurultayı Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu

Azərbaycan dünyada islahatçı ölkə kimi tanınır. Xüsusilə də, Prezident İlham cənab Əliyevin rəhbərliyi ilə son illər bütün sahələri əhatə edən genişmiqyaslı islahatlara start verilib. Yeni Azərbaycan Partiyası da bu prosesdən kənarda qalmayıb. Bu baxımdan, partiyanın bir il əvvəl – 5 mart 2021-ci il tarixdə keçirilmiş VII qurultayında qəbul edilmiş qərarlar və ondan sonra həyata keçirilən tədbirlər diqqəti cəlb edir. Azərbaycan dünyanın mötəbər araşdırma mərkəzlərinin tədqiqatlarında və nüfuzlu reytinq təşkilatlarının hesabatlarında islahatçı ölkə kimi dəyərləndirilir. Təbii ki, ayrı-ayrı sahələrin inkişafını və bütövlükdə milli tərəqqini təmin edən islahatlar kursu dövlətimizin gücünün artmasını, yeniləşməni və müasirləşməni təmin edən çox mühüm amillərdən biridir. Bu strateji kurs müasir çağırışlara, milli maraqlara və ictimai-siyasi münasibətlərin mahiyyətinə, xarakterinə tam adekvatdır. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar kompleks xarakter daşıyır, ardıcıl və məqsədyönlüdür. Dövlət başçısının islahatlar kursu Azərbaycanın bugünkü inkişafını təmin, gələcək strateji hədəflərinin gerçəkləşməsini isə mümkün edən faktorlardandır.
Ümumiyyətlə, yeni nəsil islahatlar kursunun və milli inkişafın Azərbaycan modelinin müəllifi olan Prezident cənab İlham Əliyev dünyada innovativ baxışlara, kreativ siyasi düşüncəyə malik, modern idarəetmə sistemi yaradan lider kimi tanınır. Dövlət başçısının siyasətinin proqressiv nəticələri özünü bütün sahələrin inkişafına nail olunmasında göstərir. Sistemli və çoxşaxəli səciyyə daşıyan kadr və struktur islahatları idarəetmənin səmərəliliyi və çevikliyinin artmasını təmin etməklə yanaşı, vətəndaş məmnunluğuna, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsinə xidmət göstərir. Bu XXI əsrin üçüncü onilliyinə Azərbaycanın müasir tendensiyalara və siyasi trendlərə cavab verən suveren ölkə kimi irəliləməsini – milli hədəfləri reallaşdırmasını təmin edir.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru

 

Ölkənin vətənpərvər, intellektual ehtiyatı olan yeni gənc nəsil nümayəndələrini özündə birləşdirən siyasi partiya

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli birliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsi, Böyük Qayıdışın – layiqli və dayanıqlı məskunlaşmanın həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və digər milli məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib. Təbii ki, hakim və alternativsiz siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının da bu istiqamətdə üzərinə mühüm vəzifələr və ictimai-siyasi məsuliyyət düşür. Qeyd etdiyiniz kimi, bir il əvvəl – 5 mart 2021-ci il tarixdə islahatlar kursunun tərkib hissəsi kimi və yeni dövrdə milli vəzifələrin reallaşdırılması zərurəti ilə əlaqədar partiyamızın VII qurultayı keçirilib.
Ümumiyyətlə, tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda keçirilmiş YAP-ın VII qurultayı partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoyub. Qurultayda qəbul edilən qərarlar partiyamızın inkişafı və müasir çağırışlara cavab verməsi – ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsi üçün olduqca əhəmiyyətlidir. Bunlarla yanaşı, YAP-ın İdarə Heyətinin, Təftiş Komissiyasının, Gənclər Birliyinin yenidən formalaşdırılması, Veteranlar Şurasının təsis edilməsi də partiya idarəetməsində yeni mərhələnin başlanmasıdır. Digər tərəfdən, 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi partiyamızın yüksək nüfuzunun, inam və etimad ünvanı olmasının daha bir nümunəsi – əyani ifadəsidir. Bu fakt həm də siyasi birlik və milli həmrəylik örnəyi, yeni siyasi mədəniyyət nümunəsi kimi diqqətəlayiqdir.

Kəmalə Əliyeva-Əlibəyli kənd tam orta məktəbin direktoru

 

Yeni idarəetmə modelini özündə ehtiva edən YAP.

Yeni Azərbaycan Partiyasının VII qurultaydan sonra Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edilmişdir. Sirr deyil ki, Mehriban xanım Əliyevanın milli inkişafa xidmət edən çoxşaxəli fəaliyyətinin mühüm tərəflərindən birini Yeni Azərbaycan Partiyasının Sədrinin müavini statusunda gördüyü işlər təşkil edir. Bu, dövlətçilik maraqlarının qorunması və milli həmrəyliyin gücləndirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Reallıqlar deməyə əsas verir ki, Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci müavini kimi fəaliyyəti bundan sonra da qurucusu Ümummilli Liderimiz Heydər Əliyev olan YAP-ın yeni nailiyyətlər əldə edərək öz nüfuzunu daha da artırması, Azərbaycanın sürətli və hərtərəfli inkişafına davamlı töhfə verməsi baxımından əlamətdar olacaq.
Bütövlükdə isə, qurultayda partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş, eləcə də strateji prioritetlərdən irəli gələn vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə yeni imkanlar, dayanıqlı, etibarlı və möhkəm zəmin yaradacaqdır. YAP-ın VII qurultayında müəyyən olunmuş əsas vəzifələrdən biri də partiya strukturunun yenilənməsi və fəaliyyətin səmərəliliyinin artırılması üçün təşkilati işlərin həyata keçirilməsi oldu. Partiyamızda təşkilatlanma prosesi müxtəlif istiqamətlər üzrə aparılır. İlk növbədə qarşıda duran vəzifələrə uyğun olaraq YAP-ın fəaliyyətinin institusional əsaslarının gücləndirilməsi, normativ hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülür. Yeni Azərbaycan Partiyasında uçot sisteminin təkmilləşdirilməsi üçün müvafiq addımlar atılıb və bu istiqamətdə iş davam etdirilir. Partiyada bütün üzvlərin fərdi uçot sisteminin müasir standartlara, informasiya-kommunikasiya texnologiyalarının bugünkü inkişaf mərhələsinə uyğun qurulmasına nail olunacaq.

Famil Abbasov –Vətən müharibəsi iştirakçsı

 

Müasir dövrün bütün tələb və çağırışlarına cavab verən partiyanın yeni Nizamnaməsi

Yeni Azərbaycan Partiyasının VII qurultaydan ötən zaman müddətində YAP İdarə Heyətinin bir sıra iclasları keçirilib və təşkilatlanma, kadr və struktur dəyişiklikləri baxımından mühüm qərarlar qəbul olunub. 2021-ci il sentyabr ayının 10-da keçirilmiş YAP İdarə Heyətinin iclasında partiyanın Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatının və yerli təşkilatlarının əsasnamələrinin təsdiq edilməsi haqqında məsələyə baxılıb, hər bir əsasnamə ayrı-ayrılıqda müzakirəyə çıxarılaraq təsdiq olunub. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə əsasən partiyanın yerli təşkilatları yeni prinsiplər əsasında formalaşdırılmalıdır. Yeni Nizamnaməyə əsasən partiya strukturunda vəzifə tutan şəxs digər vəzifə daşıya bilməz. Bütün bu tələblərdən irəli gələrək YAP-ın yerli təşkilat aparatlarının yenidən formalaşdırılmasına ehtiyac yaranmışdı Bununla yanaşı, İdarə Heyətinin 28 yanvar tarixdə keçirilmiş iclasının müzakirəsinə 2 məsələ – Yeni Azərbaycan Partiyasının Proqramının təsdiq edilməsi və Yeni Azərbaycan Partiyasında üzvlük haqlarının məbləği və ödənilməsi qaydasının təsdiq edilməsi məsələləri çıxarılıb, hər iki sənəd müzakirələrdən sonra yekdilliklə təsdiq edilib.
Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyamızın Sədri cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının yeni proqramının hazırlanması barədə tapşırıq və tövsiyələrini vermişdi. Bu tövsiyələrdən irəli gələrək yaradılmış işçi qrupu tərəfindən proqram üzərində işlərə başlanılmışdı. Ötən müddət ərzində sənədin layihəsi işçi qaydada dəfələrlə geniş tərkibdə müzakirə olunmuş, partiyamızın Sədri cənab İlham Əliyevin tövsiyələri əsasında təkmilləşdirilmişdi. Qeyd etmək istəyirəm ki, 1992-ci ildə təsis konfransında qəbul olunmuş və 1999-cu ildə keçirilmiş I qurultayda yenilənmiş, partiyamızın yaradıcısı Ulu öndər Heydər Əliyevin müəllifi olduğu proqramda ideoloji prinsiplər, o cümlədən sosial-iqtisadi tərəqqi, əhalinin rifah halının yüksəldilməsi, sosial ədalətin bərqərar olunması, vətəndaş həmrəyliyi, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi əsas hədəflər sırasında olub. Ötən illər ərzində qarşıya qoyulmuş bu vəzifələr yüksək səviyyədə icra edilib. Qürur hissi ilə vurğulamaq lazımdır ki, partiyamızın proqramı Azərbaycan xalqını və dövlətini qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə çatdırıb. Yeni proqram isə, əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təməl prinsipləri dayanmaqla, Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərini müəyyən edən sənəddir.
5 fəsildən ibarət olan proqramda regionda yeni reallıqlar yaradan Azərbaycanın qarşısında dayanan yeni hədəflər əksini tapıb.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki