image-qanunla-reklam
image-633549e371f0c633549e371f0d1664436707633549e371f08633549e371f0a

Milli dövlətçilik modelinin yaranması Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə gerçəkləşmişdir

image-lady-day-az

Milli dövlətçilik modelinin yaranması Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə gerçəkləşmişdir

Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan fenomendir. Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyini və milli birliyini təmin edərək onu qorumaq imkanlarına malik olmuşdur.

Bu böyük insanın bütün fəaliyyəti, bu fəaliyyətin hər səhifəsi, hər mərhələsi dövr və zəmanəmizi ifadə edən əzəmətli bir abidədir. Onun keçdiyi yol isə zəngin bir həyat ensiklopediyasıdır. Heydər Əliyev təkcə öz ömrünün, bir insan həyatının müdriklik zirvəsində deyil, bütöv bir xalqın tarixinin yüksək zirvəsindədir.

Həyatı daim xalq və haqq yolunda mübarizədə keçən Heydər Əliyev məhz fitri istedadı, yüksək intellekti, fenomenal yaddaşı, rəhbərlik məharəti, cəsarəti, mərdliyi, güclü iradəsi, idarəçilik mədəniyyəti, böyük həyat və dövlətçilik təcrübəsi ilə bütün çətinliklərin öhdəsindən ləyaqətlə gəlmiş, Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etmiş, ölkəmizi iqtisadi tənəzzüldən inkişaf və tərəqqi yoluna çıxarmışdır.

Azərbaycan xalqının tarixən formalaşmış ənənələri əsasında milli dövlətçilik modelinin yaranması, möhkəmləndirilməsi və ən başlıcası, qorunub saxlanılması yalnız XX əsrin sonlarına doğru – Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə gerçəkləşmişdir. Bu dövrdən etibarən quruculuq missiyasını cəsarətlə öz üzərinə götürən tarixi şəxsiyyətin xalq təsərrüfatının bütün sahələrində, eləcə də elm və təhsildə apardığı nəhəng islahatlar gələcək uğurlar üçün geniş zəmin və şərait yaratmışdır. Bu gün biz fəxrlə, böyük qürur hissi ilə deyirik ki, memarı Heydər Əliyevin olduğu milli dövlətçilik bizim ən böyük sərvətimizdir. Xalqımızın əbədi lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev təkcə XX əsrin deyil, ümumiyyətlə, Azərbaycan tarixinin yetirdiyi ən böyük dahi şəxsiyyətdir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Ulu Öndər SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürmüş, bir sıra sənaye və istehsal müəssisələrinin respublikamızda inşasına nail olmuşdur

Böyük strateq Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızın inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik nemətinə qovuşacaq Azərbaycanın sabahına hesablanmış digər məqsədyönlü addımları ilə özünün Ümummilli Lider obrazını yaratmışdır. Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda Ulu Öndərin respublikaya rəhbərliyinin ilk dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad etmişdir. Bu baxımdan Azərbaycan xalqının müstəqil dövlətdə yaşamaq idealının real, dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndərin islahatlar yolu ilə Azərbaycanın milli iqtisadiyyatının formalaşdırılması siyasəti hələ Sovet İttifaqı zamanında – 1969-cu ildən Heydər Əliyevin respublikamıza rəhbərliyi ilə başlanan böyük tarixi missiyanın əsas istiqamətlərindən idi. O zaman Azərbaycan Sovet İttifaqının tərkibində olsa da, Ümummilli Liderin milli məfkurəyə əsaslanan siyasəti sayəsində sürətli inkişaf yolu keçmiş, bütün sahələr üzrə iqtisadi quruculuğa və yüksək göstəricilərə nail olunmuşdur. Heydər Əliyev gələcəyə hesablanmış müdrik siyasət yürüdərək Sovet İttifaqı tərkibində müxtəlif əngəllərə baxmayaraq, milli iqtisadiyyatımızı formalaşdırmağa, inkişaf etdirməyə və ittifaq tərkibində ən öncül yerlərdən birinə yüksəltməyə, güclü iqtisadi baza və infrastruktur, eləcə də bu sahədə güclü milli kadr potensialı yaratmağa nail olmuşdur.
Ulu Öndər bu reallığı da yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini onun iqtisadi azadlığı şərtləndirir. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə iqtisadi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Azərbaycanın keçid dövrünü başa vuraraq dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən qüdrətli dövlətə çevrilməsinin hazırkı möhkəm təməli də Heydər Əliyevin respublikaya ilk rəhbərliyi dövründə formalaşdırdığı güclü iqtisadi bünövrəyə söykənir. Ulu Öndər ölkənin gələcəyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürmüş, strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin respublikamızda inşasına nail olmuşdur. Böyük strateqin həmin illərdə Bakı Məişət Kondisionerləri və Dərin Özüllər zavodlarının tikintisi ilə bağlı nümayiş etdirdiyi qətiyyət, prinsipiallıq bunu bir daha təsdiqləyir.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

Ağır iqtisadi  və sosial  şəraitdə respublikada  rəhbərliyə  gələn  Heydər  Əliyev çox  qısa zaman  kəsiyində  bütün əsas göstəricilər üzrə Azərbaycanın  keçmiş SSRİ-də  öncül mövqelərə çıxmasını  təmin etmişdir

Ulu Öndərin məqsədyönlü iqtisadi siyasəti xammal və kənd təsərrüfatı respublikası olan Azərbaycanın qabaqcıl sənaye regionuna çevrilməsi, aqrar sahədə irəliləyişlərə və yüksək göstəricilərə nail olunması, yeni sənaye müəssisələrinin və istehsal sahələrinin yaradılması, qabaqcıl texnologiyaların tətbiqi və s. amillərə görə ittifaq miqyasında uğurlarla fərqlənməsi ilə nəticələndi.

XX əsrin 70-ci illərinin  əvvəllərinədək  Azərbaycanın  iqtisadi  və  sosial  inkişafında  həll olunmamış çoxlu problemlər mövcud olmuş, respublikanın malik  olduğu iqtisadi, elmi-texniki və  humanitar potensialdan  tam dolğun və səmərəli  şəkildə  istifadə edilməmiş, bu isə istər-istəməz sosial-iqtisadi  inkişafın ümumi səviyyəsinin ovaxtkı orta ittifaq  göstəricilərindən aşağı olması ilə nəticələnmişdir. Ağır iqtisadi  və sosial  şəraitdə respublikada  rəhbərliyə  gələn  Heydər  Əliyev  həmin  vaxt  üçün  mövcud olan vəziyyəti uzaqgörənliklə düzgün  qiymətləndirmiş,  iqtisadiyyatda, sosial-mədəni  və  mənəvi sahələrdə əsaslı dəyişikliklərin həyata keçirilməsini, iqtisadiyyatın təşkili və inkişafı sahəsində dönüş  yaradılmasını  başlıca  vəzifə kimi  müəyyənləşdirərək çox  qısa zaman  kəsiyində  bütün əsas göstəricilər üzrə Azərbaycanın  keçmiş SSRİ-də  öncül mövqelərə çıxmasını  təmin etmişdir. Bu uğurun təzahürü kimi  iqtisadiyyatın maddi-texniki bazasının  və maliyyə təminatının möhkəmləndirilməsi və buna rəvac verən iqtisadi  proseslərin dinamik  inkişafının  təmin  edilməsi  son  dərəcə gərgin və  ardıcıl  işin,  düzgün və  səmərəli  idarəetmənin  nəticəsi kimi  meydana  çıxmışdır.

Maddi istehsalın bütün sahələrində, xüsusən sənayedə, kənd təsərrüfatında, tikintidə   aparılan dərin struktur-keyfiyyət dəyişiklikləri iqtisadiyyatda nəzərəçarpacaq  yüksəlişin əldə olunmasına zəmin yaratmışdır. Nəticədə 1970-ci  illə müqayisədə  1982-ci  ildə  məcmu  ictimai məhsul  2,3, milli gəlir  istehsalı  2,3, bütün  sənaye  məhsulları istehsalı 2,2, kənd təsərrüfatı  məhsulları istehsalı 2,2, o cümlədən  bitkiçilik  məhsulları  istehsalı 2,6,  heyvandarlıq  məhsulları istehsalı 1,6, əsaslı  vəsait  qoyuluşu  1,8, xalq  təsərrüfatı üzrə mənfəət,  müqayisəli  qiymətlərlə 2,7, adambaşına  real  gəlir  1,5, fəhlə və  qulluqçuların  orta aylıq əməkhaqqı 1,4 dəfə  artmışdır. Bu dövr ərzində  adambaşına   milli  gəlirin artım  sürəti 1961-1970-ci  illərdəkinə  nisbətən  2,7 dəfə,  sosial sığorta  və  sosial  təminat 2 dəfədən də  çox, pərakəndə  ticarət  dövriyyəsi 79  faiz,  mənzil tikintisinin  həcmi  şəhər yerlərində  13,4  milyon  kvadratmetr  artmış, 220-dən  çox yeni sənaye müəssisəsi, kənd  yerlərində  ümumi  sahəsi  4,8 milyon  kvadratmetr  olan  yaşayış evləri, çoxsaylı  məktəb,  məktəbəqədər  uşaq  tərbiyə  müəssisəsi  tikilib  istifadəyə   verilmişdir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

Ümummilli Liderin rəhbərliyi illərində paytaxt və regionlarda yüzlərlə infrastruktur obyektləri yaradılmışdır

1969-1982-ci illərdə Azərbaycanda elektron maşınqayırması, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı və digər mütərəqqi sahələr, 1971-1985-ci illərdə isə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılmışdır. Həmin illərdə yaradılmış modern neft-kimya sənayesi Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm rol oynamışdır. Azərbaycan neft məhsulları və avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, məişət kondisionerləri, mineral gübrələr, xalça və digər istehsal sahələri üzrə Sovet İttifaqında aparıcı respublikalardan biri olmuşdur. Respublikada infrastrukturun yenilənməsinə böyük diqqət yetirən Ümummilli Liderin rəhbərliyi illərində paytaxt və regionlarda yüzlərlə yaşayış binası, mehmanxana, iqtisadi inkişafda önəm kəsb edən iri istehsal kompleksləri, su anbarları, müasir yollar tikilmiş, yaşıllıq zonaları, istirahət ocaqları yaradılmışdır. Bütün bunlar – həyata keçirilən quruculuq siyasəti, yaradılmış infrastruktur, yeni sənaye sahələri, formalaşmış böyük iqtisadi potensial Azərbaycanın müstəqil dövlət kimi gələcək inkişafında mühüm rol oynamışdır.
1993-cü  ilin  iyununda  xalqın təkidli  tələbi ilə Azərbaycanda siyasi rəhbərliyə qayıdan Heydər Əliyev yeni tarixi  şəraitdə  iki  mühüm vəzifənin – müstəqil  dövlətimizin  məhv olmaq  təhlükəsinin  aradan  qaldırılması, yəni dövlət  müstəqilliyimizin  qorunub  saxlanması və demokratik  dövlət  quruculuğunun  həyata  keçirilməsi  vəzifələrinin həlli  istiqamətində işlərə  başladı. Onun gərgin əməyi, səriştəsi,  böyük  təşkilatçılıq qabiliyyəti, uzaqgörən daxili və xarici siyasəti nəticəsində  tarixən  qısa zaman kəsiyində dövlət  müstəqilliyimizin  dönməz  xarakter alması təmin olundu, demokratik  hüquqi  dövlət  quruculuğunun  möhkəm təməli  qoyuldu, siyasi, bunun ardınca isə makroiqtisadi sabitlik bərqərar olundu. Sosial-siyasi vəziyyətin ağır olmasına baxmayaraq, Prezident Heydər Əliyev tərəfindən nəticəsi sonralar bilinəcək tədbirlər görülməyə  başlandı. Ulu Öndər Heydər Əliyevin Vətəni sevən hər bir azərbaycanlının ürəyində ümid çırağı yandıran “Biz Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik” sözlərini bütün xalq bir çağırış kimi qəbul etdi. “Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram” kəlamı xalqın yaddaşında əbədi həkk olundu. Azərbaycan xalqının özünün xilaskarını ikinci dəfə hakimiyyətə dəvət etdiyi dövrdə – XX əsrin son onilliyində isə Ümummilli Lideri inkişaf etmiş sənaye ölkəsi deyil, siyasi cəhətdən qarışıq, iqtisadi cəhətdən çökmüş, hərbi cəhətdən məğlub bir ölkə, işğal xəbərlərindən və daxili çəkişmələrdən yorulan xalq gözləyirdi. Amma bunlar onu çəkindirmədi və vəziyyəti dəyişmək üçün doğru hesab etdiyi hər addımda qətiyyət nümayiş etdirdi.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi ilə müstəqil Azərbaycanın iqtisadi tərəqqisinin dayaq sütunlarını müəyyən edən milli inkişaf doktrinası hazırlandı

Müstəqilliyin ilk illərində Azərbaycanın qarşısında duran ən mühüm və strateji əhəmiyyətli vəzifələrdən biri iqtisadi tənəzzülün və böhran meyillərin qarşısını almaq, maliyyə sabitliyini təmin edərək əhalinin sosial rifahını yaxşılaşdırmaq idi. Buna isə yalnız uzaqgörən, zəngin təcrübəyə, çoxtərəfli biliyə və vətənpərvər, öz fəaliyyətində milli maraqlara söykənən liderin siyasəti sayəsində nail olmaq mümkün idi. Məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl iqtisadi strategiya qarşıya qoyulan hədəflərə çatmağa, sosial-iqtisadi dirçəlişə nail olmağa imkan verdi. Bildiyimiz kimi, hər dövlətin sosial siyasəti onun iqtisadiyyatının inkişafı və dövlət idarəçiliyinin ədalətliliyi ilə qiymətləndirilir. Bu mənada Heydər Əliyev ölkəmizdə humanist və ədalətli sosial siyasətin yürüdülməsi üçün ən qısa zamanda iqtisadi sahədə sabit dövlət siyasəti formalaşdırmağa nail oldu. Bu haqda onun özü demişdir: “Mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Məqsədimiz güclü iqtisadiyyatımızı qurmaqla, ədalətli və humanist sosial siyasətə nail olmaqdır. Məhz bu, dövlət siyasətimizin əsas prinsipləridir”.

Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi ilə müstəqil Azərbaycanın iqtisadi tərəqqisinin dayaq sütunlarını müəyyən edən milli inkişaf doktrinası hazırlandı. Bu mükəmməl inkişaf modelinin reallaşdırılması dövlət suverenliyini bərpa edən Azərbaycanda demokratik dövlət quruculuğu və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılmasına və sıçrayışlı inkişafın təmin olunmasına, kompleks islahatların həyata keçirilməsinə möhkəm əsas yaratdı.
Hələ 1994-cü il iyunun 21-də respublika iqtisadiyyatının və digər sahələrin cari məsələlərinə həsr olunmuş müşavirədəki yekun nitqində Ulu Öndər demişdi: “Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir”.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

Heydər Əliyevin birbaşa göstərişi ilə müvafiq dövlət orqanları tərəfindən təcili olaraq hökumətin iqtisadi proqramı işlənib hazırlanmış və həyata  keçirilməyə  başlanmışdır

Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın neft sahəsində qazandığı uğurdur. Azərbaycanın yeni neft strategiyasının zirvə sənədi – “Əsrin müqaviləsi” 1994-cü il sentyabrın 20-də imzalanmışdır. Bu müqavilənin hər cəhətdən əsaslandırılmış, milli və  dövlətçilik maraqlarımıza tam uyğun  bir tərzdə işlənib hazırlanmasında  İlham Əliyevin də əməyi az olmamışdır. Xarici tərəfdaşlarla aparılmış çoxsaylı danışıqlar, məsləhətləşmə və görüşlər zamanı İlham Əliyevin qətiyyəti və səriştəliliyi Azərbaycan dövlətinin maraqlarını mövcud geosiyasi reallıqlarla uzlaşdırmaqla gələcək konsorsiumun tərkibini, hasilatın pay bölgüsündə tərəflərin iştirak payını qəti şəkildə müəyyənləşdirməyə imkan yaratmışdır.

Ümumiyyətlə, Heydər Əliyevin iqtisadi baxışlarında bir-birini tamamlayan iki məqam nəzərə çarpır: a) iqtisadiyyatın bütün sahələrində islahatlar  aparmaq və bu  islahatlar vasitəsilə ölkə iqtisadiyyatını inkişaf etdirmək; b) mövcud iqtisadi potensialdan istifadənin səmərəsini təxirə salmadan yüksəltmək, onun dağılmasına yol verməmək və bu potensialın bütün Azərbaycan  xalqının sərvəti kimi respublikamızın vətəndaşlarının, əhalinin bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına  yönəltmək. Müstəqillik  şəraitində heç kimə ümid olmadan iqtisadiyyatımızı düzgün inkişaf etdirməyi, öz sərvətlərimizdən səmərəli istifadə etməklə dövlətçiliyimizi möhkəmləndirməyi, özü də  təkcə siyasi-mənəvi  deyil, həm də  maddi nəticələr əldə  etməklə insanların həyat səviyyəsini yaxşılaşdırmağı əsas şərt sayan Heydər Əliyev  deyirdi: “Müstəqillik  ona  görədir ki, biz öz taleyimizin  sahibi olaq, öz  sərvətlərimizin sahibi olaq və bu sərvətlərdən istifadə edərək xalqımız daha yaxşı yaşasın”.

Heydər Əliyevin birbaşa göstərişi ilə müvafiq dövlət orqanları tərəfindən təcili olaraq hökumətin iqtisadi proqramı işlənib hazırlanmış və həyata  keçirilməyə  başlanmışdır. 1995-1996-cı illər ərzində  makroiqtisadi  sabitliyin təmin olunması və iqtisadiyyatda struktur dəyişikliklərinin aparılması tədbirlərini nəzərdə tutan iki hökumət proqramı uğurla icra olunmuşdur. Başqa sözlə, Azərbaycanda Heydər Əliyevin  rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər əvvəllər baş alıb gedən  özbaşınalıqlara  və  xaosa son qoymuş, sonra ictimai-siyasi sabitlik təmin edilmiş, ölkənin hərtərəfli  sosial-iqtisadi inkişafı  və beynəlxalq  iqtisadi sistemə  inteqrasiyası üçün əlverişli şərait yaradılmışdır. 1995-ci ildən başlayaraq ardıcıl surətdə aparılan düşünülmüş, bir sıra məqamlarda isə hətta  radikal xarakterli islahatlar nəticəsində iqtisadiyyatın inkişafında ciddi irəliləyiş əldə edilmiş, əksər sahələrdə, xüsusilə makroiqtisadi göstəricilərin artımında yüksək nəticələrə nail olunmuş, bazar münasibətlərinin  dərinləşməsində  və iqtisadi  potensialın formalaşmasında  həlledici  rol oynayan azad sahibkarlığın təməli qoyulmuş və özəl bölmənin,  vətəndaş təşəbbüskarlığının inkişafında əhəmiyyətli  uğurlar qazanılmışdır. Həmçinin əhalinin  rifah halının yaxşılaşdırılması, cəmiyyətin sosial müdafiəyə ehtiyacı olan üzvlərinə dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılmışdır.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edi

Böyük tarixi əhəmiyyət kəsb edən, transmilli infrastruktur layihələri olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu dövlətimizin iqtisadi qüdrətini artırmış, geosiyasi mövqeyini xeyli möhkəmləndirmişdir.              Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir. Fəaliyyətə başladığı ilk gündən xalq qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan cənab İlham Əliyev “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm” söyləmiş və vədini real işlərlə doğrultmuşdur. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı dövrün tələblərinə uyğun daha da zənginləşdirən Prezident İlham Əliyev inkişafın Azərbaycan modelini yaratmışdır. Bu model beynəlxalq aləmdə böyük maraq doğurur və əksər ölkələr üçün örnəyə çevrilir. Hamının marağına səbəb olan inkişafın, dövlətçiliyin Azərbaycan modeli özündə bir sıra mühüm prioritetləri birləşdirir. Bu prioritetlər ictimai-siyasi sabitlik və təhlükəsizlik, balanslaşdırılmış xarici və daxili siyasət, hüquqi dövlət quruculuğu, çevik idarəetmə mexanizminin tətbiqi və təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafıdır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Regionda bütün transmilli layihələrin mərkəzində məhz Azərbaycan dayanır.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əməlləri tarix ötdükcə daha möhtəşəm görünür və daha dərindən dərk olunur. Prezident İlham Əliyev: “Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir”.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Ulu öndər Heydər Əliyev: İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir

Tarixin müxtəlif dövrlərində çətin sınaqlardan çıxan Azərbaycan artıq müstəqil dövlət olaraq beynəlxalq aləmdə öz yerini tutub, siyasi-iqtisadi mövqeyini möhkəmləndirib. Təbii ki, Azərbaycanın bu günə gəlib çatmasında ümummilli lider Heydər Əliyevin böyük rolunu xüsusi vurğulamaq lazımdır. O hələ sovetlər dönəmində ölkəmizə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi uğurlu siyasət Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edib.

XX əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqillik əldə edən Azərbaycan siyasi böhran, iqtisadi tənəzzül dövrünü yaşayırdı. Həyatın bütün sahələri kimi iqtisadiyyat da tamamilə çökmüşdü. Lakin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Əvvəlcə ictimai-siyasi sabitlik təmin edilib. Bundan sonra iqtisadi inkişafı təmin etmək məqsədilə sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılıb, mükəmməl qanunvericilik bazasının formalaşdırılmasına start verilib. İlk olaraq ölkə Prezidenti tərəfindən 17 iyun 1996-cı il tarixli “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” Fərman imzalanıb. Bununla da iqtisadiyyatın, sahibkarlığın inkişafına mane olan əsassız amillər aradan qaldırılıb. Ümumiyyətlə Ulu Öndərin təşəbbüsü ilə sahibkarlığın inkişafına dair 1993-1995-ci və 1997-2000-ci illəri əhatə edən dövlət proqramları qəbul və uğurla icra edilib.

Ulu öndər Heydər Əliyev mütəmadi olaraq sahibkarların fəaliyyəti ilə maraqlanır, onları narahat edən problemlərin aradan qaldırılmasını təmin edirdi. Ümummilli Liderin “Bilin ki, Azərbaycan Prezidenti bütün sahibkarların himayədarıdır və dayağıdır” sözləri onun sahibkarlara nə qədər diqqət və qayğı ilə yanaşdığını nümayiş etdirirdi. 2002 -ci il aprelin 25-də sahibkarlarla görüşdə Ulu Öndər bildirmişdi ki, ölkədə böyük sahibkarlar təbəqəsi yaranıb: “Sahibkarlar təbəqəsi Azərbaycan iqtisadiyyatının aparıcı bir hissəsidir. Özəlləşdirmə prosesi gedir, iqtisadiyyatın çox sahəsi özəlləşdirilibdir. Əldə etdiyimiz nailiyyətlərdə özəlləşdirmənin böyük əhəmiyyəti vardır. İqtisadiyyatın bir çox sahələrindəki nəticələr özəl sektorun hesabına əldə edilibdir. Bir daha deyirəm, özəl sektorun yaradıcıları, özəl sektorun aparıcıları sahibkarlar qrupunu, sahibkarlar təbəqəsini meydana gətirir.”

Ümummilli Lider bildirirdi ki, ölkənin sosial-iqtisadi inkişafı sahibkarların fəaliyyətindən asılıdır: “Çünki iqtisadiyyat özəlləşdirilibsə, yaxud onun böyük bir hissəsi özəlləşdirilibsə, demək, iqtisadiyyatın böyük bir hissəsi sahibkarların əlindədir və onların səmərəli işləməsi Azərbaycanın iqtisadiyyatının inkişafını təmin edən amildir. Ona görə də biz buna dövlət siyasətimizin böyük bir hissəsi kimi baxırıq.”

Ulu öndər Heydər Əliyevin qətiyyəti nəticəsində iş adamları üçün əlverişli mühit təmin edilmişdi. Ölkə rəhbərliyi daim sahibkarlara dəstək verir, yardımlarını əsirgəmirdi.

 Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 Ümummilli Liderin müəllifi olduğu yeni neft strategiyası Azərbaycanı regionun ən güclü dövlətinə çevirib

Hakimiyyətinin ilk illərində ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, müstəqilliyi təhlükə altında olan ölkənin ilk növbədə iqtisadiyyatını dirçəltmək lazımdır. Bunun üçün isə bir yol var idi. Neft-qaz sənayesini yenidən ayağa qaldırmaq. Məhz onun qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də hamıya əfsanə kimi görünən “Əsrin müqaviləsi” imzalandı, Azərbaycanı işıqlı sabahlara doğru aparan yeni neft strategiyasının icrasına başlanıldı. Neftçilər ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın uğurlarını önə çəkərək gələcəyə böyük inamla irəlilədiklərini bildirirlər. Yeni neft strategiyasının uğurlu icrası sayəsində ölkəmiz iqtisadi imkanlarını daha da artırıb, Avropanın etibarlı tərəfdaşına çevrilib.

Biz bu gün böyük qürur hissi keçiririk ki, doğma Azərbaycanımız dünya iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesində dünyanın bir çox aparıcı dövlətləri üçün bayraqdar olub və bu gün də Azərbaycan neftinin dünya şöhrəti daha da yüksəlməkdədir. Ulu öndər Heydər Əliyev dühasının bəhrəsi olan “Əsrin müqaviləsi”ndən başlayaraq dünyanın bir çox aparıcı dövlətlərinin iri şirkətləri ilə bağlanmış müqavilələr dünyanın gələcək taleyində böyük və əhəmiyyətli rol oynayan yeni neft strategiyasının əsasını qoyub. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, “Bu strategiyanın maddi və elmi təməli məhz Neft Daşları ilə qoyulmuşdur.” Biz böyük qürur hissi keçiririk ki, Azərbaycana dünya şöhrəti gətirmiş, elm, texnika, insan əməyinin bənzərsiz möcüzəsi olan Neft Daşlarında çalışırıq, əldə olunmuş nailiyyətlər estafetini davam etdirərək müstəqil dövlətimizə xidmət edirik, onun sarsılmazlığı və əbədiliyi üçün neft sahəsində böyük fədakarlıqla mübarizə aparırıq.”

Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın sükanında bu məktəbin gənc və istedadlı yetirməsi, mahir siyasətçi, Heydər Əliyev kursunun ən etibarlı davamçısı İlham Əliyev cənabları durur: “Biz neftçilər möhtərəm Prezidentimizin Neft Daşlarının 55 və 60 illik yubileylərində şəxsən iştirak etməsini, neftçilərimizlə isti və səmimi görüşlərini, təntənəli mərasimlərdə proqram xarakterli çıxışlarını yüksək dəyərləndiririk. Biz möhtərəm Prezidentimizin siyasətini, Azərbaycanın qüdrətlənməsinə yönəlmiş hər addımını dəstəkləyirik və əmin edirik ki, Ulu Öndərin böyük uzaqgörənliklə “XX əsrdən XXI əsrə atılmış bir körpü” adlandırdığı əfsanəvi Neft Daşlarının fədakar əməkçiləri neftçi və vətəndaşlıq borcunu ləyaqətlə və vicdanla yerinə yetirəcək, dövlətə və dövlətçiliyə xidmət edərək öz qəhrəmanlıq ənənələrini əzmlə davam etdirəcəklər.”

 Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

Ölkəmiz MDB məkanında torpaq islahatlarına başlayan ilk respublikadır

Müasir tariximizin ən keşməkeşli dövründə xalqın tələbi ilə ölkə rəhbərliyinə gələn dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafında əvəzsiz rolu olubdur. Bu rolun əhəmiyyətini dərk etmək üçün Ulu Öndərin 3 istiqamətdə həyata keçirdiyi siyasəti qeyd etmək kifayətdir: “Bunlardan birincisi, Azərbaycanın müstəqilliyinin qorunub-saxlanmasında açar nöqtəyə çevrilmiş neft strategiyasıdır: məhz o böyük dövlət xadiminin sayəsində 1994-cü ildə İran, Rusiya, Böyük Britaniya, ABŞ kimi bölgədə nüfuz mübarizəsinin əks qütblərində dayanan nəhəng dövlətlərin maraqları bir müqavilədə – “Əsrin müqaviləsi”ndə bacarıqla uzlaşdırıldı. Bu uzlaşma sonrakı illərdə Azərbaycanın hasilat sektorunda onlarla yeni müqavilərlərin imzalanmasını, 1995-2016-cı illərdə ölkənin neft-qaz sektoruna 68,2 milyard dollar xarici investisiyanın axmasını təmin etdi. Neft-qaz sektorunda həyata keçirilən çoxmilyardlı layihələr bu sahəyə bağlı olan və olmayan digər sahələrin də inkişafına təkan verdi.”

Ulu Öndərin Azərbaycanda makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi idarəetmədə islahatların aparılması istiqamətində atdığı mühüm addım Dünya Bankı qrupu və Beynəlxalq Valyuta Fondu ilə uğurlu əməkdaşlığın qurulmasıdır. Bu əməkdaşlıq sayəsində Azərbaycan 1990-cı illərin ortalarından etibarən iqtisadi islahatları həyata keçirmək üçün böyük ehtiyac duyduğu yüz milyonlarla dollar güzəştli kreditləri əldə edə bildi. Sonrakı mərhələdə bu qurumlar ölkə iqtisadiyyatının müxtəlif sektorlarında icra olunan layihələrə milyardlarla dollar ayırdılar.

Ümummilli Liderin uğurlu iqtisadi siyasətindən danışarkən məhz onun özünün təşəbbüsü ilə Azərbaycanda başladılan böyük özəlləşmə və torpaq islahatını qeyd etməmək mümkünsüzdür: “Ölkəmiz MDB məkanında torpaq islahatlarına başlayan ilk respublikadır. Ölkə vətəndaşları keçmiş kolxoz və sovxozların ən yararlı və münbit torpaqları ilə təmin edildilər. Bunun da nəticəsində 3,5 milyona yaxın insan torpaq mülkiyyətçisi oldu.”

Ulu Öndərin əsasını qoyduğu mükəmməl iqtisadi siyasət nəticəsində bu gün ölkəmiz “Made in Azerbaijan” brendi ilə dünya bazarlarında öz yerini tutmaqdadır. Neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektoru sürətlə inkişaf edir, ölkəmizin ixrac imkanları genişlənir.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki