Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi Həsən Həsənovun həyat yoldaşı Qəriyə xanımla görüşüb.
Qanunla.Az xəbər verir ki, Komitə sədri şəhidin xanımını dinləyib, onun qayğıları ilə maraqlanıb.
Şəhid xanımını qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edən millət vəkili vurğulayıb ki, Azərbaycan xalqı tarixi Zəfərdən sonra bayramlarını üzüağ, alnıaçıq keçirir və buna görə şəhidlərinə minnətdardır.
Qeyd edilib ki, Azərbaycan Ordusunun çavuşu Həsən Rəhim oğlu Həsənov (01.10.1990, Şirvan – 02.10.2020, Füzuli) vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, eyni zamanda “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Şəhidimizin Ömər və Camal adlı iki övladı var.
Komitə sədri şəhid xanımına Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
Görüşdə RHİM İB sədri Arzu Bağırova və “Nəfəs” İB sədri Firəngiz Balakişiyeva iştirak edib.



















