Millət vəkili Pakistanın Respublikasının milli bayramı münasibəti ilə təşkil olunmuş rəsmi qəbulda iştirak edib.
Azərbaycan -Pakistan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri kimi dost və qardaş Pakistanın Günü – qardaş ölkənin milli bayramı münasibəti ilə təşkil olunmuş rəsmi qəbulda Millət vəkili Qənirə Paşayeva iştirak edib.
Millət vəkili Qənirə Paşayeva ”Qanunla.Az”-a bildirib ki,tədbirdə Pakistandan gəlmiş millət vəkilləri həmkarlarım ilə gözəl görüşümüz oldu. Ölkələrimiz arasında güclü dostluq, qardaşlıq bağlarının olduğunu,
müxtəlif sahələrdə əlaqələrimizin ildən-ilə inkişaf etdiyini məmnunluqla vurğuladıq və əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində önəmli fikir mübadiləsi apardıq.




















