image-qanunla-reklam
image-1612185801_1612183945_ilham-4

Məsuliyyətli ölkə olaraq Azərbaycan müharibəni ləyaqətlə aparıb

image-lady-day-az

Məsuliyyətli ölkə olaraq Azərbaycan müharibəni ləyaqətlə aparıb

44 günlük Vətən müharibəsi Ermənistan ordusunun darmadağın olması ilə nəticələndi.Ölkəmizin Dağlıq Qarabağ və ətraf ərazilərində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir.Bu Şanlı Zəfərlə Dağlıq Qarabağ münaqişəsi sona çatdı. Dünya Azərbaycanın və qalib ordumuzun gücünü gördü. Yeni nəsil müharibə üsulu ilə Azərbaycanın şanlı ordusu erməni quldurlarının 30 ildir ki, əsarətdə saxladığı torpaqlarda istehkamları yarıb keçdi, addım-addım, minimum canlı qüvvə itkisi ilə qəhrəmanlarımız hər bir parça Vətən torpağında şanlı bayrağımızı dalğalandırdılar. Böyük əmək, planlanmış strategiya və ciddi əlaqələndirilmiş mərkəzi komandanlığın əzmi cəmi 44 günə düşməni diz çökdürdü.Bütün bunlara haqq savaşı aparan Azərbaycanı məcbur edən işğalçı Ermənistan idi. Azərbaycan hər zaman sülh tərəfdarı oldu, elə buna görə də 30 il səbrlə gözlədi. Əvəzində Ermənistan isə bütün dünyaya göstərdi ki, nə qədər təhlükəli bir düşməndir, istənilən vaxt separatçı meyllərə dəstək olub başqalarının torpağında müharibələr yarada bilər. Yəni münaqişə həvəskarlarıdırlar.Ümumiyyətlə rəsmi İrəvanın bu illər ərzində niyyəti münaqişənin dondurulması olub, Ermənistan problemin həllini istəməyib.Bununla bağlı ölkə başçısı Cənab İlham Əliyev də çıxışlarında xüsusi olaraq vurğulayıb ki, əraziləri azad etdikdən sonra gördüklərimiz göstərir ki, onlar münaqişənin həllinin olmaması üçün hər şey ediblər. Ermənilər nəhəng istehkamları, müdafiə xətlərini tikmək, milyonlarla dollarlıq vəsait cəlb etməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyirdilər. Amma bacarmadılar.Artıq indi ortada qalib Azərbaycan ordusu, məğlub erməni ordusu və bir də azad edilmiş torpaqlar var. Bu gün dünya da anlayır ki, rəsmi İrəvan hərbi cinayətkardır. Təəssüf ki, Ermənistan Birinci Qarabağ savaşında da müharibə cinayətləri törətməyi bacardı. Lakin o vaxt informasiya mühiti fərqli idi deyə, bu cinayətlər dünyada elə də ictimailəşmədi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatmadı. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə biliblər.Amma ikinci Qarabağ müharibəsi tamamilə fərqləndi, qarşı tərəfin müharibə cinayətləri dünyaya anından yayımlanaraq ifşa edildilər. 44 günlük müharibə zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi oldu. Məsələn, Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın aydın göstəricisidir. Çünki həmin ballistik raketin hədəfi var idi. Yaşayış komplekslərinin vurulması təsadüfi deyildi. Bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Özü də bu, bir dəfə olmadı, bir neçə dəfə baş verdi.Əlbəttə beynəlxalq aləmdə mülki əhaliyə hücum qəti şəkildə pislənilir. Müharibə zamanı mülki əhaliyə qarşı törədilmiş cinayətlər isə erməni siyasətinin xislətindən xəbər verdi. Nəinki Gəncə, digər ərazilərdə də bu cür cinayətlərin şahidi olmuşuq. Məsələn, Tərtər balaca şəhər olsa da, ora 16 min bomba atılıb, onlar hətta qəbiristanlıqda olan mərasimə də bomba atdılar…Düşmənlərimiz bununla da soyumayaraq Bərdəni bombaladılar. Naftalan faciəsi də ən ağrılı hadisələrdən oldu. İşğalçı ordu Naftalana bomba atandan sonra beş nəfərlik ailə öz evindəcə qətlə yetirildi.Bu gün artıq müharibə yekunlaşsa da, Ermənistanda qatı düşmənçilik mövqeyi hələ də qalır. Bununla bağlı isə Azərbaycanın mövqeyi qətidir, ölkə başçısının sərt bir mesajları da var: “Revanş niyyətləri Ermənistan dövlətçiliyinin sonu deməkdir. Gələcəkdə hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq. Buna şübhə olmamalıdır. Amma revanşizmə köklənmək ağılsızlıqdır ki, buna da ancaq erməni siyasi elitası gedərdi…”Müharibədən sonrakı zaman göstərdi ki, bu gün Ermənistan ordusu yoxdur, mənəvi cəhətdən sarsılıb. Muzdlu terroristlər belə artıq erməni faşistlərindən üz döndərib. Şovinist ermənbi xalqı da dövlətə etibar etmir. Maraqlıdır, Azərbaycanın qarşısında diz çökən Ermənistan indi hansı güc və qüvvə ilə qisasçılıqdan dəm vurur?Narahatçılığa əsas yoxdur. 30 ildir qurduqları xəyaldan ayrıldıqları kimi, bu xəyaldan da tezliklə aylıcaqlar.Və nəhayət, Qarabağ həqiqətlərinin sonunda bu gün artıq söhbət Zəngəzur dəhlizinin bərpasından gedir. Yəni azərbaycanlıların bu dəhlizdən istifadəsindən. Gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilməlidir, bilirlərdə…Bilməyənlər üçün isə XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Orada Sevan yoxdur, Göyçə var!Zatən düşmən ölkədə də yad torpaqda dövlət qurduqlarını anlayırlar. Onlar İkinci Qarabağ müharibəsindən sonra daha çox qorxuya düşüblər ki, Zəngəzur, İrəvan həqiqətləri bundan sonra dünyaya daha operativ şəkildə yayılacaq…Və sonda onu da qeyd edim ki, Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi apardı, müharibə zamanı isə hərbi qulluqçularımız ləyaqətlə davrandılar. Biz heç bir mülki şəxsə zərər yetirmədik. Ermənistan tərəfində mülki əhali arasında tələfatın 40 nəfərdən az olması bunun əyani sübutudur. Təəssüf ki, eyni sözləri erməni ordusu haqqında demək olmur.Artıq münaqişə yekunlaşıb, ərazi bütövlüyümüz bərpa olub. Bakıda Hərbi Qənimətlər Parkı da açılıb ki, bunun özü də ordumuzun gücünü qüvvətini bir daha nümayiş etdirir.Azərbaycan isə bundan sonra da güclü şəkildə irəli doğru əminliklə addımlayacaq.

Akşin Məmmədov,
Saatlı rayon Gənclər sosial xidmət evinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki